Almaniyada yaşayan soydaşlarımıza müraciət ünvanlandı

Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi bu ölkədəki Azərbaycan ictimaiyyətinə və Almaniyadakı soydaşlarımıza müraciət ünvanlayıb.  Müraciətdə qeyd olunur ki, Almaniyada artıq  uzun illərdir  on minlərlə soydaşlarımız müxtəlif səbəblərdən yaşamaqdadır. Bu soydaşlarımızın bir hissəsini Güney Azərbaycandan (İran) olan soydaşlarımız təşkil etməklə yanaşı Quzey Azərbaycandan , Borçalıdan, Türkiyədən (İğdır, Kars) minələrlə   həmvətənlimiz Almaniyanın müxtəlif şəhərlərində məskunlaşıb.  Bir çox soydaşlarımız obyetiv və subyektiv səbəblərdən assimlasiyaya uğrayıb. Bunların bir çoxunun isə doğma vətənlə olan bağları qopub, dilini, milli mədəniyyətini,  tarixini unudub. Bu təhlükə hər keçən gün daha da artmqdadır.  Belə ki, burada doğulub böyüyən azərbaycanlı uşaqlar öz milli mədəni  irsimizdən istər-istəməz uzaq düşürlər. Müraciətdə daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulur. Qeyd edilir ki, 22 ildir müsəqil dövlətik.  Əslində 22 il tarix üçün o qədər də böyük bir zaman hesab olunmaz. Bu müddət ərzində  ərazi  bütövlüyümüz işğala məruz qalıb, 20 faiz torpağımız havadarlarının dəstəyi ilə Ermənistan tərəfindən  işğal  edilib. Zaman zaman Azərbaycanımızın gözəl , qədim tarixi torpaqları düşmənlərin hücumuna məruz qalıb, milyonlarla kvadratmetr  sahəsi olan vətənimiz bir neçə parçalara bölünüb, minlələrlə vətən övladı şəhid edilib. Ancaq  Vətən uğrunda mücadiləmizdən heç zaman vaz keçməmişik. Nəhayət  uzun illər ağrılı acılı lakin şərəfli istiqlal savaşından sonra müstəqil dövlətimizi qura bildik. Bununla yanaşı bu müddətdə  millət və dövlət  olaraq uğurlarımız da az olmayıb. İqtisadi, sosial, mədəni  inkişamız hər keçən gün ölkəmizin  regionda  güclənməsinə beynəlxalq səviyyədə bir dövlət olaraq söz sahibinə çevriməsinə təkan verib. Azərbaycan Mədəniyyət Evinin müraciətində o da qeyd edilir ki, nəhayət xaricdə yaşayan azərbaycanlılar olaraq bizim də üzərimizdə böyük bir yük,  ağır məsuliyyət var . Bu da yaşadığımız ölkədə almanların və  fərqli xalqların mədəniyyətimiz, ümumilikdə ölkəmiz  haqqında bilgilərə sahib olması, övladlarımızın , gənclərimizin öz milli mədəniyyətlərindən, adət ənənələrindən  uzaq düşməməsi üçün xaricdə yaşayan azərbaycanlılar olaraq təşkilatlanmağımımızı şərtləndirir. Azərbaycan Mədəniyyət Evinin məhz bu məqsədlə təsis edildiyini vurğulayan müraciət müəllifi deyir ki, bu Almaniyanın bir şəhəri və bölgəsi üçün nəzərdə tutulmuş, yalnız bir bölgədə məhdudlaşacaq  təşkilat deyil : "Biz layihələrimizi və fəaliyyətimizi bütün Almaniya ərazisində həyata keçirəcəyik.   Məqsədimiz millət olaraq mövcudluğumuzu dünyaya duyurmaq, işğal olunmuş ərazilərimizlə bağlı tarixi faktarı dünya ictimaiətinin diqqətinə çatdırmaq, Almaniyada yaşayan  millətlərə ölkəmizin zənginliklərini təbliğ etmək, bu istiqamətdə fəal təbliğat işləri aparmaqdır. Həımçinin məqsədimiz  güneyli soydaşlarımız, zaman-zaman ayrı düşməyə məcbur olmuş soydaşlarımız, gənclərimiz arasında dilimizin, milli mədəni irsimizin unudulmaması üçün iş aparmaqdır . Biz bu işin məsuliyyətini anlayırıq. Amma eyni zamanda düşünürük ki, güc birlikdədir. Bizim ayrı-ayrılıqda səsimiz və qüvvəmiz parçalanır. Gördüyümüz iş o qədər də effektiv alınmır. Məhz buna görə də  yalnız bir olduğumuz zaman  biz güclüyük. Bu gün hamımızın birlik və bərabərlikdə fəaliyyət göstərməyimizə ehtiyac var. Gəlin əl ələ verib zəngin mədəniyyətimizi, tariximizi , ölkəmizi birlikdə təbliğ edək. Sizi cəmiyyətmizə üzv olaraq  Azərbaycan mübarizəsində yaxından iştirak etməyə çağırırıq. Azərbaycan Mədəniyyət Evinə Almaniyada və Azərbaycanda yaşayan hər kəs üzv ola bilər. Vətənimiz Azərbaycan naminə bir və bərabər olaq ".

Qeyd edək ki, Almaniyadakı Azərbaycan Mədəniyyət Evi adlı təşkilat bir neçə ay əvvəl Köln şəhərində bir qrup soydaşımız tərəfindən təsis edilib. Azərbaycan Mədəniyyət Evinin əsas fəaliyyəti zəngin tarixi-mədəni irsimizin təbliğinə yönəlib. Bu istiqamətdə təşkilat ötən illər ərzində bir sıra tədbirlər keçirib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31