Diaspor təşkilatları da xarici ölkələrdə bayram tədbirləri keçiriblər

Azərbaycanın zəngin tarixi-mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrdə mövcud olan  diaspor təşkilatlarımızın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın tarixində qeyd edilən bütün əlamətdar günləri xarici ölkələrdə keçirən diaspor təşkilatlarımız İslam dünyası üçün əlamətdar olan tarixləri də unutmurlar. Bu günlərdə müqəddəs Qurban bayramı ilə əlaqədar xarici ölkələrdə keçirilən təbdirlər də belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi İslam dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı Azərbaycandan kənarda, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və həmin ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən də geniş şəkildə qeyd edilib. Təkcə Türkiyə və Orta Asiya respublikaları deyil, eləcə də Avropa ölkələrindəki diaspor təşkilatlarımız bu müqəddəs bayramı təmtəraqlı şəkildə keçiriblər.

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti də bu müqəddəs bayramı qeyd edib. Belə ki, cəmiyyət üzvləri bir araya gələrək bayram tədbiri keçiriblər. Bundan başqa cəmiyyət sədri Səfər Sadiqinin adından dünya müsəlmanlarına təbrik ünvanlanıb. Təbrikdə qeyd edilir ki, Islam aləminin ən mübarək gunu - müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycan Xalqını və Dünya müsəlmanlarını təbrik edirik. Allah-Taaladan xalqımıza və dövlətimizə rifah, əmin-amanlıq və səadet arzu edirik. Qırğızıstanda fəaliyyət göstərən diaspor təşkilatlarımız da Qurban bayramı münasibətilə müxtəlif tədbirlər keçiriblər. Belə ki, paytaxt Bişkekdə  Qırğızstandakı Azərbaycan icmaları  Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri təşkil ediblər. Bu barədə məlumat verən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, Qırğızıstandakı Azərbaycan icmaları, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu , Qırğızstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi,  "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi, İssıkkul  Azərbaycanlıları "Xəzər" İctimai Birliyi,   Kara Baltadakı "Sodrujestvo" Cəmiyyəti,  Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramını Bişkekdə  soydaşlarımızın  ən əziz bayramlarından biri kimi böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd ediblər: "Qurban Bayramı münasibəti ilə Bişkekdə  xeyriyyə tədbiri keçirilib.   Qırğızstandakı Azərbaycan icmaları, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu , Qırğızstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi,  "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi, İssıkkul  Azərbaycanlıları "Xəzər" İctimai Birliyi,   Kara Baltadakı "Sodrujestvo" Cəmiyyəti,  Bişkekdə 100-dən  artıq aztəminatlı ailələrə və kimsəsizlərə, ahıl və tənha vətəndaşlara bayram sovqatı - qurban əti paylanmışdır. Müqəddəs bayram münasibətilə keçirilən mərasimdə şəhidlərimizin xatirəsi yad edilmiş, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunmuşdur. İlk hədiyyə olan Qurban sovqatı soydaşlarımızın yığcam yaşadıqları Kant şəhərində  imkansız ailələrə verilmiş, ümumilikdə Bişkek və Bişkekətrafı  yaşayış məntəqələrində soydaşlarımızın və başqa millətdən olan  din qardaşlarımızın 100-dən artıq  ailələrinə Qurban sovqatı çatdırılmışdır. Bişkekin din əhli İlham Zeynalov tədbir iştirakçılarını  müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək demişdir ki, bizlərə  daim qayğı və dəstək göstərən Prezident İlham Əliyevin seçkilərdə növbəti parlaq qələbəsi hamını sevindirmiş və sözün həqiqi mənasında bayram bayrama qarışmışdır. İlham Zeynalov Qırğızstandakı Azərbaycan icmaları adından Azərbaycan Prezidentinə yeni-yeni uğurlar arzulamışdır". Nüsrət Məmmədov bildirib ki, aztəminatlı ailələr onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildirmiş, Qırğızstandakı Azərbaycan icmalarına sevinc dolu günlər arzulamışlar: "Xeyriyə tədbirinin keçirilməsində Qırğızstandakı Azərbaycan icmasının fəal üzvü, iş adamı  Ocaqverdi Rəsulovun  dəstəyini xüsusi qeyd etmək lazımdır".

Qonşu Gürcüstanda yaşayan soydaşlarımız da müqəddəs Qurban bayramını qeyd ediblər. Gürcüstandalı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan bayram tədbiri çərçivəsində Marneuli rayon mərkəzində, həmçinin rayonun Kürtlər, Baydar, Muğanlı və Lejbədin kəndlərində 500-dən artıq imkansız ailələrə Qurban payları verilib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşlarının təşkilatçılığı ilə Ermənistanla sərhəddə yerləşən Xocornu və Sopi kəndlərində yaşayan 100-ə yaxın ailəyə də Qurban payları paylanıb. Mərkəzin rəhbəri Fazil Həsənov qeyd edib ki, bayram günü yalnız Marneuli şəhərində və digər kəndlərdə deyil, eyni zamanda sərhədyanı kəndlərdə yaşayan yoxsul ailələrə də Qurban payı verilib: "Biz əsasən yoxsul ailələrə Qurban payları verdik. Əməkdaşlarımız bu gün həm sərhədyanı kəndlərdə, həm də Marneuli rayonunun digər kəndlərində olub. Ümumilikdə 600-dən artıq ailəyə Qurban payı paylanıb. Biz belə tədbirləri hər il həyata keçiririk". Fazil Həsənov deyib ki, bayram tədbirləri eyni zamanda Gürcüstanın digər bölgələri ilə yanaşı Dmanisi rayon mərkəzində və rayonun digər kəndlərində də keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31