Seçicilərlə görüş üçün 5113 ünvan müəyyənləşdirilib - İsmət Səttarov

İndiki seçkilərdə ümumilikdə seçicilərlə görüş üçün 5113 ünvan müəyyənləşdirilib. 1853 qapalı məkandır 3259 açıq məkandır. Bu məkanlarda seçicilərlə görüş keçirilə bilər.

Olaylar xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

"Hər dairə üçün 14-15 məkan ayrılıb. Bütün namizədlər eyni vaxtda seçicilərlə görüşmək istəsə, bunun üçün şərait yaradılıb",- deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31