Diaspor təşkilatları İKT-nin imkanlarından necə istifadə edir?
4 Oktyabr 2013 14:15 Diasporaİnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə diaspor təşkilatlarının bu imkanlardan istifadə etməsi şərtdir. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bəzi hallarda gördükləri işlərin, həyata keçirdikləri tədbirlərin cəmiyyətə çatdırılmasında problemlərlə üzləşdiklərini bildirsələr də, etiraf etmək lazımdır ki, həmin təşkilatların özləri də bir çox hallarda buna maraqsız görünürlər. Belə ki, ən azı hər bir diaspor təşkilatı özünə internet saytı yaradaraq gördüyü işləri cəmiyyətə çatdıra bilər. Bəs görəsən hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, cəmiyyət və federasiyalardan hansılarının internet səhifəsi var və həmin internet səhifələrində daha çox nəyə rast gəlmək mümkündür?
Başlayaq ABŞ Azərbaycanlıları Şəbəkəsindən (USAN). Təşkilatın-www.usazeris.org adlı internet səhifəsi var. "Hadisələr", "Media mərkəz", "Təşkilat", "Buraxılışlar", "Tohfələr", "Əlaqə" bölumu saytın əsas xəbər keçidləridir. Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatların bütün Azərbaycan, türk və digər diaspor və içma təşkilatları, qrup, cəmiyyət, koalisiya, şəbəkə, assosiasiya və klublarını bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan-Amerika potensial seçicilərinin bir araya gətirilməsinə cəhd edir. USAN seçiciləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək, Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçici potensialına çevrilmək imkanlarının artırılmasına çalışır. Bu məqsədlə saytın elə girişindəcə ABŞ-ın elektron seçici xəritəsi verilib ki, ABŞ-ın azərbaycanlı vətəndaşları bundan asanlıqla yararlana bilirlər. Təşkilatın gördüyü işlər, müntəzəm olaraq keçirdiyi tədbirlər də saytda geniş işıqlandırılır.
Azərbaycan Mədəniyyət Mərkəzinin-www.alacs.biz- adlı internet səhifəsi mövcuddur. Sayt ingilis dilində yayımlanır. Saytın məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu olkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələri və həyat tərzini oyrənməkdir. Saytdakı "Kitabxana" və "Şəkil qalereyası" da diqqəti cəlb edir. Azərbaycan və Albertanın təbiət gozəlliklərini əks etdirən fotolar bolumu saytı gozəgəlimli edir. Məlumatlar ancaq on səhifədə paylaşılır. Fotolar effektlidir. Sayt muxtəlif yerli qurumların, insan haqları və ekoloji sahədə ixtisaslaşmış təşkilatlarınm da məlumatlarını yayır.
Amerika-Azərbaycan Şurasının internet səhifəsi www.azeris.org adlanır. Sayt müasir texnoloji metod və dizaynla hazırlanıb. Press-Center, Take action, Activities linkləri on səhifədə verilib ki, bu linklərə toxunmaqla zəngin və operativ məlumatlarla dolu yeni kateqoriyalara daxil olmaq mumkun olur. Ancaq ingilis dilində fəaliyyət gostərən saytda təşkilatın son illərdə gördüyü işlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məlumatlar, Azərbaycan ictimai-siyasi həyatında baş verən ən önəmli xəbərlər, Azərbaycan-ABŞ əməkdaşlığı, Azərbaycanın qarşılaşdığı problemlər haqda ətraflı məqalə, analitik yazılar və şərhlər əks olunub.
Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) www.usacc.org adlı internet səhifəsinə malikdir. Azərbaycan diasporunun internet məkanında ən uğurlu layihələrindən saymaq olar. Səhifə dizayn və sadəliyi ilə göz oxşayır. Müasir dizayn texnologiyalarından yararlanılıb və bu, səhifənin asan izlənməsində əhəmiyyətli rol oynayır. Haqqımızda, Azərbaycan haqda, üzvlər, xəbərlər və nəşrlər, layihə və hadisələr, mədəni mərkəz kateqoriyalarında onlarla alt-kateqoriyalar var ki, onların hər biri məlumatlarla zəngin bazadır. Azərbaycanın və Bakının gorməli və füsunkar təbiətini əks etdirən yüksək pikselli fotolar saytın görünüşünə əlavə çalar verir.
"AMOR" Rusiya Azərbaycan Gənclər Təşkilatının rəsmi internet səhifəsi-www.amor.az-Uyğun rəng seçimi, mükəmməl dizayn, dolğun informasiya bazasına görə Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən internet resurslarından biridir. Azərbaycan həqiqətlərinin Rusiya və dunya ictimaiyyətinə çatdırılmasında xüsusi yer tutur. "AMOR" Rusiya Azərbaycan Gənclər Təşkilatının məqsədi Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüslərin dəstəklənməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi, əxlaqi əsaslarını qorumaq, mohkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Sayt təşkilatın güzgüsü kimi oz vəzifəsinin öhdəsindən uğurla gəlir. Saytda AMOR-un Rusiya regionları üzrə nümayəndəliklərinin fəaliyyəti interaktiv xəritə ilə verilib. Saytın foto seçimi keyfiyyətlidir, məqalələr məzmun və informasiya yuku baxımından dolğundur. Portalda müasir texnoloji yeniliklər tətbiq olunur. Belə ki, sosial şəbəkələrə keçidlər, o cümlədən AMOR TV və AMOR FM aktivdirfəaliyyət göstərir.
"Araz" Topluluğu Tələbə Birliyinin internet səhifəsi-www.araztoplulugu.8m.net-Saytda "Azərbaycan haqqında", "Foto qalereya", "Qarabağ problemi", "Araz" toplusu haqda bölümlər var. Azərbaycan haqqında informasiyalarla zəngin diaspor saytlarından biridir. Saytda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi yer verilir. Bundan başqa, "Araz" Topluluğu Tələbə Birliyinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər də saytda müntəzəm olaraq işıqlandırılır.
"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin internet səhifəsi-www.anaveten.com-Sayt üç dildə - Azərbaycan, rus və Holland dillərində yayımlanır. Sadə dizaynlıdır. Sayt, Birliyin həyata keçirdiyi bütün tədbirləri işıqlandırır, bəyanat və press-relizləri yayır. Arxiv materialları zəngindir. Sayt Apeldorn və Harlem mətbuatında "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, onun fəaliyyəti barədə dərc olunan məqalələrə də öz səhifəsində yer ayırıb.
Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi-www.teas.eu-Sayt hazırlanarkən müasir dizayn texnologiyasından yararlanılıb. Layihələr, təşkilat haqqında məlumatlar, Azərbaycanla bağlı son xəbərlər saytda yayımlanır. Bundan başqa, saytda TEAS TV də mövcuddur ki, bu linkdə təkcə təşkilatın fəaliyyəti deyil, həm də elm-mədəniyyət xadimləri ilə müsahibələr, reportajlar, debatlar da videoformatda verilib. Saytın sağ kolonunda "Xəbərlər" aktiv-banneri var. Burada Azərbaycanda, dünyada Azərbaycanla bağlı baş verən ən son məlumatlar operativ şəkildə yenilənir.
Azərbaycan Akademik Birliyinin internet səhifəsi-www.asav.org-2001-ci ildə Almaniyanın Boxum şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. "Aktual", "təşkilat haqda", "media", "nəşrlər", "Azərbaycan haqda" məlumatlar saytın səhifəsində ayrıca linklərdə gostərilib.
"Azəri" Latviya Azərbaycanlıları Cəmiyyətinin internet səhifəsi-www.azeri.lv-Sadə dizaynlıdır. İki dildə: rus və latış dilərində yayımlanır. "Azərbaycan", "Tarix", "Bakı", "Simvollar", "Bayramlar", "Azərbaycan mədəniyyəti", "Hadisələr" və "Xəbərlər" linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt "Azəri" cəmiyyətinin orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir.
"Azərbaycanın Holland dostları" təşkilatının internet səhifəsi-www.dufoa.nl-Sadə dizaynlı, lakin informativ baxımndan cox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı Xocalı, Xarı Bulbul, Azəricə danışaq, Azərbaycan mətbəxi və digər bölmələrin aktiv olması xoş təəssurat yaradır. Saytda on səhifədə Bakı, Azərbaycanla bağlı bir necə video yerləşdirilib.
Azərbaycan-Avropa İnformasiya Mərkəzinin internet səhifəsi-www.azerinfo.eu-Azərbaycan haqda ətraflı məlumatlar verilən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət gostərən bütün təşkilatların informasiya bazası verilib. Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan axtarış aparmaq olur.
"Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzinin internet səhifəsi-www.azerbaijanhouse.org- Saytın "Azərbaycan Evi", "Azərbaycan mədəniyyəti", "Azərbaycan Musiqisi", "Azərbaycan Kitabları" haqda xususi bolmələrlə yanaşı, "Xəbər" bolumu fəaliyyət gostərir. Saytda "Muğam Radio"ya birbaşa qoşulmaq imkanı yaradılıb. "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film numayişləri, konsert proqramları, təqdimatlar və s. saytda əks olunub.
Azərbaycan Federasiyasi İsveçin (AFİ) internet səhifəsi-www.azfi.org-Dörd dildə - Azərbaycan, türk, isveç və ingilis dillərində yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın manşetini 20-yə qədər "flash" formatlı xəbər tutur. Burada İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara, Azərbaycanla ən son xəbərlərə rast gəlmək mümkündür. Müasir saytlara xas "forum", "ən çox oxunan", "facebook" və "twitter" sosial şəbəkələrinə keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların operativ yerləşdirilməsi, məzmun və mövzu baxımından rəngarəngliyi diqqəti cəlb edir.
"Azəri-Çex" Cəmiyyətinin internet səhifəsi-www.diaspora.cz- İki dildə - çex və Azərbaycan dillərində yayımlanır. Saytın giriş hissəsi dizayn baxımından göz oxşayır. Azərbaycan və Bakının ən gozəgəlimli yerləri, əsrarəngiz təbiətini əks etdirən fotolar "flash" formatda yayımlanır. Təşkilat və Azərbaycanla bağlı ətraflı məlumat verilən linklər movcuddur, aktivdir, daima yenilənir. Qeyd edək ki, təşkilat Cexiya Respublikasının muxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər həmyerlilərimizin asudə vaxtının səmərəli kecməsilə yanaşı, həm də yerli vətəndaşlara və umumilikdə Cex cəmiyyətinə Vətənimizi layiqincə tanıdır. Butun bu aksiyalar əvvəlcə anons, tədbir başa catdıqdan sonra isə informasiya və fotosessiya formatında sayta daxil edilir.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir