Hyustonda Azərbaycan pianoçusunun iştirakı ilə konsert olub
19 Sentyabr 2013 17:42 DiasporaSentyabrın 14-də Hyuston şəhərindəki Sent Tomas Universitetinin konsert zalında Sentyabr konserti olmuşdur. Konsertdə əslən Bakıdan olan, hazırda Hyustonda yaşayan Azərbaycan pianoçusu Təranə Qarayeva-Teylor çıxış etmişdir. T.Qarayeva-Teylorun ifa etdiyi kompozisiyaları təsviri və ifaçılıq sənəti məktəbinin xoru və digər musiqiçilər müşayiət etmişlər.
Qardaşlaşmış Şəhərlər Assosiasiyası hər il sülhə və harmoniyaya həsr edilmiş Sentyabr konserti təşkil edir. Bu konsertin əsas məqsədi dünya xalqları arasında ayrı-seçkiliyi incəsənət əsərlərinin ifası vasitəsilə aradan qaldırmaqdır. Təranə Qarayeva-Teylor konsertdə üç kompozisiya - Robert Şumanın "Pərvanə", Cövdət Hacıyevin "Ballada" və Fikrət Əmirovun "1001 gecə" əsərlərini ifa etmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31