Azərbaycanın turizm potensialı Braziliya mətbuatında işıqlandırılıb

Braziliyanın mundoeturismo.com saytında Azərbaycanın, xüsusilə paytaxt Bakının turizm potensialından bəhs edən "Bakı - Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi" başlıqlı məqalə dərc olunub. Məqalədə sivilizasiyaların qovşağında yerləşən, zəngin və qədim mədəniyyəti, gözəl təbiəti ilə seçilən Azərbaycanın mütləq ziyarət edilməli ölkələr siyahısına daxil edilməsinin önəmi vurğulanıb. 

Məqalədə həmçinin 1967-ci ildə əsası qoyulmuş, bükülmüş xalça formasında inşa olunmuş unikal memarlıq abidəsi sayılan Xalça Muzeyi, eləcə də  İraq əsilli britaniyalı memar Zaha Hadidin layihəsi əsasında futuristik memarlıq ülubunda inşa olunmuş Heydər Əliyev Mərkəzi barədə  geniş məlumat verilib. 

 

Braziliyalı oxuculara ölkəmizin görməli yerlərini, o cümlədən Bakı Dövlət Sirkini, Şirvanşahlar saray kompleksini, Bakı Funikulyorunu, Atəşgah məbədini, Miniatür Kitab Muzeyini, Qobustan palçıq vulkanlarını və "Diri-Baba" məqbərəsini ziyarət etmək tövsiyə olunub. 

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

 

https://mundoeturismo.com.br/baku-museu-do-tapete-e-centro-heydar-aliyev/

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31