Tbilisidə Prezident İlham Əliyevə dəstək aksiyası keçirilib
27 Yanvar 2024 14:07 DiasporaTbilisi şəhərində 7 fevral 2024-cü il Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədilə avtomobil yürüşü keçirilib.
Diaspor fəalı Fazil Əliyevin təşkilatçılığı ilə baş tutan dəstək aksiyası zamanı Azərbaycan bayrağı və İlham Əliyevin portretləri ilə bəzədilmiş avtomobil karvanı paytaxtın mərkəzi küçələrində hərəkət edib.
Yürüşün sonunda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edən aksiya iştirakçıları səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarını Prezident seçkilərində fəal iştirak etməyə və qətiyyətli siyasəti ilə xalqımıza inanılmaz Zəfər bəxş edən İlham Əliyevə səs verməyə çağırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31