Şərqi Avropa regionu ölkələrində diasporun koordinasiyası

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi regionlardan biri də Şərqi Avropadır. Avropanın bu bölgəsində mövcud olan diaspor təşkilatları ilə işləmək, onların fəaliyyətini koordinasiya etmək də Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında duran başlıca vəzifələrdəndir. Bu məqsədlə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində Şərqi Avropa regionu ölkələrini əhatə edən  IV ərazi şöbəsi yaradılıb. Şərqi Avropa regionu ölkələrini əhatə edən IV ərazi şöbəsinin əsas vəzifələri Komitənin Əsasnaməsindən və Komitə rəhbərliyi tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərdən irəli gələn vəzifələri həyata keçirmək, Region ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyinə nail olmaq üçün məqsədyönlü iş qurmaqdan ibarətdir.  Şöbə region ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasında və inkişaf etdirilməsində, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında həqiqi informasiya almasına şərait yaradır, azərbaycanlıları Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə regionda yerləşən dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb edir. Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və  dünyəvi dövlət, demokratik cəmiyyət  quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında Region ölkələrində yaşayan həmvətənlər arasında zəruri məlumatlar yaymaq, beynəlxalq hüquq normalarına, Region ölkələrinin qəbul etdiyi və Azərbaycan Respublikasının qoşulduğu normativ-hüquqi aktlara uyğun, Region ölkələrində yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək; Dünya azərbaycanlılarının həmrəyliyinə əsas olan "Azərbaycançılıq" prinsipini bu regionda yaşayan azərbaycanlılar arasında təbliğ etmək, onların tarixi Vətənlə əlaqələrini gücləndirmək də IV şöbənin əsas funksiyaları sırasında yer alır. Qeyd olunur ki, şöbə region ölkələrində yaşayan azərbaycanlıların mədəni irsinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yardım məqsədilə bu regionda yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və başqa kollektivlərinə digər müvafiq dövlət strukturları ilə birgə yardım göstərmək, Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, daxili və xarici siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya qoyulması işinə yaxından cəlb etmək, region ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılmasında, onların hüquq və vəzifələrini müəyyənləşdirən normativ-hüquqi aktların layihələrinin hazırlanmasında  yardım göstərmək istiqamətində də müvafiq tədbirlər həyata keçirir. Region ölkələrində yaşayan azərbaycanlıların milli və vətəndaşlıq hüquqlarının müdafiəsi və qorunmasına beynəlxalq sənədlərdə təsbit olunmuş qaydada dəstək verilməsi, bu məqsədlə azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyatı strukturları ilə səmərəli iş mexanizminin qurulması və problemlərin həllində köməklik göstərmək, azərbaycanlıların keçirdikləri tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına yardım göstərmək; region ölkələrində fəaliyyət göstərən digər diasporlarla əlaqəli işin qurulmasını təşkil etmək kimi məsələlər də daim diqqət mərkəzində saxlanılır. Region ölkələrində yaşayan azərbaycanlıların sıx yaşadığı ölkələrdə baş verən ictimai-siyasi hadisələr və kütləvi informasiya vasitələrində gedən materiallar haqqında mütəmadi olaraq Komitə rəhbərliyini məlumatlandırmaq da hər zaman diqqət yetirilən istiqamətlərdəndir.  

IV Ərazi Şöbəsi müəyyən olunmuş qaydada region ölkələrində yaşayan azərbaycanlılarla iş sahəsində Komitənin fəaliyyətinə daxil olan məsələlər üzrə normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, region ölkələrində yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayır və Komitə rəhbərliyinə təqdim edir; Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə yardım edir, azərbaycanlıların ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin  gücləndirilməsinə köməklik göstərir; Qurum müntəzəm olaraq region ölkələrində yaşayan azərbaycanlıların problemləri ilə bağlı dəyirmi masalar, seminarlar və beynəlxalq konfranslar da keçirir; milli və vətəndaşlıq hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar, onların sosial-iqtisadi, mədəni-mənəvi problemlərini öyrənir və həllinə dair təklifləri Komitə rəhbərliyi qarşısında irəli sürür. Azərbaycanlıların yığcam yaşadıqları aidiyyatı ölkələrdə və regionlarda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasında və fəaliyyətində müvafiq köməklik göstərmək, region ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə və onun vətəndaşlarına maddi, mənəvi və humanitar yardımının təşkil olunmasında və aidiyyatı üzrə istiqamətləndirilməsində müvafiq işlər aparmaq, region ölkələrində yaşayan azərbaycanlıların  hüquqlarının müdafiəsini təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində xarici dövlətlərin müvafiq orqanları, beynəlxalq və ictimai təşkilatlarla əməkdaşlıq etmək, müvafiq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak etmək və bu kimi sahələr də əsas funksiyalar sırasındadır. Bundan başqa respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə region ölkələrində yaşayan azərbaycanlıların  və onların ictimai birliklərinin iştirakına Komitə tərəfindən kömək göstərilməsi, azərbaycanlıların Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım etmək də zaman-zaman diqqət yetirilən və həyata keçirilən tədbirlərdəndir. Şöbənin başlıca hüquqlarına gəldikdə isə region ölkələrində yaşayan azərbaycanlılarla bağlı normativ-hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflərlə Komitə rəhbərliyinə müraciət etmək, şöbənin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, Azərbaycan Respublikasının xarici ölkələrdəki müvafiq orqanları və beynəlxalq təşkilatlar ilə iş açmaq, şöbəyə həvalə edilmiş vəzifələrə aid məsələlər üzrə Əsasnamədə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlar ilə iş aparmaq; səlahiyyətləri çərçivəsində Komitə tərəfindən konfranslar, müşavirələr, seminarlar, sərgilər və digər tədbirlər keçirilməsini təşkil etmək başlıca hüquq və vəzifələrdəndir. Həmçinin səlahiyyətləri daxilində xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komissiyalar, koordinasiya, ekspert şuraları və işçi qruplarının işində iştirak etmək, Əsasnamədə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər hazırlanması üçün təkliflər vermək, region ölkələrində yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında Komitənin iştirakını təmin etmək kimi hüquqlara da malikdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31