“Azərbaycan Diaspor Könüllüləri” Proqramının qalibləri ilə görüş keçirilib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati binasında 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə növbəti "Azərbaycan Diaspor Könüllüləri" Proqramının açılış mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam edib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri və "Azərbaycan Diaspor Könüllüləri" Proqramı barədə təqdimatlarla çıxış edən Komitə əməkdaşları könüllülərə tövsiyələrini veriblər.

Rəsmi açılış mərasimindən sonra gənclərin sualları interaktiv şəkildə cavablandırılıb.

Görüş Diaspor Marşının səsləndirilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2023-2024-cü illər üzrə "Azərbaycan Diaspor Könüllüləri" Proqramına 522 gənc müraciət edib. Onların arasından 50 gənc 6 ay davam edəcək proqramda iştirak etmək üçün seçilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31