50 ildir ki, qadınlarımızın narahatlığı bitmir - Yeni Kaledoniyalı siyasətçi

Artıq 50 ildir ki, qadınlarımızın narahatlığı, problemi bitmir.

Olaylar.az xəbər verir ki, bu barədə Yeni Kaledoniya parlamentinin üzvü Mari-Line Out Dare Sakila "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, neokolonial bir dövrda qadınların inkişafı önəmlidir.

"Kanakdakı qadınların mübarizəsi öz dillərinin qorunması, azadlıqları ilə bağlıdır. Amma bunlar gözlənilən nəticəni vermir. Gələn ağdərililər bizə kömək edir, yoxsa köklərimizdən ayırır? Bu suallar verilməlidir.

Bizim qadınlarımızın üzləşdiyi problemlər çoxdur. Əcdadlarımızdan gələn ənənələrimizi qorumağa çalışırıq. Qadınların öz hüquqlarının təmin edilməsi bağlı bir sıra qərarlar qəbul edildi. Həmçinin, sosial-iqtisadi sahələrdə qadının səlahiyyətləndirilməsini düşünürük",- deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31