Babək Azəri: “Fuad Muradovla görüş iki saat olmalı idi, amma beş saat çəkdi”

İsveçdə yaşayan güney azərbaycanlı hüquqşünas Babək Azəri Diasporla İş üzrə Dövlət Komitəsi haqqında fikirlərini bölüşüb.

O, komitənin sədri Fuad Muradovla ilk görüşündən də danışıb: "Diasporla İş üzrə Dövlət Komitəsinin saytına daxil olun və sədri Fuad Muradov haqqında oxuyun. Fuad Muradov elm adamıdır, 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İlk dəfə mən onunla görüşəndə söhbətlərinə qulaq asdım və ilk təəssüratlarım çox müsbət oldu. Hələ onda təzə Komitə sədri olmuşdu. Çox enerjili adamdır. Görüş iki saat olmalı idi, amma beş saata qədər uzandı. Söhbətlərindən aydın olurdu ki, işini çox sevir".

Babək Azəri Dövlət Komitəsinin fəaliyyətindən razı olduğunu vurğulayıb: "Dövlət Komitəsinin dəstəyi ilə Avropanın bir çox ölkələrində Azərbaycan evləri açılıb. Müəyyən günlərdə azərbaycanlılar gedib ora görüşürlər, danışırlar. İnsanların orada bir sosial həyatları var.

Fuad Muradovun bir xüsusiyyəti də var ki, virtual dünyaya çox əhəmiyyət verir və bu vasitə ilə çalışır ki, ictimai rəyə təsir göstərsin. Bu işə də müvəffəq olub və Komitəyə gələndən bu zəmində çox işlər görüb".

Güneyli soydaşımızın fikirləri ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=YZiR2nqvxdw

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31