Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Hüseyn Baykara

Haqsız təqiblərə məruz qalıb, doğma yurdunu tərk etməyə məcbur olanlardan biri də Hüseyn Baykaradır. Əsl adı Qara, soyadı isə Hüseynov olan Hüseyn Baykara 1927-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. O, universitetdə oxuduğu illərdə fəallığı ilə tələbə yoldaşlarından daha çox fərqlənmişdir. Hüseyn Baykara Azərbaycanın müstəqilliyi və azadlığı barədə tələbələr qarşısında tez-tez çıxışlar etmişdir.Təbii ki, bu çıxışları bolşeviklərin, rusların buyruq qulu olan adamların xoşuna gəlmməmiş və onu izləməyə başlamışlar. Çünki Hüseyn Baykara əvvəllər də mübarizə apardığı adamlara görə həbs edilmişdir. Özünün yazdığı kimi, Bakının Staropoliseyski prospektindəki həbsxanada olarkən Azərbaycanın istiqlal şairi Əhməd Cavadla tanış olmuşdur. Təqiblərə məruz qalan Baykara Azərbaycanı tərk etməyə məcbur olmuş, 1927-ci ilin baharında əvvəlcə İrana, sonra isə Türkiyəyə getmişdir. Türkiyədə İstanbul universitetinin hüquq fakültəsinə daxil olmuş, universiteti bitirdikdən sonra elə həmin şəhərdə hakim işləmişdir. Bir müddətdən sonra İstanbula gedərək prokuror vəzifəsində çalışmışdır. O, hüquqşünas olmaqla yanaşı ədəbi fəaliyyətinidə davam etdirərək Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, ziyalıları və Azərbaycan xalqının vəziyyəti haqqında mətbuatda elmi, publisistik məqalələrlə çıxış etmişdir. "Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi", "Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə", "Azərbaycan cümhuriyyətinin iki hərbi zəfəri", "Azərbaycan renesansını yapanlardan Abbasqulu Ağa Bakıxanov","Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli", "Dədə-Qorqud" kitabı üzərinə notlar" və sair yazılar bu qəbildəndir. Hüseyn Baykara Azərbaycanın azadlıq hərəkatından da bəhs edən bir neçə elmi kitabın müəllifidir. "XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatları" (1966-cı ildə Türk Kültürünü Araşdırma institutu tərəfındən nəşr olunmuşdur), "İran inqilabı və azadlıq hərəkatı", "Azərbaycan istiqlal mübarizəsi tarixi" (1975-ci ildə İstanbulda buraxılmışdır) kitabları xüsusilə diqqəti cəlb edir. Hüseyn Baykara "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında az vaxt ərzində gördüyü işləri, ölkənin başına gələn fəlakətləri oxuculara çox məharətlə çatdıra bilmişdir.Müəllif bu əsərdə Azərbaycanın bolşeviklər tərəfindən istila olunmasını, ermənilərin bundan istifadə edərək Azərbaycanda qırğın törətməsini, türkiyəli soydaşlarımızın bizə etdikləri hərbi yardımı və digər hadisələri tarixi faktlar əsasında işıqlandırmışdır. O, Daşnakstyun partiyasının Bakıda və Azərbaycanın digər yerlərində müsəlmanların başlarına gətirdiyi müsibətləri tarixi faktlarla qeyd etmişdir. Ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, Vətənə qovuşmaq arzusu ilə yaşayan azadlıq aşiqi Hüseyn Baykara 1984-cü ildə beyninə 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31