Təbliğat imkanlarının diasporanın inkişafına təsiri

Diaspora sahəsində görülən işlər, onun nəticələri və bu nəticələrin cəmiyyətə çatdırılması, eləcə də yeni-yeni yanaşmalar və təkliflərin meydana çıxmasında təbliğat vasitələrinin, bu imkanın müstəsna rolu var. Sözügedən istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil  şöbəsinin  fəaliyyəti də xüsusi qeyd edilməlidir. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin əsas  vəzifələri  sırasına beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, habelə müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının qorunması, onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi, yaranmış problemlərlə bağlı təkliflər və layihələr hazırlayaraq Komitə rəhbərliyinə təqdim etmək, Komitənin digər şöbələrinə müvafiq təklif və tövsiyələr vermək daxildir. Şöbə xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurması və inkişaf etdirilməsi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni  həyatı haqqında həqiqi informasiya alması ilə bağlı tədbirlər görür. Şöbə xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının  iqtisadi, mədəni və ictimai-siyasi həyatı ilə bağlı obyektiv məlumatlandırılmasını təmin etmək məqsədilə Komitənin digər şöbələri ilə əlaqələndirilmiş şəkildə layihə və təkliflər hazırlayır. Həmçinin Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını təmin edir. Xaricdə yaşayan azərbaycanlılar tərəfindən təsis  edilmiş mədəniyyət mərkəzləri, mədəni-maarif təşkilatları, kitabxanaları, arxivləri, muzeyləri, teatrları, musiqi ansamblları və yaradıcı kollektivləri ilə sıx əlaqə saxlamaq, onların Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, xalqımızın qarşılaşdığı problemlər, məruz qaldığı terror və soyqırım aktları ilə bağlı zəruri informasiya bazası ilə təmin edilməsi məqsədilə tədbirlər görmək də başlıca vəzifələr sırasındadır. Bununla yanaşı xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının, habelə millliyyətcə azərbaycanlı olmayan, lakin ölkəmizə maraq göstərən iş adamlarının Azərbaycana sərmayə qoymasının təşviq edilməsi məqsədilə Komitənin digər şöbələri ilə birlikdə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əməkdaşlıq şəraitində layihələr hazırlayaraq  onların həyata keçirilməsini təmin edir. Dünyanın müxtəlif ölkələrində  yaşayan soydaşlarımızın keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət  təşkilatlarının elmi müəssisələrinin nümayəndələrinin iştirakı ilə bağlı təkliflər verir. Digər xalqların diasporlarının təcrübəsini öyrənmək, onların müsbət cəhətlərinin Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində tətbiqi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək də bu şöbənin iş prosesinə daxildir. Həmçinin Dünya Azərbaycanlılarının həmrəyliyinin əsası olan "Azərbaycançılıq" ideologiyasını xaricdə yaşayan azərbaycanlılar arasında təbliğ etmək, onların tarixi Vətənlə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər görmək, Komitənin xarici ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli, vətəndaş hüquqlarının müdafiəsini və qorunmasını təşkil etmək üçün beynəlxalq sənədlərdə təsbit olmuş qaydada azərbaycanlıların sıx yaşadığı ölkələrdə müvafiq dövlət orqanları, habelə beynəlxalq təşkilatların müvafiq strukturları ilə Komitə arasında əməkdaşlıq əlaqələrinin qurulmasını təmin etməyə də xüsusi diqqət ayrılır. Xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan diasporunun fəaliyyəti, habelə Azərbaycan respublikasının milli maraqları ilə bu və ya digər formada bağlı olan mövzularda əksini tapmış materialları toplamaq və sistemləşdirmək , bu barədə Komitə rəhbərliyinə məlumatlar təqdim etmək, eləcə də Komitə sədrinin və rəhbərliyinin( Sədr müavinlərinin, aparat rəhbərinin) əmr, sərəncam və göstərişlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək qurumun vəzifələri sırasında ön planda dayanır. Təbliğat, informasiya və analitik təhlil şöbəsinin əsas funksiyaları sırasına isə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər hazırlamaq və Komitə rəhbərliyinə təqdim etmək, müəyyən olunmuş qaydada Komitənin fəaliyyət sahəsinə daxil olan məsələlər üzrə normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər vermək, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək daxildir. Eyni zamanda informasiya, təbliğat və analitik təhlil şöbəsi xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayır və Komitə rəhbərliyinə təqdim edir. Rəhbərliyin göstərişləri əsasında xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı xüsusi arayışlar hazırlayır, dəyirmi masalar, seminarlar, beynəlxalq konfranslar və digər tədbirlərin təşkili ilə bağlı təkliflər verir. Diasporla İş üzrə Dövlət Komitəsinin digər şöbələrinin təqdim etdiyi məlumatlar, habelə şöbənin öz informasiyaları, apardığı təhlil və araşdırmalar əsasında xarici ölkələrdə yaşayan azərbaycanlıların  milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənir və həllinə dair təklifləri Komitə rəhbərliyinə təqdim edir. Şöbə soydaşlarımızın yığcam yaşadıqları ölkələrdə, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində "Həftə sonu" məktəblərinin və Azərbaycan  mədəniyyət mərkəzlərinin açılması, habelə fəaliyyətdə olan "Həftə sonu" məktəblərinin maddi-texniki təchizatı ilə bağlı tədbirlərin görülməsi üçün təkliflər verir, xaricdə yaşayan azərbaycanlıların hüquq və  azadlıqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası sahəsində mövcud olan problemlərinin həlli məqsədilə öz səlahiyyətləri daxilində xarici dövlətlərin müvafiq orqanları ilə, beynəlxalq və ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri qurur. Xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda iştirak səviyyəsi ilə bağlı hesabatlar hazırlamaq, Azərbaycan həqiqətlərinin təbliği məqsədilə təbliğat materialları, kitablar, broşurlar hazırlayır, film və video-çarxların hazırlanması ilə bağlı sifarişlərin verilməsi üçün rəhbərliyə təkliflər vermək, Komitənin fəaliyyətini əks etdirən nəşrlər hazırlamaq, onların çapını və yayımını təşkil etmək, Komitənin fəaliyyətinin kütləvi  informasiya vasitələrində mütəmadi işıqlandırılmasını təmin etmək, Azərbaycan diasporunun fəaliyyəti, xaricdəki Azərbaycan icmalarının keçirdiyi tədbirlər, ölkəmizin milli maraqlarının müdafiəsi işində fəal iştirak edən soydaşlarımızla bağlı kütləvi informasiya vasitələrində mütəmadi məlumatların verilməsini təmin etmək məqsədilə tədbirlər görmək də fəaliyyət istiqamətlərinə aiddir. Şöbə xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları tərəfindən təsis edilmiş kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir, onların Azərbaycan haqqında zəruri materiallarla təchiz edilməsi məqsədilə tədbirlər görür, öz fəaliyyətinə dair müvafiq qaydada hesabatlar hazırlayır və Komitə rəhbərliyinə təqdim edir; şöbələrin təqdim etdiyi hesabatları ümumiləşdirərək Komitənin fəaliyyətinə dair illik hesabatını hazırlayır və təsdiq olunmaq üçün Komitə rəhbərliyinə təqdim edir; şöbələrin təqdim etdiyi məlumatları ümumiləşdirərək komitənin yarımillik və illik iş planlarını tərtib edir və təsdiq olunmaq üçün rəhbərliyə təqdim edir. İnformasiya, təbliğat və analitik təhli şöbəsinin hüquqları sırasına xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı normativ-hüquqi aktların hazırlanması, onların təkmilləşdirilməsinə dair təkliflərlə Komitə rəhbərliyinə müraciət etmək, şöbənin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən zəruri məlumatlar, arayışlar almaq üçün Komitə rəhbərliyinə təkliflər təqdim etmək; şöbəyə həvalə edilmiş vəzifələrə aid məsələlər üzrə Əsasnamədə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlar ilə iş aparmaq, səlahiyyətləri çərçivəsində Komitə tərəfindən konfranslar, müşavirələr, seminarlar, sərgilər və digər tədbirlər  keçirilməsini təşkil etmək məqsədilə təkliflər vermək aiddir. Həmçinin Komitə rəhbərliyi ilə razılaşdırılmış şəkildə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komissiyaların, koordinasiya və ekspert şuralarının, işçi qruplarının işində iştirak etmək, Komitənin xaricdə yaşayan azərbaycanlılarla bağlı təbliğat, informasiya və nəşr fəaliyyətini həyata keçirmək; rəhbərliyin göstərişləri əsasında Komitənin fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etmək və müvafiq analitik hesabatlar hazırlamaq, xaricdə yaşayan azərbaycanlıların məskunlaşma coğrafiyası, cəmiyyətə inteqrasiyası, sosial-iqtisadi durumu, qarşılaşdığı problemlərlə bağlı analitik hesabatlar hazırlayaraq Komitə rəhbərliyinə təqdim etmək və xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı layihə və təkliflər hazırlamaq da şöbənin malik olduğu hüquqlar sırasındadır. Qurum xarici ölkələrdə yaşayan azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında Komitənin iştirakını təşkil edir, Komitə tərəfindən şöbənin səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli sənədlərin hazırlanmasında iştirak edərək təkliflər verir.
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31