Şahin Şıxlinskinin diaspora sahəsində xidmətləri

Tarixin müxtəlif dövrlərində diaspor tarixinə adını həkk etdirmiş dəyərli soydaşlarımız olub. Belə şəxsiyyətlərdən biri də Şahin Şixlinskidir. Şahin Şıxlinski 1966-cı il fevralın 20- də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. O, 1973-cu ildə orta məktəbə daxil olmuş, 1983-cu ildə isə təhsilini bitirmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda baş mexanik-surucu, serjant vəzifəsində calışmışdır. Şahin Şıxlinski 1986-cı ildə "Sverdlovskqrajdanstroy" trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə secilmişdir. Sonralar o, "E" İnşaatda Huquq şobəsinin mudiri vəzifəsində çalışmışdır. Həmyerlimiz 1995-ci ildə Yekaterinburq şəhərində Ural Dovlət Hüquq Akademiyasını bitirmiş, həmçinin bu Akademiyanın aspiranturasında təhsil alaraq elmi dərəcə əldə etmişdir. 1996-1999-cu illərdə Şahin Şıxlinski "Prestij-Servis" İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur. Fəaliyyəti dövründə diaspor həyatına ciddi bağlı olan və bu sahənin inkişafı üçün çalışan Şahin Şıxlinski 2004-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında isə konqresin vitse-prezidenti secilmişdir. 2007-ci il martın 10-da o, Avropa Azərbaycanlıları Konqresinin  II qurultayında vitse-prezident təyin olunmuşdur. Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında numayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir. Həmyerlimiz Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür. Sverdlovsk vilayətinin Qubernatorunun 2008-ci il 22 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Şahin Şıxlinski Sverdlovsk vilayətinin Dövlət mükafatı, 2008-ci ilin avqust ayında isə "Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi" medalı ilə təltif olunmuşdur. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Şahin Şıxlinski "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31