Belarusda Azərbaycan diaspor təşkilatları

Azərbaycan diasporunun hazırda fəaliyyət göstərdiyi ölkələrdən biri də Belarus Respublikasıdır. Tarixə nəzər salsaq görərik ki, Belarusa azərbaycanlıların ilkin mühacirəti XX əsrin əvvəllərinə təsadüf edir. II dunya muharibəsindən sonra, xüsusilə, 1970-ci illər də soydaşlarımız Belarusa elm, təhsil almaq məqsədilə köçürdülər. Burada daimi məskunlaşan azərbaycanlı mühacirlər Belarusun sosial-iqtisadi həyatında mühum rol oynayıblar. Azərbaycan diasporunun Belarusda formalaşması prosesi 1991-ci ildən sonra başlayıb. Rəsmi statistic məlumatlara əsasən hazırda Belarusda 7 minə yaxın azərbaycanlı yaşayır. Onların məskunlaşdığı əsas şəhərlər Minsk, Tallin, Magilyov və digərləridir. Say baxımından soydaşlarımız Belarusda o qədər də çoxluq təşkil etməsələr də, lakin bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Belarusda fəaliyyət göstərən və geniş əhatə dairəsi olan Azərbaycan diaspor təşkilatlarından biri Belarus Azərbaycan İcmaları Konqresidir. Məlumat üçün qeyd edək ki, 2002-ci il noyabrın 23-də Belarusun paytaxtı Minsk şəhərində burada yaşayan azərbaycanlıların konqresi keçirilib. 150-dən çox nümayəndənin iştirak etdiyi konqresdə Belarus Azərbaycan İcmaları Konqresi yaradılıb. Konqresin əsas məqsədi Belarusda pərakəndə halda yaşayan azərbaycanlıları vahid mərkəzdə birləşdirmək, soydaşlarımızın milli-mədəni hüquqlarını qorumaq və onların ölkənin ictimai-siyasi həyatında iştirakını təmin etməkdir. Belarus-Azərbaycan İcmaları Konqresi bir qurum kimi isə 2003-ci ildə təsis edilmişdir. Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Konqresin fəaliyyətinin əsas istiqamətindən biridir. Hər il Belarusun paytaxtı Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də matəm günlərində - 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü Belarus-Azərbaycan İcmaları Konqresi tərəfindən geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir. Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Belarusun əməkdar idman ustası Natiq Bağırovdur. Hələ 1997-ci ildə həmyerlimiz Minsk şəhərində fəaliyyət gostərən "Qobustan" Mədəni-Maarif İctimai Birliyinin sədri secilmişdir. 2002-ci ilin noyabr ayından isə Natiq Bağırov Belarus Azərbaycan İcmaları Konqresinin sədridir. O, diaspora sahəsində səmərəli fəaliyyətinə görə, 2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilmişdir. 2006-cı il martın 13-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə Natiq Bağırov "Şohrət" ordeni ilə təltif edilmişdir. Belarus-Azərbaycan İcmaları Konqresi təkcə paytaxt Minskdə deyil, eləcə də ölkənin regionlarında da aktiv fəaliyyət göstərir. Təsadüfi deyil ki, konqresin Belarusun bir sıra vilayətlərində regional bolmələri təsis edilib. Belarus-Azərbaycan İcmaları Konqresinin əsas şöbələrindən biri Minsk şəhər şöbəsi - Qobustan Cəmiyyətidir. Belarusda fəaliyyətə başlayan ilk diaspor təşkilatı hesab olunan Azərbaycan İcmaları Konqresinin Minsk şəhər şöbəsi - Qobustan Cəmiyyəti 1989-cu ildə qeydiyyatdan keçmişdir. Belarusdakı azərbaycanlıların diaspor işində fəallığının artırılması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və yeni nəsillərə ötürülməsində Qobustan Cəmiyyətinin böyük rolu var. Qobustan Cəmiyyətinin bir təşəbbüsü ilə 2009-cu ildə cəmiyyət öz üzvlərinin vəsaiti hesabına Belarusun Bleyka şəhərinin görkəmli yerində Azərbaycan xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general- mayor Həzi Aslanovun Belorusiya Rəssamlar İttifaqının üzvü Kamil Kamal Hacıyevin sənət əsəri olan əzəmətli heykəli ucaldılmış, Magilyov şəhərində isə Sovet İttifaqı qəhrəmanı Aslan Vəzirovun büstü qoyulmuşdur. Həzi Aslanovun abidəsinin açılış mərasimində iştirak edən qəhrəmanın nəvəsi Cəmiyyətin bu xidmətini yüksək qiymətləndirmişdir. 2005-ci ildən Qobustan Cəmiyyətinə Baxşı Qəhrəmanov rəhbərlik edir. Cəmiyyətin sədr müavini isə Əlvan Qasımovdur.
Vitebsk şəhər şobəsi - Dostluq Cəmiyyəti-Dostluq Cəmiyyəti Belarusun Vitebsk şəhərində 2007-ci ildə qeydiyyatdan keçmişdir. Təşkilatın sədri Saleh Mirzəyevdir.
Orşa şəhər şöbəsi- Azərbaycan İcmaları Konqresinin Orşa şəhər şöbəsi 2006-cı ildə qeydiyyatdan keçmişdir. Orşa şəhər şöbəsinə Mətləb İskəndərov rəhbərlik edir.
Mogilyov vilayət şobəsi - "Azəri" Cəmiyyəti-"Azəri" Cəmiyyəti Belarusun Mogilyov vilayətində 2005-cı ildə qeydiyyatdan keçmişdir. "Azəri" Cəmiyyətinin sədri İlyas İlyasovdur.
Qrodno vilayət şobəsi - "Vətən" Cəmiyyəti-"Vətən" Cəmiyyəti Belarusun Grodno vilayətində 2006-cı ildə qeydiyyatdan keçmişdir. Konqresin "Vətən" Cəmiyyətinə Vahid Hüseynov sədrlik edir. Bəylər Seyidov isə cəmiyyətin sədr müavinidir.
Bobruysk şəhər şöbəsi-Azərbaycan İcmaları Konqresinin Bobruysk şəhər şöbəsi 2007-ci ildə qeydiyyatdan keçmişdir. Konqresin Bobruysk şəhər şöbəsinin sədri Əyyub Yusifov, sədr müavini isə İltifat Haqverdiyevdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31