Dasporun inkişafında QHT-lərin rolu
6 Avqust 2013 16:53 DiasporaAzərbaycanın təbliğinə, diaspor təşkilatlarımızın fəaliyyətinə virtual dəstək olan resursların hazırlanmasında ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yaxından iştirak edirlər. Belə təşkilatlardan biri Effektiv Təşəbbüslər Mərkəzidir. 2005-ci ildə yaradılan Effektiv Təşəbbüslər Mərkəzin əsas məqsədi ölkədə mütərəqqi dünya dəyərlərinin, demokratiya ideyaları və şəffaflıq prinsiplərinin öyrənilməsi və təbliği, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının milli-mənəvi zənginliyinin, azərbaycançılıq ideyasının yayılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə töhfə verməkdir. Təşkilat bu istiqamətlər üzrə təşəbbüs və təkliflərin irəli sürülməsi, cəmiyyətdə aktuallıq kəsb edən mövzularda mətbuatda analitik, maarifləndirici yazıların dərc edilməsi, sorğuların keçirilməsi, konfrans və müzakirələrin təşkili, xaricdəki azərbaycanlı diaspor təşkilatları, QHT-lərlə əlaqələrin yaradılması işini həyata keçirir. Həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, tarixi saxtakarlıq kampaniyasının ifşası, Azərbaycan xalqının tolerant, mədəniyyətlərarası dialoq tərəfdarı olduğunun dünyaya çatdırılmasında fəal iştirak edir. Mərkəz 2008-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu" layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği üçün əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. 2009-cu ildə layihə çərçivəsində azerbaycanli.org saytı fəaliyyətə başlayıb. Saytda Qarabağ həqiqətləri və Azərbaycan haqqında geniş məlumat verilib. Diaspor bölməsinin də fəaliyyət göstərdiyi saytda xəbərlər onlayn olaraq yenilənir. Üç dildə informasiya-resurs portalı kimi nəzərdə tutulan saytın hazırda Azərbaycan və rus versiyaları aktiv şəkildə fəaliyyət göstərir, mütəmadi yenilənir və məlumat bazası zənginləşdirilir. Saytın ingilis dilində versiyasının isə pilot rejimində işə salınıb. Sayt Azərbaycanın tarixi, bugünü, siyasi, mədəni inkişafı, ölkəmizin dünyada yeri, Qarabağ problemi, azərbaycanlı diasporu və s. mövzularda məlumatları, təhlili yazıları, elektron resursları özündə birləşdirir: Sayt vasitəsilə Azərbaycanın tarixinin, mədəniyyətinin təbliği ilə yanaşı, azərbaycançılıq məfkurəsinin yayılmasına, dünya azərbaycanlılarının bu ideya ətrafında birləşməsinə, azərbaycanlı diasporunun fəaliyyətinə bir informasiya bazası olaraq töhfə verməyə çalışılır. Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti, milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.
Müasir informasiya əsrində dünya azərbaycanlılarının vahid məram və məqsədlər ətrafında konsolidasiyası məhz virtual dünyanın yeni reallıqlarının nəzərə alınması yolu ilə effektiv nəticə verə bilər ki, bu istiqamətdə ən mühüm addım da məhz "Virtual Azərbaycan"ın yaradılmasıdır. Elə Effektiv Təşəbbüslər Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də məhz "Virtual Azərbaycan"ın yaradılmasına nail olmaqdır. Mərkəzin fəaliyyətində "Virtual Azərbaycan"ın formalaşdırılması və inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. "Virtual Azərbaycan"ın yaradılması bu işə töhfə verən elektron resursların, sayt və portalların, başqa sözlə, elektron və ya virtual diasporların yaradılmasını ehtiva edir. Bu nöqteyi-nəzərdən saytı da elektron diaspor və ya "Virtual Azərbaycan" ideyasına xidmət edən informasiya mənbəyi saymaq olar. Çünki saytda dünya azərbaycanlılarını maraqlandıracaq, onlara Azərbaycanla bağlı çeşidli mövzularda (tarix, mədəniyyət, ədəbiyyat, Azərbaycanın beynəlxalq aləmdə yeri, Qarabağ həqiqətləri və s.) informasiya dəstəyi ola biləcək məlumatlar, elektron resurslar var. Buna misal olaraq, Azərbaycanda ilk dəfə hazırlanan "tarix gündəliyi" - "Azərbaycan tarixi günbəgün" kitab-təqviminin mütəmadi olaraq yenilənən elektron variantını - "Bizim təqvim" xronoqrafını, Qarabağın tarix və ədəbiyyatına dair ayrıca elektron xronoqrafların hazırlanmasını göstərmək olar. Sytın fəaliyyətinin əsas məqsədlərindən biri ölkəmizin işğalçı Ermənistan və erməni dairələri ilə apardığı informasiya mübarizəsinə, Qarabağa dair tarixi həqiqətlərin dünyada yayılmasına töhfə verməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir