Sankt-Peterburdakı diasporumuz terror aktını pisləyib - FOTO
28 Yanvar 2023 18:38 DiasporaAzərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum Sankt-Peterburq və Leninqrad vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.
"Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.
Diplomatik nümayəndəliklərə hücümun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31