İtaliyadakı icmamız beynəlxalq birliyə müraciət edib
27 Yanvar 2023 22:32 DiasporaAzərbaycan-İtaliya Birliyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı səfirliyinə xain hücumu hiddətlə pisləyib.
Beynəlxalq birliyə ünvanlanan bəyanatda 27 yanvar 2023-cü il tarixində törədilmiş qanlı olay İran xüsusi xidmətləri tərəfindən hazırlanmış terror aktı kimi qiymətləndirilib.
İranın və Ermənistanın regionda insanlığa və beynəlxalq hüquq normalarına zidd davranışına diqqəti cəlb edən soydaşlarımız dünya ictimaiyyətini ədalətli mövqe tutmağa, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31