Azərbaycan diasporunun təbliğat istiqamətləri

Azərbaycanı dünyada tanıtmaq, onu təbliğ etmək istiqamətində diaspor təşkilatlarımızın ən ciddi diqqət yetirdiyi məqamlardan biri də təbliğat işinin düzgün qurulmasıdır. Bu mənada təbliğat işinin əsas istiqamətlərindən biri də xalqımızın yaşadığı tarixi faciələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağrılı nəticələri haqqında həqiqətlərin dünya ictimayyətinə çatdırılması və Azərbaycan icmalarının  bu barədə daha ətraflı şəkildə məlumatlandırılması ilə bağlıdır. Sevindrici hal ondan ibarətdir ki, ötən müddətdə bu sahədə də bir çox tədbirlər həyata keçirilmişdir.

"20 Yanvar" faciəsilə bağlı Aərbaycan icmaları tərəfindən  əksər ölkələrdə anma mərasimləri keçirilmişdir. Ötən dövrdə keçirilmiş tədbirlər sırasında "Estoniya - Azərbaycan" icmasının  Mədəniyyət mərkəzində "20 Yanvar" faciəsinin ildönümünə həsr edilmiş anma mərasimi xüsusi vurğulanmalıdır.  Tədbirdə Estoniyanın  Məskunlaşma və  Millətlərarası münasibətlər naziri, Estoniya Prezidentinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri, Estoniya Xalqlar Birliyinin prezidenti, Mədəniyyət nazirinin xarici əlaqələr üzrə müşaviri, Tallin şəhər bələdiyyəsinin üzvləri, Estoniynın  yəhudi, tatar və gürcü icmalarının rəhbərləri və bu ölkədəki Azərbaycan  diasporunun  üzvləri, yerli KİV nümayəndələri iştirak etmişlər. Qanlı Yanvar hadisəsinin canlı iştirakçısı, hadisələrin fotoşəkillərini dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə yaymış  Estoniyanın tanınmış fotojurnalisti Yuri Vendelinin çıxışı tədbir iştirakçılarında dərin iz buraxmışdır. Jurnalist tədbir iştirakçılarına eston dilində hazırladığı "Baku-90" foto-bukletini paylamışdır. Müxtəlif ölkələrdə keçirilən belə  tədbirlərdə  dünya azərbaycanlıları "20 Yanvar" faciəsinin günahkarlarını lənətləmişlər.

Xocalı faciəsi ilə bağlı  keçirilən mərasimlər də  öz möhtəşəmliyi  ilə seçilmişdir. Beləki, İsveç-Azərbaycan Federasiyasının təşkilatçılığı ilə Xocalı faciəsi ilə bağlı BMT-nin Stokholmdakı nümayəndəliyi qarşısında nümayiş,  Moldova Azərbaycanlıları Konqresinin  Kişinyov şəhərində BMT-nin və ATƏT-in nümayəndəlikləri qarşısında etiraz mitinqi, Haaqa şəhərində Beynəlxalq Məhkəmə qarşısında "Azərbaycan-Niderland", "Azərbaycan-Türk Kültür Cəmiyyət"lərinin və "Qartal" Azərbaycan Gənclər təşkilatının, Berlndə "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsü ilə Ermənistan Respublikasının Almaniyadakı səfirliyi  qarşısında etiraz nümayişləri, Madriddə "Azəri" cəmiyyətinin, Buxarestdə "Rumuniya-Azərbaycan" Dostluq cəmyyətinin, Nyu-Yorkda "Amerikanın Azərbaycan Cəmiyyəti"nin, Türkiyənin İstambul, Bursa, İzmir, Manisa və Adana şəhərlərindəki "Azərbaycan Kültür və Danışma" dərnəklərinin, Tallin şəhərində "Aydan" mədəniyyət mərkəzinin, "Estoniya Azərbaycan İcması"nın və "Qürbət" cəmiyyətinin, Vilnusda "Litva Azərbyacanlıları Cəmiyyəti"nin Ümumrusiya Azərbaycan Konqresinin və Ukrayna Azərbaycanlıları Konqresinin faciələrimizlə əlaqədar keçirdikləri anma mərasimləri təkcə ötən illər ərzində keçirilmiş tədbirlərin qısa xronikasıdır.

"Qarabağ" Beynəlxalq Xeyriyyə Cəmiyyəti və  Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının təşəbbüsü ilə isə Moskva şəhərində Kremlin yaxınlığındakı "Slavyan" meydanında izdihamlı mitinq keçirilmişdir. Aksiya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, bu prosesdə Rusiyanın rolu, beynəlxalq terrorizm və təcavüzkar separatizmin problemlərinə həsr olunmuşdur. Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyatinin təşəbbüsü və təşkilatçılığı ilə Moskvada "Prezident Otel" mehmanxanasında "Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın rolu" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu, bu ölkənin davamlı sülhün əldə olunmasına verə biləcəyi töhfələr müzakirə edilmişdir.

Hollandiyanın "Niderland-3" Dövlət Televiziya kanalında Azərbaycan xalqının ləyaqətinə  toxunan "Mənim zəfərim haradır" erməni filmi nümayiş etdirilməsinə etiraz əlaməti olaraq kanalın rəhbərliyinin ünvanına Avropada fəaliyyət göstərən diaspor təşkilatları və  soydaşlarımız adından  minlərlə etiraz məktubu göndərilməsi kompaniyası təşkil edilmişdir. Nəticədə "Niderland-3" televiziya kanalının rəhbərliyi Azərbaycan həqiqətlərini əks etdirəcək filmin göstərilməsinə razılıq vermişdir. Hiderland Krallığının  Amsterdam şəhərindəki  "Azərbaycan-Hollandiya",  Haaqa şəhərindəki "Azərbaycan-Türk Kültür" Cəmiyyətləri və Qoningen şəhərindəki "Qartal" Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə  Haaqa Beynəlxalq İnsan Haqları Məhkəməsi və Hollandiya Parlamenti qarşısında nümayişlər keçirilmişdir. Avropa Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Belçika Atatürk Düşüncə Dərnəyi və Belçika Türk Platformu Brüssel şəhərinin "Gare du Nord" meydanında "Erməni soyqırımı iddialarını  rədd edirik!" şüarı ilə birgə icazəli yürüş təşkil etmişlər.  Mitinq həmin vaxt Avropa parlamentinin binasında keçirilən Dünya Ermənilərinin Konqresinə etiraz məqsədi daşıyırdı.  Aksiya  "Gare du Nord" meydanından başlayaraq "Gare du Mid" meydanına qədər 5 kilometrlik məsafədə davam etdirilmişdir. Mitinq təşkilatçıları Belçikadakı Avropa ictimayyətinin diqqətinə erməni terrorizmi və seperatizminin reallıqlarını çatdırmaq üçün "Lüksemburq sarayı"nda Xocalı faciəsi ilə bağlı stendlər də nümayiş etdirmişdilər. Ümumrusiya Azərbaycan konqresinin II Qurultayında Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı xüsusi müraciət qəbul edilmişdir. Yüksək rütbəli hökumət və dövlət nümayəndələrinin iştirak etdiyi bu nüfuzlu tədbirdə belə bir müraciətin qəbul edilməsi münaqişənin əsl səbəbləri barədə Rusiya ictimaiyyətinin bir daha məlumatlandırılmasına xidmət etmişdir. Moskva şəhərində isə "Prezident otel"də 50-yə yaxın müxtəlif yönlü ictimai təşkilatın, partiya rəhbərlərinin, diplomatların iştirakı ilə "Çoxmillətli Rusiyada eksterizmə yer yoxdur" mövzusunda dəirmi masa keçirilmişdir. Bundan bir müddət sonra isə "Qafqaz - "terror" demək deyil" mövzusunda tədbir təşkil olunmuş və bir çox məsələlərə aydınlıq gətirilmişdir. Tədbirdə ilk dəfə olaraq Rusiyanın sağ millətçi təşkilatların nümayəndələri də dəvət edilmişdilər.

Hazırda Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının, "Azəri" Latviya Azərbaycanlıları Cəmiyyətinin,  "Aydan" Estoniya-Azərbaycan  Mədəniyyət Mərkəzinin, "Azər-Çex" cəmiyyətinin, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin İnternet saytları mövcuddur. Bu saytlarda  Azərbaycan barədə müxtəlif informasiyalar, cəmiyyətlər tərəfindən keçirilmiş  tədbirlər barədə məlumat yerləşdirilir. 2004-cü il ərzində Ukrayna Azərbaycanlıları Konqresinin, Xarkov şəhərində Ukrayna-Azərbaycan "Dostluq" və  "Estoniya-Azərbaycan Dostluq" cəmiyyətlərinin  İnternet saytları açılmışdır.

Təbliğat işində  xüsusi əhəmiyyət kəsb edən  məsələlərdən biri də müxtəlif ölkələrdə  azərbaycanlıların çoxluq təşkil etdikləri regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin Azərbaycan haqqında dəqiq və zəngin məlumata malik olmasının təmin edilməsidir. Bu məqsədlə KİV nümayəndələrinin  Azərbaycana səfərləri təşkil olunur. Ümumrusiya Azərbaycan Konqresinin regional təşkilatlarının  xətti ilə Rusiya Federasiyasının İvanova, Yekaterenburq, Tümen və Çelyabinsk şəhərlərindən olan  bir qrup jurnalistin  ölkəmizlə bağlı, Azərbaycandakı rus diasporunun fəaliyyəti, rusların sosial-məişət, təhsil və digər  məsələlərlə bağlı Azərbaycanda olmuş, rus məktəblərində, Slavyan Unversitetində çəklişlər aparmış, respublikamızda yaşayan rusların müxtəlif məsələlərə dair fikirlərini öyrənmişlər. Onlar Gəncə şəhəri, İsmayıllı rayonundan bəhs edən  televiziya filmləri hazırlamış və Rusiya tamaşıçılarına nümayiş etdirmişlər. Hazırda Ulyanovsk vilayətindən KİV nümayəndələrinin Azərbaycana səfərinin təşkil olunması istiqamətində hazırlıq görülür. Ümumiyyətlə, ötən  müddət ərzində müxtəlif ölkələrdə, Azərbaycan nəşrlərinin sayı nəzərə çarpacaq dərəcədə artmış, məzmun və peşəkarlıq cəhətindən, yeni-yeni informasiya texnologiyalarının tətbiqi baxımından zənginləşmişdir. Bu nəşrlərdə xalqımızın mənəvi irsinin, ictimai-siyasi xadimlərimizin, bədii ədəbiyyatımızın təbliği prioritet mövzuya çevrilməkdədir. Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyatın dəstəyi ilə nəşr edilmiş tarixçi S.Çerevskinin "Novıy put Azerbaydjana", şair A.Kiknadzenin "Bakinskaə şkola", Ç.Hüseynovun "Sokrovihe Mustafa-xana" kimi kitabları Rusiya oxucuları arasında  böyük uğur qazanmışdır. Bu mənada əminliklə demək mümkündür ki, Azərbaycan həqiqətlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən kütləvi informasiya vasitələrində təbliği də diqqətdən kənarda qalmır. Şuşa şəhərinin işğalının ildönümü günü Fransanın Qrenbul şəhərinin "Koleydoskop" radiosunda Fransa və Azərbaycan Elm və Təhsilin İnkişafı Assosiasiyasının üzvləri Dağlıq Qarabağ problemi, bu münaqişənin nəticəsində milyonlarla insanın qaçqın düşməsi, müharibə zamanı Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktları barədə  çıxış etmişlər. Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin təşəbbüsü ilə "Azerbaijan - The Land of Fire. Modern Political History of Azerbaijan" (Azərbaycan Odlar Yurdu. Azərbaycanın müasir siyasi  tarixi ) kitabı nəşr edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31