Diasporla İş üzrə Dövlət Komitəsində jurnalistlərlə görüş keçirilib

22 iyul-Milli Mətbuat Günü ərəfəsində Diasporla İş üzrə Dövlət Komitəsində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova kütləvi informasiya vasitələrinin nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Bildirib ki, təmsil etdiyi Dövlət Komitəsi də bu bayram günü ərəfəsində media nümayəndələrini yaddan çıxarmayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm diaspora sahəsində baş verən proseslər, hadisələrin cəmiyyətə çatdırılmasında mətbuatın rolunun danılmaz olduğunu söyləyib. Elşad Miraləm qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi də öz növbəsində hər zaman kütləvi informasiya vasitələri ilə yaxından işləməyə maraqlı olub.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev isə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adından jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək. Valeh Hacıyev jurnalistlərin çətin və şərəfli əməyini yüksək qiymətləndirib. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılmasında hər zaman jurnalistlərin əməyinin böyük olduğunu vurğulayan Valeh Hacıyev qələm sahiblərinə işlərində uğurlar arzuladı. Valeh Hacıyev Dövlət Komitəsinin mətbuat nümayəndələri ilə hər zaman əməkdaşlıq etdiyini və bundan sonra da əməkdaşlığın davam edəcəyini bildirdi. Bildirib ki, jurnalistlərin Diasporla İş üzrə Dövlət Komitəsinə deyil, məhz Dövlət Komitəsinin jurnalistlərə, kütləvi informasiya vasitələrinə ehtiyacı var. Çünki diaspora sahəsində baş verən yeniliklərin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələri müstəsna rol oynayır. 
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev tərəfindən 30-a yaxın kütləvi informasiya vasitəsi nümayəndəsinə təmsil etdiyi dövlət qurumunun hədiyyəsi təqdim olunub. Jurnalistlər də öz növbəsində göstərilən diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildiriblər..

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31