Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu qurumun böyük xidmətləri var

Almaniyada fəaliyyət göstərən çoxsaylı və aktiv diaspor təşkilatlarından biri də Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasıdır. 2007-ci ildən Maqdeburq şəhərində fəaliyyət göstərən Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının fəaliyyətinin əsas məqsədi Azərbaycan diaspor təşkilatlarının işini əlaqələndirməkdən ibarətdir. Həmçinin Mərkəzi Şuranın qarşısına qoyduğu məqsədlər sırasına Almaniyanın bütün həyat əhatəsində yardıma ehtiyacı olan Azərbaycan diasporuna kömək göstərilməsi, onların bərabər hüquqa olmalarının təmin edilməsi, xüsusilə praktiki yolla həyat üçün gərəkli olan yardımın göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və göstərilməsi, vətəndaşlarımızın maraqlarını bütün ictimai səviyyələrdə təmsil edilməsi daxildir. Eyni zamanda Almaniya Federativ Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər dövlət və qeyri dövlət idarələrilə Azərbaycan Respublikasıarasında sıx əlaqələrin yaradılması da Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının fəaliyyət istiqamətləri sırasında yer alır.. Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının prezidenti Tengiz Sade baron zu Romkerhalldır. O, eyni zamanda hüquqşünas kimi Almaniyada yaşayan azərbaycanlıların maraqlarını dövlət orqanları və ictimai təşkilatlar qarşısında müdafiə edən nümayəndə qismində çıxış edir. Ümumiyyətlə, Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası bu ölkədəki fövqəladə və səlahiyyətli səfirliyimiz tərəfindən dəstəklənir. Azərbaycan Respublikasının tədbirləri də Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası tərəfindən digər təşkilatlara paylanır.
Mərkəzi Şura fəaliyyət göstərdiyi ilk illərdən Azərbaycan mədəniyyətini bu ölkədə təbliğ etmək, diaspor nümayəndələrimizə müəyyən hüquqi yardımlar göstərməklə yanaşı, ölkəmizin həqiqətləri, xüsusilə erməni təcavüzünün almanlara çatdırılması sahəsində məqsədyönlü fəaliyyət göstərib. Məhz Mərkəzi Şuranın davamlı və məqsədyönlü fəaliyyəti nəticəsində Almaniayadakı erməni təxribatlarının qarşısı alınıb. Belə ki, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhall ermənipərəst jurnalist Dr.Yoxen Mangelsenin 19 sentyabr 2011-ci il tarixli məqaləsinə qarşı etiraz müraciəti göndərib. Məqalədə alman jurnalisti, "Ermənistan Planeti" adli yeni kitabın müəllifi, publisist Dr.Yoxen Mangelsen Azərbaycan diasporunun 19 sentyabr 2011-ci il tarixində Almaniyanın Ştuttqart şəhərində keçirilən Ermənistan mədəniyyəti günləri çərçivəsində erməni separatçılarının qondarma "Dağlıq Qarabağ-Arzax Respublikasının 20-ci ildönümü"nə həsr olunmuş tədbirə qarşı etiraz aksiyasından bəhs edir.Məqalə "Biri hürür - o birisisə "uzan" əmrini yerinə yetirir" başlığı altında dərc edilib. Məsələ ilə əlaqədar Tengis Sade Baron zu Romkerhall deyib ki, erməni siyasətçiləri və tarixçiləri tərəfindən Dağlıq Qarabağın tarixi və sonralar onun Ermәnistandan qoparılıb Azәrbaycanın tәrkibinә daxil edilmәsi haqqında yalanlar hər zaman dünyada gəzməkdədir. 19 sentyabr tarixində Azərbaycan diasporunun səyi nəticəsində ermənilərin Ştuttqart şəhərindəki qondarma "Dağlıq Qarabağ-Arzax Respublikasının 20-ci ildönümü"nə həsr edilmiş tədbiri baş tutmadı. Bu da bir daha ermənilər və onların muzdlu jurnalistləri üçün dərs oldu.
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir. Bəyanatda qeyd edilir ki, Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar.
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası həmçinin ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları dəmir pulların satışının dayandırılması ilə əlaqədar Almaniyada fəaliyyət göstərən tanınmış "Ebay", "Emuenzen" və "Pfalzmuenzen" şirkətlərinə etiraz məktubu göndərib.
Belə ki, Mərkəzi Şuranın rəhbəri qeyd edilən şirkətlərin saytlarında ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları xırda pulların satışına dair elanın şahidi olub. 1 - 5 dram, 50 luma dəyərlərində olan pulların üzərində ingilis dilində "Nagorno-Karabakh Republic", erməni dilində "Dağlıq Qarabağ Respublikası" və zərfin üzərində almanca "Nagornz Karabach" sözləri yazılıb. Pulların üzərində, həmçinin Dağlıq Qarabağın Ermənistana aid olduğu, Qarabağ dramının 2005-ci ildən istifadəyə verilərək Ermənistan dramı ilə birə-bir dəyişdirilə bilməsi haqqında ayrıca məlumat verilib. Məsələ ilə bağlı Mərkəzi Şuranın etiraz məktubunda bildirilir ki, ermənilərin bu hərəkəti alman xalqına və numizmatlara yanlış məlumatların verilməsinə, iki ölkə arasında gərginliyin daha da artmasına xidmət edir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidverici addımların atıldığı bir vaxtda numizmatika yolu ilə belə bir çirkin siyasətin aparılması yolverilməzdir. Etiraz məktubunda Dağlıq Qarabağa aid buraxılan pulların satışının dayandırılması və internet saytlarından çıxarılması tələb olunub.
Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şuasının ənəhəmiyyətli tədbirlərindən biri də Ştutqart şəhərində etiraz aksiyasının keçirilməsi olub. Belə ki, Almaniya Federativ Respublikasında keçirilən Ermənistan Mədəniyyəti Günləri çərçivəsində erməni separatçıları qondarma "20 il Dağlıq Qarabağ Respublikası" adlı konsert proqramına qarşı etiraz aksiyası təşkil olunub.
Bu aksiya rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq, diaspor cəmiyyətlərini əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirib. Həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib, önəmli danışıqlar aparıb, siyasi səviyyədə konstruktiv tədbirlər görüb. Azərbaycanın Baden Vürtemberq vilayətindəki fəxri konsulluğu Baden-Vürtemberq əyalətinin və Ştutqart şəhərinin hakimiyyət dairələrinə, tədbirin təşkilatçılarına, Baden-Vürtemberq Əyalətindəki erməni İcmasına etiraz məktubları göndərib.
Eyni zamanda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Almaniyada fəaliyyət göstərən bütün diaspor cəmiyyətlərinə məktubla müraciət edib, onları sentyabrın 19-da Ştutqart şəhərinin Bad Kanştatt rayonunda keçiriləcək konsert haqqında məlumatlandırıb və konsertlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Almaniyanın adı çəkilən dövlət idarə və qurumlarına çoxsaylı etiraz məktubları göndərib. Eyni zamanda Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycanlıları Konqresi, Saksen-Anhalt Vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti, Xəzər Cəmiyyəti, ALM.AZ Cəmiyyəti, Berlin-Bakı Qalereyası, Azərbaycan-Alman Dostluq Cəmiyyəti, Türk-Azərbaycan Birliyi, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası, Azərbaycan Akademiklər Birliyi, Finlandiyada fəaliyyət göstərən Diaspor Cəmiyyəti, Finlandiya Azərbaycan Assosiasiyası, İtaliyada fəaliyyət göstərən Diaspor Cəmiyyəti, Azərbaycan Mədəniyyət Assosiasiyası, yazılı etiraz aksiyasına qoşularaq açıq etiraz məktubu ilə Baden-Vürtemberq Əyalətinin və Ştutqart şəhərinin hakimiyyət dairələrinə və rəsmi orqanlarına müraciət edib. "Qondarma bayram konserti" günü AAKM Cəfər Süleymanovun koordinatorluğu ilə Stutqartda yaşayan azərbaycanlılar və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə, Berlində "Azərbaycan Evi"nin sədr Tofiq Qarayevin təşkilati dəstəyi ilə Almaniyadakı Azərbaycan Diasporasını Bad Kanştatt rayonunda adı çəkilən konsertə qarşı piketə çağırıb. Etiraz aksiyasında Baden Vürtemberq və ətraf rayonlardan əlavə Almaniyada fəaliyyət göstərən Diaspor cəmiyyətləri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür və konqresin üzvləri, Raynland-Pfalz Türk Toplumunun rəhbərləri Fazil Lostar, Nail Munqan, Orhan Genc, Frankfurt-Azərbaycan Cəmiyyətinin üzvləri, SOCAR neft şirkətinin Almaniyadakı nümayəndəsi Nazim Əliyev, eləcə də Almaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür bəyanatla çıxış edib və keçirilən "qondarma 20-illik" tədbiri siyasi, ictimai nöqteyi-nəzərdən yanlış bir addım olduğunu və heç bir hüquqi normalara sığmadığını vurğulayıb. Piket iştirakçıları rayon sakinlərinə və konsertə gələn qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair broşurlər və kitablar paylayıb, piketi izləyən alman ictimaiyyətinin nümayəndələrinin suallarını cavablandırıblar. Bundan əlavə, konsertə gələn ermənilərə də Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətini, BMT-nin qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsini pisləyən, Azərbaycan Respublikasının dünyada tolerant bir dövlət kimi tanındığını bildirən, tarixi faktlar əsasında Dağlıq-Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayan vərəqələr paylanıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31