Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğində müstəsna xidməti olan təşkilat-Azərbaycanlıların Mədəniyyət Mərkəzi
15 İyul 2013 17:48 DiasporaAzərbaycan mədəniyyətinin tanıdılması və onun təbliğ edilməsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin müstəsna rolu var. Belə mərkəzlərdən biri də qonşu Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzidir. 2011-ci ildən fəaliyyətdə olan Azərbaycanlıların Mədəniyyət Mərkəzi qısa müddət ərzində ölkəmizin mədəniyyətinin təbliği istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib. Belə ki, mayın 20-27-də Gürcüstanın müstəqillik bayramına həsr olunan Mədəniyyət Günləri" çərçivəsində "Azərbaycan Mədəniyyəti Günü" keçirilib. Gürcüstan hökümətinin maliyyə dəstəyi, Bolnisi rayon icra hakimiyyətinin və Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbiri Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva açaraq sözü Bolnisi rayon icra hakimiyyəti başçısının azərbaycanlı müavini Xələddin İsmayılova verib. Xələddin İbrahimov Gürcüstan hökumətinin təşəbbüsü ilə ölkənin bütün regionlarında mədəniyyət günlərinin keçirildiyini bildirib: "Bu gün keçirilən gün hər il mayın 24-də ənənəvi bayram kimi qeyd olunacaq. Biz bu görüşü "Gəlin, tanış olaq" adlandırmışıq. Bu gün bizi gürcü xalqından heç nə ayırmır. Biz əslərlə bir yerdə qardaş kimi yaşayırıq. Gürcü xalqı Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanışdır. Biz indi gürcü cəmiyyətinə inteqrasiya yolundayıq. 20 ildir ki, bu salonda oturmayanlar var, amma indən belə bu mədəniyyət evində biz gürcülərlə birgə çox vacib tədbirlər keçirəcəyik. Biz belə tədbirlər üçün darıxmışıq. Bizə dostluğu, qardaşlığı inkişaf etdirmək lazımdır." Tədbirdə çıxış edən ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə Gürcüstanın 26 may bayramını və Azərbaycanın 28 may-Respublika Günü bayramını təbrik edib. O, çıxışında iki ölkənin talelərinin oxşar olduğunu deyib: "Təhlükə ilə qarşılaşdığımız günlərimiz olub. Azərbaycanda 20 Yanvar Günü, Gürcüstanda 9 Aprel Günü ən kədərli günlərimizdir. Bizim problemlərimiz və kədərimiz də eynidir. Yeni tarix göstərir ki, biz nə qədər bir-birimizi dəstəkləsək, o qədər güclü olarıq. Nəticədə bizim dövlət və dövlətçiliyimiz möhkəmlənər. Bu günkü tədbir buna nümunədir. ARDNŞ kimi biz sosial-humanitar, mədəni layihələrin həyata keçirilməsinə çalışırıq. İndiyədək biz ölkələrimiz arasında dostluğumuzu daha da dərinləşdirmək üçün 14 layihə həyata keçirmişik, bu layihələr hələ çox davam edəcək". Sonra Azərbaycanlıların Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs ansamblının rəqsləri, o cümlədən "Sarı gəlin", "Odlar Yurdu" rəqsləri tamaşaçıların dəfələrlə alqışlarına səbəb olub. "Azərbaycan Mədəniyyəti Günü" tədbirində aşıqlar, "Borçalı" ansamblının üzvləri də çıxış ediblər. Sonra Marneulidən, Bolnisidən və Qardabanidən gələn azərbaycanlı məktəblilərin ifasında müxtəlif gürcü və Azərbaycan rəqs havaları, "Çonquri"də və gitarada, eləcə də pianino və kamançada çalınan musiqi nömrələri və mahnılar səsləndirilib. "Azərbaycan Mədəniyyəti Günü" bayramında Borçalıda yaşayan soydaşlarımızın mətbəxi, xalçaçılıq, əl işləri, rəsm nümunələrinin sərgisi də keçirilib. Tədbirdə Gürcüstanda nəşr olunan Azərbaycandilli qəzetlər, Gürcüstanda yazıb-yaradan şair və yazıçıların kitabları nümayiş olunub.
Qurtuluş günü ərəfəsində isə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsi Bolnisidə gənclərlə görüş keçirib. Tədbiri açan Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva milli Qurtuluş günü haqqında ətraflı məlumat verərək gənclərlə fikir mübadiləsi aparıb. "Siz dünyada yaşayan azərbaycan xalqının bir hissəsisiniz, dilimizi,tariximizi,həqiqətlərimizi mükəmməl şəkildə bilməlisiniz ki, əsl vətənpərvər gənc olasınız. Eyni zamanda digər millətlərə də xalqımızı layigincə təmsil edəsiniz, Azərbaycanın müstəgilliyində əməyi olan tarixi şəxsiyyətləri unutmamalıyıq. Heydər Əliyev Azərbaycanın dar günlərində xilas etdi, Azərbaycanın bu günkü inkişafı məhz onun adıyla bağlıdır"
Mərkəz Azərbaycan-Gürcüstan dostluq münasibətlərini pozmağa cəhd göstərən qüvvələrə qarşı da zaman-zaman barışmaz münasibət sərgiləyib. Belə ki, bir müddət əvvəl Gürcüstan azərbaycanlılarının adından Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək istəyənlərə qarşı bəyanat qəbul edilib. Bəyanat Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində bölgələri təmsil edən ictimai təşkilatların nümayəndələrinin, ziyalıların, şairlərin, gənclərin və KİV təmsilçilərinin iştiraki ilə keçirilən tədbirdə qəbul olunub. Tədbiri açan mərkəzin idarə heyətinin sədri Fazil Həsənov bəzi KİV-də və sosial şəbəkələrdə heç bir sosial dayağı və cəmiyyətdə nüfuzu olmayan qondarma təşkilatın rəhbərlərinin Gürcüstan azərbaycanlılarının adından yayımlanan, azərbaycançılıq ideyalarına zidd olan və Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək məqsədi güdən yazıların verilməsindən narahatlığını ifadə edərək və bu çıxışların ziyalıların mövgeyini əks etdirmədiyini xüsusi vurğulayıb. O, Gürcüstanın azərbaycanlı ziyalıları adından bəyanat hazırlandığını bildirib. "Regionpress" qəzetinin redaktoru Binnət Əlioğlu bəyanatın mətni ilə tədbir iştirakçılarını tanış edib. Sonda Gürcüstanda yaşayan Azərbaycan ziyalıları adından bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gürcüstan azərbaycanlılarının adından yayımlanan üzdəniraq bəyanatlar və qərəzli məlumatlar bizdə təəccüb və təəssüf doğurur:"Bəzi şəxslər zaman-zaman cəmiyyətdə heç bir nüfuzu və sosial dayaqları olmayan, qondarma bir təşkilatın rəhbərləri kimi xarici ölkə havadarlarının təşviqi və təhriki ilə strateji əməkdaşlıq, dostluq və qardaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Gürcüstan münasibətlərinə düşünülməmiş və məsuliyyətsiz çıxışları ilə kölgə salmağa və bununla da dünya birliyinə inteqrasiya məqsədini özünə hədəf götürmüş, inkişaf etmiş ölkələr arasında sanballı söz sahibinə çevrilmiş, günü-gündən çiçəklənən, demokratik inkişaf yolunu seçmiş iki qardaş ölkənin uğurlarını, bütövlükdə Cənubi Qafqaz regionunun taleyini şübhə altına qoymağa çalışırlar." Ziyalılar bildiriblər ki, ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq qalan və bu gün öz doğma torpaqlarında yaşamalarına Heydər Əliyev və onun siyasi varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsiyyətlərinə borclu olan Gürcüstan azərbaycanlıları özünün dövlətçilik ənənələrinə həmişə sədaqətləri ilə öyünmüş, minillik tarixə malik və Heydər Əliyev tərəfindən zirvəyə qaldırılmış mehriban dostluq və qardaşlıq münasibətlərinin qorunub-saxlanılması ilə qürur duymuşlar. Bəyanatda xüsusi qeyd edilir ki, son illər cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində qazanılmış nailiyyətlər bəzi "qaragüruhçu" qüvvələr tərəfindən "həzm" oluna bilmir, onlar nəyin bahasına olursa-olsun, beynəlxalq aləmdə ölkəni müxtəlif bəhanələrlə gözdən salmağa, ən böyük uğur hesab olunan daxili sabitliyi pozmağa və bununla da qarşıdakı prezident seçkilərində ucuz divident qazanmağa cəhd edirlər.
İyulun 10-da isə Azərbaycanlıların Mədəniyyət Mərkəzində iki kitabın Musa Hüseynoğlunun "Ədalət zəfər çaldı" və Dilqəm Səmədoğlunun "Bilmirəm nə üçün belədi, dünya" kitablarının təqdimatı keçirilib. Təqdimat mərasimində tanınmış şair və yazıçılar,ziyalılar, şairlərin dostları və yaxınları, gənclər iştirak etdilər. Tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə heyətinin sədri Fazil Həsənov iştirakçıları salamladıqdan sonra son vaxtlar Gürcüstan azərbaycanlıları arasında ədəbi mühitin bir qədər canlandığını və ona daha çox gənclərin rəng qatmağa çalışdıqlarıını bildirdi, AMM-in orqanları olan " Meydan", "Qarapapaq", jurnallarında və "Regionpress" qəzetində ədəbi- bədii yazıların xüsusilə , gənclərin müəllifliyi ilə sanballı yazıların dərc olunduğuna diqqət çəkib. Sonda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov toplaşanlara minnətdarlığını bildirib və müəlliflərə Emin Elsevərin tərcüməsində tanınmış gürcü yazıçısı Cabua Amirecibinin "Data Tutaşxia" əsərini təqdim eib. Bu günlərdə isə Gürcüstanın Milli Kitabxanasında azərbaycan ədəbiyyatı güşəsi açılıb. Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan ədəbiyyatı güşəsinin açılışı təşəbbüsü Dialoq və İnkişaf Fondu tərəfindən irəli sürülüb. Dialoq və İinkişaf Fondu və Milli kitabxana arasında əmədaşlıq memorandumu imzalanıb. Sənəddə gələcəkdə Azərbaycanda da Gürcüstan güşəsinin yaradılması nəzərdə tutulur. Açılış mərasimində gürcü və azərbaycan ictimayyəti, KİV və QHT nümayyəndələri iştirak etdilər. Tədbir iştirakçıları bu cür təşəbbüsün vacib olduğunu vurğulayaraq iki xalqın ədəbi əlaqələrindən söz açblar. DİF-nun rəhbəri Ramilə Əliyeva qeyd edib ki, güşədə olan kitabların sayı artacaqdır əyani vasitələr də əlavə lunacaqdır. "Burada azərbaycan tarixinə, klassik ədəbiyatına, həqiqətlərinə, turizminə həs olunmuş əsərlər yer alıb. Kitablar bir neçə təşkilatlar tərəfindən hədiyə olundu".
Qeyd edək ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən azərbaycan güşəsinə 60 ədəd kitab hədiyyə olundu. Onlar Gürcüstanda yaşayan azərbaycanlı yazarların əsərləri, Azərbaycan klassik ədəbiyyatı, Qarabağ həqiqətlərindən ibarət idi.
Qeyd edək ki, kitabxanada Çin, İran və digər ölkələrin güşələri mövcuddur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir