Zəfər Gününə həsr olunmuş “Sülh üçün çal” layihəsi təqdim edilib - VİDEO
8 Noyabr 2022 15:16 DiasporaFransada yaşayan tanınmış musiqiçi Etibar Əsədli 8 Noyabr - Zəfər Günü münasibətilə "Sülh üçün çal" ("Play for Peace") adlı layihəsini gerçəkləşdirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlmiş layihədə Etibar Əsədli ilə birlikdə dünyanın müxtəlif ölkələrində yaşayan müğənnilər - Caribbean Nelly, Mila Miles, Lynn Adib, Haruni, Röya və Rizvan dueti, Sadiq Ağamliyev, Ella, musiqiçilər İbrahim Məmmədov (tar), Kostas Fortsas (kaval), Onur Çalışkan (klarnet), Ələfsər Rəhimov (balaban), Conatan Grande (zərb alətləri), Ozan Burcan (kamança) və başqaları Azərbaycanın "Ay Lolo" xalq mahnısını yeni oranjemanda təqdim ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
