BMT Rusiyanın keçirdiyi referendumun nəticələrini tanımadı

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukraynanın dörd bölgəsinin (Luqansk, Donetsk, Zaporojye və Xerson) Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələrini tanımayan qətnamə qəbul edib.

Sənəddə Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə çağırış da yer alıb. Qətnamənin qəbulu üçün onu seçicilərin ən azı üçdə ikisi dəstəkləməli idi.

143 ölkə Rusiyanın keçirdiyi referendumların qanunsuz olduğunu təsdiqləyib və qətnamənin lehinə səs verib. Beş dövlət - Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya qətnamənin əleyhinə səs veriblər. 35 ölkə, o cümlədən Çin, Hindistan, Cənubi Afrika, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səsvermədə bitərəf qalıb.

BakuPost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31