Toronto Universitetinin professoru Edilli cinayətindən dəhşətə gəlib - FOTO

Dünyanın müxtəlif ölkələrində yaşayan elm xadimləri Ermənistanın növbəti hərbi cinayətini - Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqların aşkar olunmasını dəhşətli hadisə kimi qiymətləndirirlər.

Almaniyada yaşayan azərbaycanlı alim, professor Məsud Əfəndiyevə ünvanladığı məktubda Toronto Universitetinin professoru Vitali Vuqalter belə yazıb: "Əziz Məsud! Bu dəhşətdir! Ermənilər həmişə öz siyasətlərində və müharibə cinayətlərində ikiüzlüdürlər".

Qeyd edək ki,  Humboldt mükafatı alan ilk azərbaycanlı riyaziyyatçı, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı alim həmkarlarına müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31