Diasporla bağlı yeni qanun layihəsi hazırlanacaq
21 Sentyabr 2022 12:22 Diaspora"Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" yeni qanun layihəsi hazırlanacaq. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası üçün İş planına daxil edilib. Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanması üçün dinləmələr keçiriləcək.
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc bildirib ki, bu layihənin maliyyə yükü çox azdır: "Maliyyə Nazirliyi büdcə müzakirələrində abunu nəzərə alsa, biz layihəni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Amma indiki halda bu layihə ilə bağlı dinləmələrin keçirilməsini nəzərdə tutmuşuq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31