Xarkovda yaralanan digər sürücü də təxliyə olundu - FOTO

Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.

Olaylar.az bildirir ki, İvano Frankovsk azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salıblar. Sürücü artıq bu gündən vətəndədir.

Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyyə olunub.

Xatırladaq ki, bu 2 sürücü ilə yanaşı digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi ki Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.

Bir 1 nəfər, içəridə və bunu deyən yazı "PORT REPORT REP REPORTRE T" şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31