Adil Bağırovun diasporun inkişafında xidmətləri

zərbaycan diasporunun inkişaf etdirilməsi, ölkəmizin dünya ictimaiyyətində, xüsusilə okdeanın o tayında tanıdılması prosesində böyük əməyi keçən insanlardan biri də Adil Bağırovdur. Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. O, 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında "Beynəlxalq munasibətlərin və dunya siyasətinin qloballaşmasında internet faktoru" movzusuna dair dissertasiya mudafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunda "Rusiya-Amerika munasibətlərində və dunya siyasətində neftqazfaktoru" movzusunda dissertasiya mudafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. Adil Bağırov 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xususi muşaviri və Birləşmiş Ştatların Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətci olub. 2004-cu ildən Umumdunya Enerji Strategiyasının Beynəlxalq İşlər uzrə vitse-prezidentidir. Adil Bağırov 2009-cu ildən Birləşmiş Ştatlarda qeyri-hokumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsiscisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hokumət təşkilatının direktorudur. 2007-ci ildən isə Adil Bağırov Bakıda Azərbaycan Diplomatiya Akademiyasının dəvətli professorudur. 2008-ci ildə isə Adil Bağırov Birləşmiş Ştatlar Turkiyə Şəbəkəsi qeyri-hokumət təşkilatının baş direktoru və həmtəsisçisidir. O, 2003-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mudafiə və Təhlukəsizlik Komitəsində ekspert olub. Hazırda Adil Bağırov  Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində yaşayır. O,  50-dən artıq elmi məqalənin muəllifidir. Həmyerlimiz 15-dən cox elmi konfransda cıxış edərək, dunya ictimaiyyətinin diqqətini muasir dovrun aktual problemlərinə, o cumlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsinə cəlb etməyə calışıb. Hazırda o, Azərbaycan diasporunun ən nufuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə, Adil Bağırov  "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31