“İqtisadi inkişafımız olmasaydı, qələbəmiz də olmazdı”-Vitse-spiker
12 Noyabr 2021 12:41 Diaspora"Azərbaycanın bu cür dövlət büdcəsi olmasaydı, iqtisadi inkişafımız olmasaydı, qələbəmiz də olmazdı". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəsi zamanı deyib. F.İbrahimli qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə torpaqlarını 30 illik işğaldan azad etdi: "Bu qələbənin arxasında dövlətin uzunillik fəaliyyəti dayanır. Əgər indiyə qədər bu cür iqtisadi inkişafımız, bu cür büdcəmiz olmasa idi, bu qələbəmiz də olmazdı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31