Münhendə Zəfər Günü qeyd edilib

Almaniyanın Münhen şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Münhen Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il parlaq Qələbə münasibətilə xalqımıza müraciəti nümayiş etdirilib.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Tədbirdə çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov möhtəşəm bayram münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qəhrəmanlıqla qazandığı parlaq Qələbəni Azərbaycan tarixinin şanlı səhifəsi adlandırıb, hünər nümayiş etdirən şəhidlərimizin və cəsur qazilərimizin Vətən qarşısında xidmətlərinin unudulmayacağını bildirib.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Tədbir konsert proqramı ilə davam edib.

Diaspora Komitəsi Azərbaycan Respublikası 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31