Nant şəhərindəki “Qarabağ” məktəbində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Fransada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Nant şəhərindəki "Qarabağ" həftəsonu Azərbaycan məktəbində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Aynurə Hacıyeva və Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti  Togrul Zeynalov çıxış edərək, şagirdləri və valideynləri möhtəşəm bayram münasibətilə təbrik ediblər.

Qəhrəman şəhidlərimizin fotolarının həkk olunduğu köynəklərdə çıxış edən məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.

Bir 12 nəfər, uşaq, ayaqüstə duran insanlar, şar və içəridə şəkili ola bilər

Tədbir çərçivəsində "Zəfər Turniri" rəsm müsabiqəsinin iştirakçılarının əl işləri nümayiş etdirilib. Məktəb şagirdləri Zəfər Günü və işğaldan azad edilmiş torpaqlarımızla bağlı düşüncələrini təsviri sənət vasitəsilə ifadə ediblər. Müsabiqə iştirakçıları sertifikatlarla mükafatlandırılıb.

Sonra məktəb şagirdləri Azərbaycan və Türkiyə bayraqları ilə Nantın mərkəzi kücələrində yürüşə çıxaraq, yerli sakinlərə Azərbaycanın tarixi torpağı Qarabagın işğaldan azad olunması və 8 Noyabr - Zəfər Günü haqqında məlumat veriblər. Məktəblilər şəhər sakinlərinə "Xarı Bülbül" rəmzinin təsvirini və qızıl güllər paylayıblar.

Yürüş Azərbaycan və Türkiyə bayraqlarının səmalara yüksəldilməsi ilə başa çatıb.

Diaspora Komitəsi Azərbaycan Respublikası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31