Strasburqda Zəfər Günü təntənə ilə qeyd edilib

Fransanın Strasburq şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın və Türkiyənin Avropa Şurası yanında Daimi nümayəndələri  Fəxrəddin İsmayılov və Kaan Esener çıxış ediblər.

Bir 1 nəfər şəkili ola bilər

Diplomatlar möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər.

Bir 14 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın və diaspor təşkilatlarının sarsılmaz birliyi və həmrəyliyi sayəsində işğala və ədalətsizliyə son qoyulduğu, Vətən müharibəsində əldə olunan tarixi zəfərlə xalqımızın şanlı qəhrəmanlıq salnaməsi yazdığı, qələbə sayəsində "bir millət, iki dövlət"in gələcəyə inamla baxdığı nəzərə çatdırılıb.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Sonra 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayış olunub.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Böyük coşqu və sevinc içində keçən tədbir bayram konserti ilə davam edib.

Diaspora Komitəsi Azərbaycan Respublikası  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31