Budapeştdə Zəfər Gününə həsr olunmuş futzal turniri keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Zəfər Gününə həsr edilmiş "Victory CUP" adlı futzal turniri keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan turnirdə Macarıstan universitetlərinin tələbələrindən ibarət 8 komanda iştirak edib.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Diplomatik, idman və turistik xarakter daşıyan layihəyə yerli universitetlər və gənclər tərəfindən böyük maraq göstərilib, komandalar qısa bir zamanda qeydiyyatdan keçiblər.

Bir ayaqda şəkili ola bilər

Macarıstanın aparıcı futbol komandalarından biri olan "Vasas" FK-nın futsal zalında baş tutmuş turnirdə qalib gələn Eötvöş Lorand Universitetinin komandası ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə tərəfindən Zəfər Kuboku ilə mükafatlandırılıb, həmçinin ikinci və üçüncü yerləri tutan Macarıstan Fiziki Universitetinin və Korvinus Universitetinin komandalarına "Vasas" FK-nın fəxri prezidenti Janos Jako tərəfindən medallar və hədiyyələr təqdim edilib.

Bir 13 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Turnirdə çıxış edən səfir ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının beynəlxalq hüquqa hörmətlə yanaşan xalqlar üçün əhəmiyyətini vurğulayıb.

Bir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

J.Jako isə Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya oyunlarında qazandığı qızıl medalları qeyd edib.

Turnir üçün xüsusi olaraq hazırlanmış Zəfər Kuboku, medallar və mükafatların üzərində ölkəmizin qələbə rəmzlərindən birinə çevrilmiş Xarı bülbül əks olunub.

Turnirdə qalib gələn komandanın noyabr ayının sonlarında Azərbaycana səfəri və "Qarabağ" futbol klubunun təlim-məşq toplantılarında, həmçinin oyunlarında iştirakı nəzərdə tutulur.

Diaspora Komitəsi Azərbaycan Respublikası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31