Qubadlı polis şöbəsinin fəaliyyəti bərpa olunub

365 gün əvvəl işğaldan azad edilən Qubadlı rayonunda polis şöbəsinin fəaliyyəti bərpa olunub. Dövlət tərəfindən şəxsi heyətin xidməti fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilib. Daxili işlər orqanlarının  əməkdaşları aidiyyəti qurumlarla birgə təhlükəsizlik tədbirlərini davam etdirir. DİN-dən "Olaylar"a bildirilib ki, bu müddət ərzində düşmənin atıb qaçdığı, sığınacaq və saxlanclarda gizlətdiyi 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31