Türkiyədəki görkəmli diaspor nümayəndələrimiz
22 May 2013 18:20 DiasporaBu gün Azərbaycan diasporunun ən geniş yayıldığı ölkələrdən biri də Türkiyə Cümhuriyyətidir. Müxtəlif illərdə qardaş ölkədə diaspor təşkilatı yaratmış dəyərli soydaşlarımız hazırda da bu işi uğurla icra edirlər. Azərbaycanı Türkiyədə layiqincə təmsil edən, ölkəmizin problemlərini Türk cəmiyyətinə çatdıran insanlardan biri də Yücel Artantaşdır. O, 1952-ci ildə İqdır şəhərində anadan olub. Ankara Qazi Universitetinin İqtisadi və idarəetmə elmləri fakultəsinin İctimaiyyətlə əlaqələr bolməsini bitirib. Yücel Artantaş Ankara Boyuk Şəhər Bələdiyyəsinin Baş katibinin koməkcisi olub. SSK İdarəetmə Qurumunun uzvu kimi də fəaliyyət göstərib. Hazırda Əmək İnşaat və İşlətmə İdarəetmə Qurumunda sədr muavinidir. Cümhuriyyət Xalq Partiyasının 33-cu qurultayında sabit millət vəkili olaraq Partiya Məclisinə təkrarən secilib. Qeyd edək ki, Yucel Artantaş Partiya Məclisinə secilən 53 nəfərdən biridir. Yücel Artantaş hazırda sindikatcı və İqdırdan olan millət vəkilidir. "Kent" Korporasiyasının icraedici uzvudur. 2006-cı il, martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Şohrət" ordeni ilə təltif olunub.
Samil Ayrim-1950-ci ildə Turkiyənin Qars şəhərində anadan olub. İstanbul Texniki Universitetinin Maşınqayırma fakultəsinin Gəmi inşaat və maşınqayırma uzrə yuksək muhəndisi olaraq məzun olub. Turkiyə Gəmicilik Sənayesinin A.Ş. baş mudiri və İdarə heyəti başcısı, Dəniz Nəqliyyatının T.A.Ş baş mudirinin məsləhətcisi, İqdır və İstanbuldan millət vəkili kimi fəaliyyət göstərib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif edilib.
Turqut Arat- 1944-cu il aprelin 10- da İğdır şəhərində anadan olub. 1973-1977-ci illərdə Ege Universitetində inşaat muhəndisi kimi çalışıb. 1977-ci ildən sərbəst muhəndis və inşaatcı kimi fəaliyyət gostərir, iş adamıdır. 2006-cı ildən Turkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr muavinidir. Eyni zamanda o, İzmir Azərbaycan Kultur Evi və Dayanışma Cəmiyyətinin sədridir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif edilib.
Sinan Oğan-1967-ci il sentyabrın 1-də İqdır şəhərində anadan olub. 1989-cu ildə Mərmərə Universitetinin biznesin idarə olunması fakultəsini bitirib. 1992-ci ildə Mərmərə Universitetində "Maliyyə Huquq-Bank işi" sahəsində "Azərbaycanda iqtisadiyyat və maliyyə sektorunun əsaslı analizi" movzusunda elmi iş mudafiə edib. 2009-cu ildə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunun "Beynəlxalq Munasibətlər və Politologiya" sahəsi uzrə doktorluq dərəcəsini alıb. 1992-1998-ci illərdə Mərmərə Universiteti, Turkiyə Araşdırmalar Universiteti araşdırma şobəsində calışıb. 1993-2000-ci illər ərzində Azərbaycan Dovlət İqtisad Universiteti Turk Dunyası idarəetmə fakultəsində dekan koməkcisi olub. 1994-1998-ci illərdə Turkiyə Respublikası Xarici İşlər Nazirliyinin tabeliyində olan Turkiyə İş Birliyi və Koordinasiya Agentinin-TİKA -Azərbaycan təmsilçiliyinə rəhbərlik edib. 2000-ci ildə Turkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti uzrə calışıb. 2004-cu ildə Turkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi - TURKSAM-ın əsasını qoyub. 2004-cu il mayın 28-də isə Turkiyə Azərbaycan Dərnəyini yaradıb. 2006-cı ilədək Avrasiya Strateji Araşdırmalar Mərkəzinin "Rusiya və Ukrayna" şobəsinə rəhbərlik edib. Məşhur "Valday" qrupunun 40 uzvundən biridir. 1992-ci ildə "Turk dunyasının problemləri və cıxış yolları" movzusunda calışmalarına gorə Turkiyənin "Milliyyət" qəzetinin "Sosial Elmlər", 1993-cu ildə Mərmərə Universitetinin "Uğur", 2010-cu ildə "Turk dunyasına xidmət" mukafatlarını alıb. 1992-ci ildə "Azərbaycan", 2003-cu ildə "Siyasət və oliqarxiya" adlı və 2006-cı ildə "Narıncı inqilablar" adlı nəşr olunan kitabların muəllifidir. Oğuz boyu Mədəniyyət Dərnəkləri Federasiyası tərəfindən "Şərəf" ordeni, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Nurəddin Aras-1954-cu il martın 6-da İqdır şəhərində anadan olub. İlk, orta və lisey təhsilini İqdırda alıb. Liseydən sora Almaniyaya gedib və Hote İnstitutunda dil təhsili alıb. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etdirib. İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil alıb. 1980-ci ildə İqdırda coğrafiya muəllimi təyin olunub. 1999 və 2004-cu illərdə kecirilən seckilərdə qalib gələrək 10 il İqdır Bələdiyyə sədri olub. 2011-ci ildə kecirilən Turkiyə Umumi Seckilərində Ədalət və İnkişaf Partiyasından II nomrəli millət vəkili namizədi olaraq gostərilib. Azərbaycanla munasibətə həmişə boyuk onəm verən Nureddin Arasın təşəbbusu və dəstəyi ilə hər il Xocalı soyqırımının ildonumu ilə əlaqədar Avropa olkələrində beynəlxalq konfrans kecirilir. Turkiyə-Ermənistan sərhədlərinin acılmasına qarşı cıxan Nureddin Aras İqdırın Azərbaycanla, xususi ilə blokada şəraitində olan Naxcıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində onəmli rol oynayıb. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Ilhan Akküzüm-1947-ci il sentyabrın 11-də Türkiyənin Qars şəhərində anadan olub. Orta təhsilini Türk Təhsil Dərnəyi Ankara Kollecində alıb. 1973-cu ildə Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasının Xarici ticarət və turizm bölməsində ali təhsilini tamamlayıb. 1978-1983-cü illərdə sərbəst ticarətlə məşğul olub. 1983-1991-ci illər arasında iki dəfə Ana Vətən Partiyasından Qars millət vəkili seçilib. 1987-1991-ci illərdə turizm naziri, gənclər və idman sahəsi üzrə dövlət naziri vəzifələrində çalışıb. 1991-1995-ci illərdə isə Türkiyə Böyük Millət Məclisinin millət vəkili olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Hüseyn Sözlü-1965-ci ildə Ceyhan şəhərində anadan olub. 1990-cı ildə DSİACO şirkətində çalışıb. 1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olub. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri seçilib. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanıb 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul edib. Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda ümummilli lider Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak ediblər. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Ertan Demirtaş-1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1970-ci ildə İstanbul Universitetinin Çapa tibb fakultəsinin məzunu olub. 1989-cu ildən professor-tibb üzrə fəxri həkim, elmlər doktorudur. 1980-2003-cü illərdə Gülhanə Askeri Tibb Akademiyasında, daha sonra 1986-1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997-2003-cu illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001-2003-cü illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. 2005-2007-ci illərdə İstanbul Yeditəpə Universitetində həkim-professor, 2007- 2009-cu illərdə alman xəstəxanasında həkim-professor, 1989-1995-ci illərdə ABŞ höküməti tərəfindən ABŞ-ın müxtəlif tibb mərkəzi və universitetlərinə rəsmi qonaq kimi dəvət edilib. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Əhməd Şəfəq-1962-ci il yanvarın 1-də Türkiyənin İstanbul şəhərində anadan olub. 2007-ci ildə Bakıda keçirdiyi konsertdən əldə etdiyi bütün gəliri Azərbaycan ordusuna bağışlayıb və "Fəxri Fərman" mükafatına layiq görülüb. Hazırda müğənnidir. 2005-ci ildə "İlin ən yaxşı kişi solisti" mükafatı, 2006-cı ildə isə Ənənəvi Kral TV "Video Mahnı" mükafatı ilə təltif olunub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akkan Süver-1942-ci il, avqustun 8-də İstanbul şəhərində anadan olub. İstanbul Universitetinin jurnalistika fakultəsini bitirib və jurnalist kimi fəaliyyət gostərib. O, Bakı Dovlət Universitetinin Beynəlxalq munasibətlər uzrə fəlsəfə doktorudur. Jurnalistlik karyerasına "Son saat" qəzetində başlayıb, "Dunya" qəzetində redaktor koməkcisi, sonra İstanbulda gundəlik fransız dilində nəşr olunan "Lya Qazet"də baş redaktor olub. "Gunəş", "Hər gun", "Orta Şərq", "Tərcuman", "Turkiyə və Dunya" adlı İstanbul qəzetlərinin muxbiri kimi çalışıb. 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının mətbuat katibi olub, sonralar isə partiya katibinin müavini postunu tutub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad olunub. 1990-2000-ci illərdə Türkiyə Boks Federasiyasının vitse-prezidenti, Umumdunya Boks Assosiasiyasının Elmi Komitəsinin üzvü, 1997-ci ildə isə Mərmərə Fondunun prezidenti olub. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisci üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir, Azərbaycanda "Ataturk Mərkəzi"nin Elmi Şurasının üzvüdür. 2005-2006-cı illərdə "Yaşıl yarpaqlar movsumu" və "Atatürkun həyatı" adlı kitabları nəşr olunmuşdur. 2007-ci ilin martında Vatikanda Muqəddəs Papa XVI Benedikt tərəfindən "XVI Benedikt" Xatirə medalı ilə təltif edilmişdir. 2006-cı ilin avqust ayında Monqolustanın "Cingiz xan" medalı ilə təltif edilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Bilal Dundar-1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olub. 1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirib. 1970-1973-cu illərdə Çorum Ticarət liseyində, 1973-1978-ci illərdə İzmit Axşam və Gunduz liseyində, 1979-cu ildə isə Kocaelidə məslək yuxarı siniflərdə muəllim, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifəsində calışıb. 1995-ci ildən "Kocaeli" qəzetinin muxbiridir. 2002-ci ildə "Yazdıqlarım", 2004-cu ildə "Sezdiklərim", 2008-ci ildə "Bildiklərim", 2009-cu ildə "Duşunduklərim", 2011-ci ildə "Gördüklərim" adlı kitabları nəşr olunub. 2004-cu ildən Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. 2006-cı ildən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir