Sahil Qasımovun diasporun inkişafında xidmətləri
14 May 2013 17:52 DiasporaMüasir dövrümüzdə Azərbaycam diasporunun inkişafında müstəsna xidmətləri olan və ölkəmizin təbliği istiqamətində yorulmaz fəaliyyət göstərən insanlardan biri də Sahil Qasımovdur. Sahil Qasımov 1961-ci il, aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur. 1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Bundan sonra o, Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Həmyerlimiz eyni zamanda Marksizm Leninizm Universitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur. 1990-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcə "AzHol" Kommersiya şirkətinin təsiscilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində "Caspian International" Beynəlxalq Turizm şirkətini qeydiyyatdan kecirərək bu şirkətin prezidenti olmuşdur. 2000-ci ilin əvvəllərində Sahil Qasımov Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan kecirmişdir. 2003-cu ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsiscisi və baş məsləhətcisi olmuşdur. 2006-cı ilin noyabr ayında Beniluks olkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini təsis etmiş və 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. Sahil Qasımov 2011-ci ildə yenidən Benilüks Azərbaycanlıları Konqresinin sədri secilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, O, eyni zamanda Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının uzvudur. 2010-cu ildən etibarən Brusseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburgda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda "Caspian İnternational Company" nin prezidentidir. Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov uğurlu fəaliyyətinə görə, "Qobustan" Beynəlxalq Mukafatına layiq gorulmuşdur. 2011-ci il iyulun 4-də Sahil Qasımov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir