Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Teymur Rzayev
13 May 2013 17:11 DiasporaAzərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri də Teymur Rzayevdir. Teymur Rzayev 1959-cu il iyulun 15-də Bakı şəhərində anadan olmuşdur. 1966-1974-cu illərdə ibtidai təhsilini Abşeron Rayonu Xırdalan orta təhsil məktəbində almışdır. 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dovlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1982-1988-ci illərdə Azərbaycan Dovlət Rəssamlıq Akademiyasında təhsil almış, bakalavr və magistr proqramını professor Mikayıl Abdullayevin emalatxanasında tamamlamışdır. 1985-1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında professor Devyatov M.M. adına emalatxanada təhsilini davam etmişdir. 2004-2008-ci illərdə Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır.1981-1982-ci illərdə Bakı Quşculuq fabrikində 5-ci dərəcəli rəngsaz kimi fəaliyyət gostərmişdir. 1984-cu il iyunun 6-dan noyabrın 16-na kimi "Azərbaycan" Kinoteatrında tərtibatcı rəssam olmuşdur. 1984-1985-ci illərdə Məmməd Rahim adına 7 nomrəli məktəbdə cilingər, 1985-ci ildə Azərbaycan Rəssamlar İttifaqı Bədii Fondunda rəssam, 1987-1988-ci illərdə 5-ci dərəcəli cilingər olaraq Azərbaycan İstehlak Cəmiyyəti İttifaqında cilingər olmuş, SSRİ Bədii Fondunda rəsm bolumunə rəssam kimi qəbul edilmişdir. 1991-ci ildə SSRİ Rəssamlar Birliyinə uzv olmuşdur. Teymur Rzayev hazırda Azərbaycan Rəssamlar İttifaqının uzvudur.
Teymur Rzayev 1992-1994-cu illər ərzində Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində muəllim, 1994 2006-cı illərdə isə İstanbul şəhəri İstək Ataturk liseyində muəllim işləmişdir. 1993-cu ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində fərdi sərgi təşkil etmiş və həmin il "İstək" Fondunun qurucusu və sədri Bedrettin Dalan tərəfindən İstanbula dəvət edilmişdir. Teymur Rzayev Azərbaycandan kənarda olduğu müddət ərzində hər zaman ölkəmizin təbliği, onun tanıdılması istiqamətində fəaliyyət göstərmişdir. Həmyerlimizin çəkdiyi rəsm əsərlərində ölkəmizin problemləri, Dağlıq Qarabağ probleminə də daim diqqət yetirilib. 2005-ci ildən etibarən Teymur Rzayev YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Turkiyə Milli Komitəsinin Uzvluyə Qəbul Komissiyasının uzvudur. 2006-cı ildən etibarən Yeditepe Universiteti İncəsənət fakultəsi Plastik sənətlər şobəsində muəllim işləyir. 2006-cı ildə Azərbaycanın Diasporla İş uzrə Dovlət Komitəsi tərəfindən təşkil olunmuş Dunya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Teymur Rzayev Turkiyədə yaşayan rəssamların koordinatoru secilmişdir. 2011-ci ildə xarici olkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kitabın redaktoru olmuşdur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə "Əməkdar rəssam"fəxri adı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir