Dövlətin diqqətində olan diaspor nümayəndələri

Dünyanın müxtəlif ölkələrində yaşayan və həmin ölkələrdə Azərbaycan diasporunu formalaşdıran dəyərli soydaşlarımız hər zaman dövlətin diqqət və qayğısını öz üzərilərində hiss edib, göstərdikləri fəaliyyətə görə müxtəlif vaxtlarda Azərbaycanın ən ali mükafatları ilə təltif olunublar. Belə şəxslərdən biri də Nurəddin Arasdır. Məlumat üçün qeyd edək ki, Nurəddin Aras 1954-cu il martın 6-da İqdır şəhərində anadan olub. O, ilk, orta və lisey təhsilini İqdırda alıb. Liseyi bitirdikdən sonra Almaniyaya gedib və Hote İnstitutunda dil təhsili alıb. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etdirib. 1980-ci ildə İqdırda coğrafiya muəllimi təyin olunub. 1999 və 2004-cu illərdə kecirilən seckilərdə qalib gələrək 10 il İqdır bələdiyyə sədri olub. 2011-ci ildə kecirilən Turkiyə Umumi Seckilərində Ədalət və İnkişaf Partiyasından II nomrəli millət vəkili namizədi olaraq gostərilib. Azərbaycanla munasibətə həmişə boyuk onəm verən Nurəddin Arasın təşəbbusu və dəstəyi ilə hər il Xocalı soyqırımının ildonumu ilə əlaqədar Avropa olkələrində beynəlxalq konfrans kecirilir. Turkiyə-Ermənistan sərhədlərinin acılmasına qarşı cıxan Nurəddin Aras İqdırın Azərbaycanla, xususi ilə blokada şəraitində olan Naxcıvan Muxtar Respublikası ilə əlaqələrinin genişlənməsində onəmli rol oynayıb. Nurəddin Aras 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Nobert Yevdayev-1929-cu ildə Bakı şəhərində anadan olub. İlk ali təhsilini Bakı şəhərində Xarici Dillər İnstitutunda, ikinci ali təhsilini isə Moskva şəhərində alıb. Tələbəlik illərində caz və rəssamlıqla məşğul olub, Qərbin incəsənət tarixi ilə maraqlanıb. Moskvada muxtəlif xarici şirkətlərdə texniki məsləhətci olub. 1956-cı ildən muasir texnologiya sahəsində tərcumə və nəşr etmə uzrə calışır. 1989-cu ildən Birləşmiş Ştatlarda yaşayan həmyerlimiz orada Azərbaycanın AZEM Həmyerlilər Birliyinin sədridir. 2003-cu ildən Nyu-Yorkda təsis etdiyi, rus və ingilis dillərində nəşr olunan "Novıy Rubej" qəzetinin baş redaktorudur. Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil edib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Niyazi Hacıyev-1964-cu ildə iyulun 15-də Ermənistan SSR-nin Sisiyan rayonunun Vaqudi kəndində anadan olub. 1981-ci ildə Vaqudi kənd orta məktəbini bitirib. 1993-cu ildə Tallin Texniki Universitetində ali təhsil alıb. 1988-ci ildə Estoniya Azərbaycan İcmasının ("Ocaq" Cəmiyyətinin) sədri secilib. 1994-cu ildən "Turan-N" şirkətinin sahibidir. 1995-ci ildə Eston İslam İcmalarının (Tatar, Azərbaycan, Ozbək, Qazax İcmaları daxildir) sədrinin birinci muavini secilib. 1996-cı ildə Estoniya Respublikası prezidenti yanında İnsan Huquqlarının Qorunması İnstitutuna uzv secilib. 2000-ci ildə Estoniya Azərbaycan İcmasının fəxri sədri, 2001-ci ildə Estoniya Demokratlar Partiyasının İdarə Heyətinə uzv, həmcinin, Estoniya turkdilli (Azərbaycan) məktəbinin Şurasına sədr secilib. 2001-ci ildə isə 9-10 noyabr tarixində kecirilən Dunya azərbaycanlılarının I qurultayında Əlaqələndirmə Şurasına uzv, 2002-ci ildə isə Estoniya Respublikası Prezidenti yanında Milli Azlıqlar uzrə "Dəyirmi masa"ya uzv secilib. 2004-cu ildən Estoniya "Aydan" Mədəniyyət Mərkəzinin sədridir. Tallin "Bakılı" klubunun həmsədrlərindən biridir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Natiq Atakişiyev-1939-cu il fevralın 15- də Bakı şəhərində anadan olub. 1961-ci ildə Bakı Dovlət Universitetinin fizika fakultəsini bitirib. Fizika-riyaziyyat elmləri doktorudur. 1994-cu ildən Meksikada tədqiqatcı kimi işə başlayan alim 1996-cı ildən Meksika Milli Muxtar Universiteti (Universidad Nacional Autonoma de Mexico) nəzdində Riyaziyyat İnstitutunun Kuernavaka şəhərində yerləşən bolməsində calışıb. Elə həmin ildən Meksika Elmlər Akademiyasının uzvudur. Onun dunyanın nufuzlu jurnallarında 112, beynəlxalq konqreslərin materiallarında isə 51 məqaləsi dərc edilib. 80-dən cox capdan cıxmış elmi əsəri var. AMEA-nın Fizika İnstitutunda boyuk elmi işcidir. Natiq Atakişiyevin rəhbərlik etdiyi Latın Amerikası Azərbaycanlıları Assosiasiyası 2008-ci ilin sonunda fəaliyyətə başlayıb. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsindəki nailiyyətlərinə gorə "Əməkdar elm xadimi" fəxri adına layiq gorulüb.

Natiq Ağamirov-1958-ci il noyabrın 6- da Ağdam rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan Dovlət Universitetinin huquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirdikdən sonra Azərbaycan ədliyyə orqanlarında işləyib. 1983-cu ildə Rusiya Federasiyasının ədliyyə orqanlarına - Moskva Vilayəti uzrə Ədliyyə İdarəsinə kecirilmiş, orada idarənin məsləhətcisi, baş mutəxəssisi - notariat şobəsinin rəisi işləyib. 1990-cı ildən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə - Huquqi Yardım İdarəsinin  İdarəsinin baş mutəxəssisi vəzifəsinə kecirilib. 1991-ci ildə RSFSR Ədliyyə Nazirliyinin İdarə rəisinin muavini - huquqi yardımın təşkili şobəsinin rəisi vəzifəsinə təyin edilib. 1991-ci ildən Rusiya notariuslarının birinci təsis qurultayında Rusiya Notariusları Assosiasiyasının sədri, 1992-ci ildə isə Umumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi Şurasının sədri secilib. Huquq nəzəriyyəsi və huquq tətbiqi fəaliyyəti sahəsində bir sıra elmi məqalələrin və yazıların muəllifidir. Rusiya Federasiyası Məhkəmə və notariat sistemi islahatının təşəbbuskarlarından biridir. Siyasi və huquq elmləri namizədir. Umumrusiya Azərbaycan Konqresi İqtisadi İnkişaf Fondunun İdarə Heyətinin sədridir. 2007-2009-cu illərdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti olub. Hazırda Avropa Azərbaycanlıları Konqresinin Prezidentlərinin Məşvərət Şurasının uzvudur. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif edilib.

Natiq Bağırov- 1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunub və 1986-cı ildə həmin institutu bitirib. 1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1986-1987-ci illərdə "Qiproneftqaz" ETİ-də muhəndis vəzifəsində calışıb. 1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə köçüb, orada idmancı və məşqci kimi fəaliyyət gostərib. İdman Nazirliyində mutəxəssis vəzifəsində calışıb. 1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərib. 1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunub. 1996-1997-ci illərdə Xorvatiyada işləyib, sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olub. 2002-ci ildən Belarus Respublikasının dzu-do uzrə Milli komandasının baş məşqcisi vəzifəsində işləyir. 1996-2002-ci illərdə Minsk şəhərində Beynəlxalq Humanitar-İqtisadi İnstitutunun "Beynəlxalq munasibətlər" uzrə mutəxəssisi, ingilis və alman dillərinin referent-tərcuməcisi mutəxəssisi ixtisasını alıb. 1997-ci ildə Minsk şəhərində fəaliyyət gostərən "Qobustan" Mədəni-Maarif İctimai Birliyinin sədri secilib. 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədridir. 2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Şohrət" ordeni ilə təltif  edilib. 

Məzahir Həsənov-1962-ci il iyulun 14-də Qərbi Azərbaycanın Qafan rayonunun Yuxarı Godəkli kəndində anadan olub. Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini, RF DİN Akade- miyasını və İ.A.Voznesenski adına Sankt- Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirib. Hal-hazırda Sankt-Peterburq Farfor zavodunun baş direktoru, "Sankt-Peterburqun Azərbaycan diasporu" Regional İctimai təşkilatı sədrinin birinci muavinidir. "Rusiya DİN-in 200 illiyi" və "Sankt- Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif olunub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Murad Ömərov-Xarici Vətəndaşların Tədris Mərkəzinin direktoru, Xarkov Milli Radio Elektronika Universitetinin Təbiət Elmləri Kafedrasının rəhbəri, texniki elmləri doktoru, professordur. 1963-cu ildə Kurdəmir rayonunun Xırdapay kəndində anadan olub. 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunub, 1985-ci ildə instututda muxtəlif vəzifələrdə calışıb. 1991-ci ildə İnformasiya oturulməsi uzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını mudafiə edib. 2004-cu ildə Ukrayna Tətbiqi Radio Elektronika Akademiyasının akademiki secilib. 2009-cu ildə professor adını qazanıb. 2009-cu ildən etibarən Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların Tədris Mərkəzinin direktorudur. 2000-ci ildən etibarən Xarkov vilayəti Azərbaycan Ukrayna "Dostluq" cəmiyyətinin uzvu olub, 2001-ci ildə isə bu cəmiyyətin sədri secilib. 2002-ci ildə Murad Omərov Ukrayna Milli Mədəni Birlik Assosiasiyasının vitseprezidenti secilib. 2004-cu ildə "XXI əsrin liderləri" beynəlxaql imic proqramının ekspertlər şurasının qərarı ilə Ukraynanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə gorə "Ukrayna iş adamı" medalı və diplomu ilə mukafatlandırılıb. 2006-cı ildə Xarkov şəhər Şurasının İcraiyə Komitəsinin "Millətlərarası sulh və razılığın mohkəmləndirilməsi" nominasiyasında mukafata layiq gorulub. 2002-2006-cı illərdə Xarkov şəhəri Kiyev rayon şurasının IV cağırış deputatı, İqtisadi inkişaf və sahibkarlıq daimi komissiyasının sədri olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31