Diaspora həyatından bəhs edən sənədli filmlər
17 Aprel 2013 18:30 DiasporaSon illər Azərbaycan diasporunda müşahidə edilən inkişaf meyilləri, bu istiqamətdə əldə edilən nailiyyətlər yeni-yeni metod və texnologiyalardan istifadə üçün zəmin yaradır. Əgər əvvəlki illərdə diasporla bağlı yalnız kiçikhəcmli broşürlər, kitablar çap edilirdisə, indi artıq diaspora həyatından bəhs edən sənədli filmlər çəkilərək ictimaiyyətə təqdim olunur. Təksə son on il ərzində Azərbaycan diasporundan bəhs edən onlarla belə film çəkilib. Belə filmlərdən biri də "Birincilər" sənədli filmidir.Film şərq aləmində ilk demokratik respublikanın qurucuları, hökumət fəaliyyəti və aqibəti ilə ictimaiyyəti tanış edir. "Birincilər" sənədli filmində qiymətli arxiv sənədlərindən geniş istifadə olunmuşdur. Filmdə qeyd edilir ki, 1918-ci ildə Azərbaycanda ilk dəfə demokratik respublika quruldu. Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay sürən fəaliyyəti dövründə dövlətçilik baxımından tarixi əhəmiyyət kəsb edən bir çox yeniliyə imza atdı, qısa zaman kəsiyində dövlətçilik tariximizə unudulmaz səhifələr yazdı. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süquta uğrayan Demokratik hakimiyyətin liderlərinin bəzisi mühacir həyatı yaşadı, bir qismi isə erməni terrorunun qurbanı oldu.Yaxud represiyalara məruz qaldı. Daha sonra filmdə 1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqillik qazanmasından bəhs edilir. Bildirilir ki, müstəqil Azərbaycan respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan etdi, Ölkədə hər il may ayının 28-i Respublika günü kimi qeyd olunur. Milli dövlətçiliyimiz tarixində ilk respublikanın çox önəmli yer tutduğunu nəzərə alaraq prezident İlham Əliyev Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması barədə sərəncam imzaladı
"Biz azərbaycanliyiq"-sənədli filmi tamaşaçıları Dünya azərbaycanlılarının I Qurultayının işi ilə
yaxından tanış edir. Bildirilir ki, tale elə gətirib ki, dünyanın bir çox ölkəsində soydaşlarımız məskunlaşıb.onlar müxtəlif şəhərlərdə yaşasalar, ayrı-ayrı sahələrdə çalışsalar da, hər birinin qəlbində eyni vətən sevgisi vardır. Bütün millətlərə hörmətlə yanaşan, beynəlmiləl təbiətli, tolerant düşüncəli azərbaycanlılar harada olsalar da, əsrlərdən gələn milli ruhu, adət-ənənəni nəsildən-nəslə ötürərək yaşatmağa qadirdirlər.
Azərbaycan müstəqillik qazanandan sonra müxtəlif səbəbdən xaricdə yaşayan soydaşlarımızla əlaqələrin daha da möhkəmlənməsinə heç bir ideoloji əngəl qalmadı..Diaspor təşkilatlarının fəaliyyətinin genişlənməsi və güclənməsi, qurumlar, cəmiyyətlər, dərnəklər arasında əlaqələrin möhkəmlənməsi, birliyin, həmrəyliyin yeni məzmun kəsb etməsi tarixin verdiyi imkan və zamanın tələbi oldu. Əbədiyyətə qovuşan Ümummilli liderimiz Heydər Əliyev məhz bu zərurəti nəzərə alıb Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə sərəncam imzalandı. Beləliklə,2001-ci ilin noyabr ayında 37 ölkədən diaspor nümayəndələri Bakıda bir araya gəldilər. İki gün davam edən ali məclisdə dinlənən məruzə və çıxışlarda müx-təlif icmaların,birliklərin və cəmiyyətlərin fəaliyyəti barədə maraqlı məlu-matlar səsləndi, irili-xırdalı təşkilatların işinin daha da fəallaşması, əhatə dairəsinin genişlənməsi, əlaqələrin güclənməsi barədə təkliflər verildi. Ümummilli Lider Heydər Əliyevin proqram xarakterli nitqi qurultay nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı, gələcəyə uzanan şərəfli bir yolun əsas istiqamətlərini müəyyənləşdirdi. Qurultay 103 nəfərdən ibarət Əlaqələndirmə şurası, 23 nəfərdən ibarət idarə heyəti,eləcədə sədr və müavinlər seşdi.
"Azərbaycan deyəndə"- sənədli filmi ictimaiyyəti ümummilli Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu ilə tanış edir. Film ümummilli lidein 85 illik yubileyinə həsr olunub. Filmdə qeyd edilir ki, bəzən bir insan öz fədakar əməyi ilə bir xalqın, bir dövlətin taleyində elə iz salır ki, adı əbədi olaraq tarixə yazılır. Çağdaş Azərbaycan üçün belə şəxsiyyət Heyər Əlirza oğlu Əliyev idi. Onun əvəzsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, daimi və əbədi oldu. Bugünkü nailiyyətlərimiz onun apardığı uğurlu, uzaqgörən siyasətin nəticəsidir. Təsadüfi deyil ki, xalq onu yeni Azərbaycanın böyük memarı adlandırır. Heydər Əliyevin mənalı ömrü, fədakar əməyi, hər bir soydaşımızı, xüsusən gənc nəslimizi azərbaycançılıq məfkurəsi ətrafında birləşdiri. Bu ülvi arzu hamımız üçün əsl vətənpərvərlik nümunəsidir.
"Ayrilarmi könül candan"-sənədli filmi əsasən tamaşaçıları Diasporla İş üzrə Dövlət Komitəsinin ilk beş illik fəaliyyətini özündə əks etdirir. Filmdə tamaşaçıların diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan edib. Son illər soydaşlarımızla dövlət səviyyəsində sistemli iş aparılması sürətlənib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi, Dünya azərbaycanlılarının I və II Qurultaylarının çağırılması, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun, Xaricdə Yaşayan Azərbaycanlılarlaİş üzrə Dövlət Komitəsinin yaradılması bu fəaliyyətin nə qədər ciddi və geniş miqyaslı olduğunu göstərir. Dünya Azərbaycanlılarının I Qurultaydakı nitqində Ulu Öndər Heydər Əliyevin söylədiyi "Mən qurultayın sonunda belə nəticəyə gəldim ki, həqiqətən Azərbaycanda diaspor ilə iş üçün xüsusi dövlət orqanı yaradılmalıdır.Güman edirəm ki, biz bu günlərdə belə bir orqan yaradacağıq, əlaqələr daha da genişlənəcək, inkişaf edəcək, irəliyə doğru gedəcəkdir" fakir də öz əksini tapıb. Filmdə bildirilir ki, yarandığı ilk gündə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifələrdən biri diaspor fəaliyyətini milli maraqlarımızın kerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirmək idi. Hazırda dünyanın əksər ölkəsində soydaşlarımızın çalışdığı 400-ə yaxın icma və birlik mövcuddur. Bakıda və xarici dövlətlərdə müxtəlif səpkili tədbirlərin mütamadi keçirilməsi ənənəvi şəkil alıb. Diaspor üzvlərinin tarixi vətənləri ilə əlaqələrinin xeyli küclənməsi, Azərbaycan həqiqətlərinin xaricdə geniş şəkildə duyurulması, azərbaycançılıq ideyalarının təbliği sahəsində daha fəal mövqe tutması yeni dövlət qurumunun prezident İlham Əliyevin müvafiq sərəncamlarına, göstərişlərinə, tövsiyyələrinə uyğun olaraq ardıcıl və səmərəli fəaliyyətinin nəticəsidir.
"Bir millət,iki dövlət"-Dünya zərbaycanlılarının II Qurultayının nəticələrinə həsr olunub. Filmdə qedy edilir ki, qurultay nümayəndələri Azərbaycan və Türk diaspor təşkilatlarına müraciət qəbul etdilər. Müraciətdə deyilirdi ki, qardaş xalqlarımız öz tarixlərinin məsul anlarında həmişə bir birinə dayaq olmuş, mənəvi iris qoruyaraq zənginləşdirmiş, müstəqil dövlətləri olan Türkiyə Cumhuriyyətini və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək nəsillərə ötürmək üçün əlverişli imkan qazanmışlar. Bu da xüsusi olaraq vurğulanır ki, Türk dünyasının ilk böyük şəxsiyyətinin-Ulu Öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" və Ümummilli Liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları qarşılıqlı əlaqələrin qədim tarixi kökləri ifadə edərək, siyasi, iqtisadi və mədəni əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirmişdir. Hər iki müstəqil dövlətin regionun aparıcı qüvvəsinə çevrilməsi, qlobal inteqrasiya proseslərinə fəal şəkildə qoşulması diaspor təşkilatlarının birgə əməkdaşlığının möhkəmlənməsinə daha sağlam zəmin yaradır. Azərbaycan-Türk diaspor təşkilatlarının məskunlaşdıqları ölkələrdə birgə tədbirlər keçirməklə dünya çtimayətinə mövcud həqiqətləri daha doğru-düzgün, dolğun və təsirli şəkildə çatdırmağı məqsədə uygun hesab edən Qurultay nümayəndələri Azərbaycan-Türk diaspor təşkilatlarının I Forumunun keçirilməsi təklifini irəli sürdülər. Adı məzmununu tam olaraq ifadə edən sənədli filmi ilk dəfə 2007-ci ildə paytaxtın əzəmətli Heydər Əliyev
sarayında Azərbaycan-Türkiyə diaspor təşkilatları rəhbərlərinin I Forumunda nümaiş etdirildi.
"Biz 50 milyonluq xalqiq"- sənədli filmi də Dünya azərbaycanlılarının II Qurultayının işindən bəhs edir. Filmdə xüsusi olaraq vurğulanır ki, xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, bu sahədə qazanılan ugurlar və qarşıda duran vəzifələr vaxtaşırı ümumilikdə müzakirə olunmalıdır. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin mart ayında Bakıda Dünya azərbaycanlılarının II Qurultayı çağırıldı. Bu Qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə bir çoxcəhətdən seçilirdi. Birinci fərq Azərbaycanın müstəqil dövlət olaraq son illərdə keçirdiyi inkişaf yolu ilə bağlı idi. Əldə olunmuş nailiyyətlər, birlik ideyası və diaspor quruculiğu işinə yeni müstəvidən yanaşmağı tələb edirdi. Filmdə o da qeyd edilir ki, ilk qurultaydan ötən dövr ərzində Azərbaycan diasporunun fəaliyyəti nəzərə çarpacaq dərəcədə güclənmişdir. Soydaşlarımızın təşkilatlanması prosesi yekunlaşırdı. Müxtəlif qurumların, mərkəzlərin, cəmiyyətlərin işinə gənclər daha çox cəlb olunmağa başlamışdır. Bu, ilk növbədə yeni nəslin tarixi vətənlərinə marağının artması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi ilə əlaqədar idi. Azərbaycanın güclənməsi, qüdrətlənməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması soydaşlarımızı həm sevindirdi, həm də onlara mənəvi dayaq kimi yaşadıqları mühitdə mövqelərini möhkəmlədirdi. Dünya azərbaycanlılarının II Qurultayı diaspor təşkilatlarının fəaliyyətində tamamilə yeni bir mərhələni müəyyənləşdirdi. Bu foruma 49 ölkədən 593 nümayəndə, eləcə də çoxsaylı qonaqlar dəvət olunmuşdur. Onların arasında tanınmış elm-mədəniyyət xadimləri, dövlət və hökümət təmsilçiləri vardı. Bütün bunlar tədbirin artan ictimai-siyasi əhəmiyyətinin göstəricisi idi. Qurultaydakı parlaq nitqində Prezident İlham Əliyevin tarixə həkk olan bir ifadəsi sürəkli alqışlarla qarşılandı: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir vətəni var-Azərbaycan. Çalışmalıyıq ki, doğma vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək."
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir