Rusiyadakı Azərbaycan diasporunun mətbu orqanları
Diasporumuzun malik olduğu KİV-lər bu ölkədə Azərbaycanı geniş təbliğ edir
12 Aprel 2013 18:46 DiasporaTəxminən 2 milyona yaxın soydaşımızın yaşadığı bildirilən Rusiya Federasiyası bu gün Azərbaycan diasporunun say və təşkilatlar baxımından ən çox olduğu ölkələrdən biri hesab edilir. Formalaşma və ictimai-siyasi proseslərə təsir etmə baxımından da Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları digər ölkələrdəki diaspor təşkilatlarından daha aktivdirlər. Hazırda Rusiya Federasiyasında onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, bunların sırasına ÜmumRusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, AZERROS-Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatı və bu kimi digər təşkilatları daxil etmək olar. Sevindrici hal ondan ibarətdir ki, şimal qonşumuzda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları geniş media imkanlarına malikdir. Ayrı-ayrı diaspor təşkilatlarımızın təsis etdikləri kütləvi informasiya vasitələri, internet portalları və rəsmi internet səhfiələri vasitəsilə Azərbaycan həqiqətləri Rusiya Federasiyasında cəmiyyətə geniş mənada çatdırılır, ermənilərin bu ölkədə apardıqları antiAzərbaycan təbliğatına layiqli cavab verilir.
Azərbaycan həqiqətlərini təbliğ edən, ölkəmizin üzləşdiyi problemləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Xocalıda törətdikləri soyqırım cinayətini Rusiya ictimaiyyətinə çatdıran kütləvi informasiya vasitələrindən biri "AMOR"- Rusiya Azərbaycan Gənclər Təşkilatının rəsmi internet səhifəsidir.www.amor.az- Rusiya Azərbaycan Gənclər Təşkilatının internet səhifəsi uyğun rəng seçimi, mükəmməl dizayn, dolğun informasiya bazasına görə Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən internet resurslarından biridir. Azərbaycan həqiqətlərinin Rusiya və dunya ictimaiyyətinə çatdırılmasında sözügedən internet resursu xüsusi yer tutur. "AMOR"- Rusiya Azərbaycan Gənclər Təşkilatının məqsədi barədə internet səhifəsində ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüslərin dəstəklənməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı
inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi, əxlaqi əsaslarını qorumaq, mohkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqi Rusiya Azərbaycan.Gənclər Təşkilatının əsas fəaliyyət istuqamətlərinı daxildir. Sayt təşkilatın güzgüsü kimi oz vəzifəsinin öhdəsindən uğurla gəlir. Saytda AMOR-Rusiya Azərbaycan Gənclər Təşkilatının bu ölkənin regionları üzrə nümayəndəliklərinin fəaliyyəti interaktiv xəritə ilə verilib. Saytın foto seçimi də olduqca keyfiyyətlidir. Təşkilatın internet səhifəsində yer alan məqalələr məzmun və informasiya yuku baxımından
dolğundur. Bir müsbət məqamı da qeyd etmək yerinə düşər ki, portalda müasir texnoloji yeniliklər tətbiq olunur. Eyni zamanda sosial şəbəkələrə keçidlər, o cümlədən AMOR TV və AMOR FM aktivdir fəaliyyət göstərir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin rəsmi internet səhifəsi-www.vakmos.org-ÜmumRusiya Azərbaycanlıları Konqresinin internet səhifəsi gözoxşayan dizayn, texnoloji yeniliklərdən mükəmməl yararlanma və dolğun informasiyalı bir saytdır. Saytın manşetində Bakı və Moskvanın ən tanınmış yerlərini əks etdirən fotoları yerləşdirilib. Uğurlu rəng seçimi, yığcamlılıq və çeviklik saytın yarlığıdır. Saytda digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan və Rusiya xəbərləri ayrı-ayrı bölmələrdə yerləşdirilib. Saytın sağ kolonunda isə bir cox əlaqəli dövlət qurumlarının, təşkilatların, kütləvi informasiya vasitələrinin saytlarına keçidlər verilib. Sosial şəbəkələrdə paylaşmaq uçun linklər, Azərbaycanla bağlı fotosessiya, elan və anonslar sayta əlavə çalar verir.
"Azerbaydjanskiy konqress" qəzeti -Ümumrusiya Azərbaycan Konqresinin mətbu orqanıdır. Həftəlik ictimai-siyasi qəzetdir. "Azerbaydjanskiy konqress" qəzeti 2001-ci ildən nəşr olunur. Qəzetdə Azərbaycan haqqında informasiyalar, müəllif yazıları, tədqiqatlar geniş yer tutur. Bununla yanaşı, Rusiya Federasiyasında yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının, o cümlədən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti qəzetdə geniş işıqlandırılır. Qəzet Rusiya Federasiyasında yaşayan azərbaycanlılar ucun nəzərdə tutulub. "Azerbaydjanskiy konqress" qəzetinin internet versiyası da movcuddur.
"AZERROS" Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin internet səhifəsi-www.azerros.ru -Rusiyada Azarbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin və "AZERROS" Media holdinqinin saytıdır. Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti Federasiyasının eyniadlı qəzeti və onun virtual variantı diasporumuz barədə ətraflı məlumat əldə etməyə imkan yaradır. Saytda Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və digər məlumatlar əks olunmaqla Azərbaycan müğənnilərinin audio-video kaset və disklərinin təqdimatı da həyata kecirilir. Sayt yalnız rus dilindədir və geniş ictimaiyyət ucun nəzərdə tutulub. Burada Rusiyada fəaliyyət gostərən başqa diaspor təşkilatlarının internet unvanlarına çıxış olmaqla bəziləri barədə qısa informasiya da verilir. "AZERROS" Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin internet səhifəsi-www.azerros.ru analitik yazıları ilə də secilir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, saytın xəbər lenti mutəmadi olaraq yenilənir. Bundan başqa, saytda digər informasiya portallarına xarakterik olan rubrikalar da mövcuddur.
AZERROS Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin internet radiosu-www.evraziafm.ru-AZERROS Media Holdinqinin internet radiosudur. Radioda Azərbaycan haqqında verilişlər, mədəniyyət, tarix, incəsənət proqramlarına geniş yer verilir. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Rusiyada tanıtmaq, həmçinin soydaşlarımıza Azərbaycanla bağlı informasiya almaq imkanı yaratmaqdır. AZERROS Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin internet radiosu-www.evraziafm.ru-fəaliyyət gostərdiyi qısa muddət ərzində coxsaylı dinləyici kutləsi toplaya bilmişdir.
"Baku" jurnalı-www.baku-media.ru-Bakı jurnalı 2007-ci ildən Rusiyada nəşr edilən, öz oxucularını Xəzər sahilindəki qədim Odlar Yurdunun zəngin mədəniyyəti, tarixi, gözəl və mudrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların muasir həyatı haqqında sohbət acan son dərəcə muasir jurnaldır. Bir neçə dildə nəşr olunur. "Bakı" jurnalı Azərbaycanın və onun paytaxtının bütün dunyada keyfiyyətcə yeni şəkildə "kəşf olunmasına", bu xalqın ən ulvi və gözəl cəhətlərini üzə çıxarmağa calışır. "Baku" jurnalının baş deraktoru Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevadır. Baş redaktoru olduğu jurnal barədə Lyela Əliyeva deyib ki, "Bu jurnal böyük şəhərin vizit vərəqi, ucsuz-bucaqsız dünya interyerində bu olkənin jurnal- portretidir" Rubdə bir dəfə nəşr edilən "Bakı" jurnalı həm də dunyada dəbdə olan trendlər aləmində bələdcidir. Jurnalın eyni zamanda ingilis dilli versiyası da işıq üzü görür. "Baku" jurnalının ingilis dilli versiyası 2012-ci ildən nəşr olunmağa başlayıb Dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları "Baku" jurnalının ingilig dili versiya ucun əmək sərf ediblər. Onlar Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək edirlər. "Bakı" jurnalı dünyanın ən müxtəlif guşələrində yaşayan dostlarını birləşdirən beynəlmiləl nəşrdir. "Baku" jurnalının internet səhifəsi isə hərtərəfli göz oxşayan, mükəmməl dizaynlı, tam müasir texnoloji metodlarla möhkəmləndirilmiş virtual modeldir. Əsas səhifə, jurnal, bloqlar, yolgöstərən, musiqi, video, abunə və əlaqə bölmələri ayrı-ayrılıqda alt-kateqoriyalarla müşayiət olunur. "Yolgöstərən" Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və mətbəxini yüksək zövqlə təbliğ edən xüsusi bir səhifədir. Həmin bölümə daxil olarkən ilk olaraq Bakının peyklə çəkilmiş xəritəsi göz önünə gəlir, sonra 3D texnologiyası ilə hazırlanmış yaxınlaşdırma metodu ilə sanki fusunkar, modern və dəbdəbəli Bakıya daxil olunur. "Baku" jurnalının internet saytından bütün saylarını arxivdən əldə etmək mümkündür.
Rusiyadakı azərbaycanlılarının vahid informasiya portalı-www.azeri.ru - Rusiyadakı azərbaycanlılarının vahid informasiya portalı analitik yazıları, tematik icmallar, tariximiz haqda dərin ensiklopediya, milli mədəniyyət, mətbəx, musiqimiz haqda böyük informasiya bazasına malik portaldır. Portalın əsas oxucuları Rusiyada yaşayan azərbaycanlılardı. Lakin Rusiya mətbuatı bir cox hallarda da azeri.ru-ya istinad edir. Rusiyadakı azərbaycanlılarının vahid informasiya portalı heç bir siyasi partiyaya və ya fərdə tabe deyildir. Portal 2002-ci ildən etibarən fəaliyyətdədir. Rusiyadakı azərbaycanlılarının vahid informasiya portalı gozoxşayan dizaynla hazırlanıb. Xüsusilə portalın "Diaspor", "Azərbaycan" bölümləri mövcuddur ki, həmin bölmələr vasitəsilə həm diaspor təöşkilatlarımız və onların fəaliyyəti, həm də Azərbaycanın mövcud durumu, iqtisadi inkişafı, eləcə də üzləşdiyi problemlər və Ermənistan-Azərbaycan, Dağlılq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumat əldə etmək mümkündür.
"Birlik" jurnalı-Sözügedən jurnal Rusiya Federasiyasında fəaliyyət göstərən "Birlik" Cəmiyyəti tərəfindən 2002-ci ildən etibarən nəşr olunur. "Birlik" jurnalında Azərbaycan haqqında maraqlı məlumatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsi ilə bağlı həqiqətlər, eləcə də ermənilərin Xocalıda törətdikləri soyqırımı əks etdirən materiallara geniş yer verilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir