Azərbaycanı Avropada təbliğ edən KİV-lər

Əvvəli ötən sayımızda

Azərbaycan diasporunun gördüyü işlər, ölkəmizin həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında fəal təbliğat vasitələrindən biri də "EU Xəbər" qəzetidir-(www.euxeber.com-Belçika Krallığında fəaliyyət gostərən "Azərbaycan Evi"nin mətbu orqanı olan  "EU Xəbər" qəzeti sadə dizaynlıdır. Azərbaycan Evinin həyata keçirdiyi butun aksiyaları əks etdirir. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi haqda təbliğati məqalələr qəzetin səhifələrində əks olunur. 2004-cü ildən nəşr olunur.

Finlandiya Azərbaycanlıları Assosiasiyasının rəsmi internet səhifəsi-www.finlandiya-azerbaycanlilari.fi-2008-ci il, martın 18-də Helsinki şəhərində təsis edilmiş Finlandiya Azərbaycanlıları Assosiasiyasının rəsmi internet səhifəsidir. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə tariximizi fin xalqına tanıtmaq, eyni zamanda, fin xalqının mədəniyyətinin, tarixinin öyrənilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Diqqət cəlb edən dizaynı və sadə iş mexanizmi var. Saytın baş səhifəsində linklər, linklərdən aşağıda isə Bakı və Azərbaycanın gəzməli, görməli yerləri əks olunan fotoları Flash formatda təqdim edilir. Səhifədə Azərbaycanla, Finlandiya- Azərbaycan dostluq əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən tədbirlərlə bağlı məlumatlar və fotosessiyalar verilir.

Fransadakı "Azərbaycan Evi"nin internet səhifəsi-www.azmaison.fr-2006-cı ildən fəaliyyət gostərir. 4 dildə yayımlanır. Sadə, lakin olduqca gözoxşayan, rahat dizaynı var. Azərbaycan haqda ensiklopedik məlumat bazası da hesab etmək olar.

İsveç Azərbaycanlıları Konqresinin rəsmi internet səhifəsi-www.azeri.se-İki dildə: Azərbaycan və isveç dillərində fəaliyyət göstərir. Sayt sadə dizaynlıdır. Başlıqda "Azərbaycan haqqında" və "Qarabağ konflikti" linkləri diqqət cəlb edir. Bundan başqa, Konqres, təşkilatın İdarə heyəti və Nizamnaməsi haqda informasiya əldə etmək mümkündür. Bakı mənzərələrinin uğurlu rəng çalarları ilə bəzədilərək "flash" formatda təqdim edilməsi səhifəni gözəgəlimli edir.

Polşa Qafqaz Evinin rəsmi internet səhifəsi-www.domkaukaski.org-Polşada 2007-ci ildən fəaliyyət gostərən Qafqaz Evinin rəsmi internet səhifəsidir. Sayt yuksək dizaynla, sadə formada hazırlanıb. 6 dildə yayımlanır. Məqsədi Qafqaz regionuna məxsus tarix, ənənə, mədəniyyət,  iqtisadiyyat haqqında biliklərin və aktuallıq kəsb edən ictimai-siyasi məlumatların yayılması, regionda inkişaf-təbliğ programlarının dəstəklənməsidir.Cəmiyyətin fəaliyyəti Polşa və Qafqaz xalqları arasında birgə elmi, elmi-texniki, mədəni, təhsil, ictimai və siyasi əməkdaşlığın yaradılmasına yönəlib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) rəsmi internet səhifəsi-www.uayu.org-İnformasiya ilə zəngin internet resursudur. Ukraynadakı tanınmış azərbaycanlılar, müsahibə, Ukraynada təhsil, məzunlar, xeyirli kecidlər, Dağlıq Qarabağ kateqoriyaları var. Təşkilatın öz xəbərləri 3 xətdə flash formatda paylaşılır. Sağ sütunda isə tələbələrə kömək məqsədilə əhəmiyyətli və aidiyyəti orqanların linkləri verilib. Xəbər lenti və fotoqalereya da diqqəti cəlb edir. Xaricdə fəaliyyət gostərən Gənclər təşkilatlarının uğurlu layihəsi kimi dəyərləndirmək olar.

Turkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının internet səhifəsi-www.tadef.org.tr-Tipik Türkiyə internet səhifə modeli əsasında qurulub. Moderndir, cevik və informasiya ilə bol saytdır. Səhifənin manşetində menyu bölümü və 10 flash formatlı xəbər yer alıb. Fotoqalereya və videobölümləri ilə zənginləşdirilmiş səhifənin aşağısında Federasiyaya daxil olan dərnəklərin linkləri qoyulub.

"Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin səhifəsi-www.elmira-az.ucoz.ru-Yazılar üç dildə, ispan, Azərbaycan və rus dillərində verilir. Daha çox təşkilatın fəaliyyət istiqamətləri işıqlandırılır. Səhifədə yayımlanan fotosessiya diqqəti cəlb edir. Səhifənin sağ kalonunda arxiv bölümü fəaliyyətdədir ki, burada 2008-ci ilin mart ayından bugünə kimi təşkilatın fəaliyyəti, Azərbaycan diasporu haqda ətraflı məlumatlar əldə etmək mumkundur. "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin bu saytı yaratmaqda məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri mohkəmləndirmək, eyni zamanda, bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir.

Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin internet səhifəsi-www.azeri.ee-Sayt 4 dildə yayımlanır. Diaspor təşkilatının həyata kecirdiyi butun layihələri işıqlandırır.Bundan başqa, Estoniyada yaşayan soydaşlarımızın həyatı və fəaliyyəti, uğur qazanmış soydaşlarımız haqda maraqlı yazılarla çıxış edir.

"Caspian Khazri" Cəmiyyətinin internet səhifəsi-www.caspian-khazri.az-2006-cı ilin aprelindən fəaliyyətə başlamış "Caspian Khazri" Cəmiyyətinin internet səhifəsidir. Xatırladaq ki, "Caspian-Khazri" Cəmiyyəti 2006-cı ildə özünün böyük layihələrindən birini həyata keçirdi. Layihə çərçivəsində Boyuk Britaniyanın paytaxtı London şəhərində - Avropada analoqu olmayan ilk Azərbaycan məktəbinin fəaliyyətinə start verildi. Bu sayt, məhz həmin məktəbin fəaliyyətini əks etdirir. Sayt mükəmməl dizayn texnologiyası ilə hazırlanıb. Saytda axtarış aparmaq, linklərə daxil olmaq olduqca sadə yolla göstərilir. Böyük Britaniyada təhsil almaq istəyənlər bu sayt vasitəsilə özlərinə hər cür informasiya tapa bilərlər. Viza, konsaltinq, universitet seçimi, qarşıya çıxan suallarla bağlı istənilən cavabı almaq üçün saytın qeyd edilən bölmələrinə daxil olmaq yetərlidir.

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin internet səhifəsi-www.azerdan.dk-Azərbaycan və dat dillərində yayımlanır. İnformasiya bolluğu diqqəti cəlb edir. Təşkilatın Azərbaycan mədəniyyətinin, tarixinin, mətbəxinin təbliği baxımından həyata keçirdiyi tədbirlər həm yazı, həm də videoformatda saytda yerləşdirilir. Keçiriləcək tədbirlərin anonsu, Azərbaycan uçun əhəmiyyətli hadisələr, Danimarka-Azərbaycan dostluq əlaqələrinin genişlənməsi üçün atılan butun addımlar təbliğ edilir. Saytda bir cox diaspor təşkilatlarının internet səhifələrinə keçid qoyulub.

Danimarka Azərbaycanlıları Federasiyasının internet səhifəsi-www.azeri.dk-Saytın on səhifəsində 17 fərqli səhifəyə kecid verilib. Bunlar Azəri, Live Radio, Tv, Humanrights, Mətbəx, Anayurd, Azəri diaspora, NOLA, DAV, Kultur, Dostlar, Bizimyol, Azerbaijan. Dk, Azerbilim, Dostluq  Evi, Vətən səhifələridir. Maraqlı yazıları, xəbər paylaşması ilə secilir. Nola qürbət yazıları başlığı ilə yayımlanır, adətən ədəbi istiqamətə üstünlük verir. Azəri Kultur Ocağı adı ilə verilən Kultur səhifəsini ayrıca bir sayt hesab etmək olar. Saytın linkləri, məlumatlar, iki dildə paylaşılması bunu deməyə əsas verir.

Danimarka-Azərbaycan Twrk Qadınlar Birliyinin internet səhifəsi-www.bizimyol.net-Azərbaycan qadınlarının Danimarka və Azərbaycan ictimai-siyasi həyatında aktiv fəaliyyətini təbliğ edir. Məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyonlu və elmi səviyyədə catdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların millimənəvi dəyər və huquqlarının mudafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımcı olmaq da Danimarka- Azərbaycan Turk Qadınlar Birliyinin internet saytının qarşısına qoyduğu vəzifədir.

Danimarka "Vətən" Cəmiyyətinin rəsmi internet səhifəsi-www.vetencemiyyeti.com-2007-ci ilin fevral ayından Danimarkanın Hillerod şəhərində fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin rəsmi internet səhifəsidir. Yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Saytda "Xəbərlər", "Tariximiz", "Diaspora xəbərləri", "Fotolar", "Muxtəlif", "İdmancılarımız", "Azəri qadınları", "Bizə yazırlar", "Azər baycan incəsənəti", "İslam" bölmələri aktivdir. Saytın ustunluyu Dağlıq Qarabağ həqiqətləri, münaqişə təzadları, işğal faktoru və Ermənistanın Azərbaycana təcavüzü haqda ətraflı bilgi verməsindədir. Qeyd etmək yerinə düşərdi ki, Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20%-nin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu köçkün həyatı yaşamaq məcburiyyətində qalması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamənin tələblərini ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırması Cəmiyyətin əsas fəaliyyət istiqamətidir. Bu saytın yenilənməsində, xəbər başlıqlarında, fotoyayımlarda ozunu açıq buruzə verir.

Donetsk Vilayəti Azərbaycanlılar Konq resinin internet səhifəsi-www.azkongress.com-Saytın vizual görünüşü xoşagəlimlidir. Rəng seçimi və məlumatların yerləşdirilməsi uyğun proporsiya ilə seçilib. Sayt üzrə naviqasiya və axtarış bölümü aktivdir. Xəbər lentində təşkilatın həyata keçirdiyi tədbirlər haqda geniş məlumat verilir. Konqresin fəaliyyəti milli-mədəni maraqların inkişaf etdirilməsi, Ukrayna cəmiyyətinə azərbaycanlıların inteqrasiyası, Ukrayna və Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki olkə arasında dərin iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsini özündə ehtiva edir. Eyni zamanda, soydaşlarımıza huquqi müstəvidə də dəstək verir.

"Dostluq" Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının səhifəsi-www.dostlug.org.ua-"Dostluq" - eto drujba" məqaləsi ilə başlayan saytın fəaliyyətində məqsəd milli adətənənələrin qorunması və inkişaf etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir. Həmçinin, Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarının təmin olunmasında yardımcı olmaqdır. Saytda "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, "Azərbaycan inciləri" adlı rəqs qrupu, "Qarabağ" folklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, Huquqi xidmət haqda geniş məlumat verilir.

Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzinin səhifəsi-www.dak.az-Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi adı ilə fəaliyyət göstərir. Böyük məlumat bazasına malikdir. "Xəbər lenti", "Musahibələr", "Video xəbərlər" bölümləri aktivdir. Onlarla əhəmiyyətli, profilə uyğun saytlara kecidlər qoyulub.

Dünya Azərbaycanlıları Konqresinin rəsmi internet səhifəsi-www.d-a-k.org-"Ana səhifə"də "Siyasət", "İqtisadiyyat", "Mədəniyyət", "Diaspora", "Təşkilati xəbərlər", "Güney Azərbaycan" kateqoriyalarını əhatə edən xəbərlər bolumu, DAK-ın kecirdiyi tədbirlər, müraciətlər, bəyanatlar, bir sözlə təşkilatla bağlı bütün məlumatları "İnformasiya" bölümündə əldə etmək olar. Sayt müasir texnologiyalarla dəstəklənib. Sosial şəbəkələrə çıxış linkləri var. Saytda son məlumatlar, ən çox oxunanlar bolumləri, tarixi faktlar linki və digər təşkilatların internet səhifələrinə kecid linkləri aktivdir. Sağ kalonda videoxəbərlər, müraciətlər, aksiyalar haqda video materiallar və digər rəsmi strukturların elektorn səhifələrinə kecid linkləri qoyulub. Zənginliyinə və informasiya yukunun çoxluğuna gorə seçilən saytlardandır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31