Avropadakı diaspor təşkilatlarının mətbu orqanları
5 Aprel 2013 17:29 DiasporaSon illər Avropada geniş yayılmış Azərbaycan diaspor təşkilatları artıq bu regionda kifayət qədər media imkanları da əldə ediblər. Avropanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarımızın təsis etdikləri ayrı-ayrı kütləvi informasiya vasitələri, eləcə də həmin təşkilatların internet saytları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təsirli vasitələrdən biri hesab edilir. Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının malik olduğu mətbu orqanlar aşağıdakılardır
Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi-www.teas.eu-Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. AAC üzvləri mütəmadi olaraq xalqımızın özünəməxsus zəngin və çoxşaxəli mədəniyyətini Avropa ictimaiyyətinə catdırmaq məqsədilə muxtəlif tədbirlər, aksiyalar, sərgilər təşkil edir. AAC Avropa və Azərbaycan arasında daha boyuk anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi, biznesin inkişafı, diplomatik münasibətlər, mədəniyyət və təhsil kimi sahələrə yönəlmiş bir şəbəkə mərkəzi kimi fəaliyyət gostərir. Bu təşkilatın internet səhifəsində oz əksini tapıb. Sayt hazırlanarkən müasir dizayn texnologiyasından yararlanııb. Layihələr, təşkilat haqqında məlumatlar, Azərbaycanla bağlı son xəbərlər saytda yayımlanır. Bundan başqa, saytda TEAS TV də mövcuddur ki, bu linkdə təkcə təşkilatın fəaliyyəti deyil, həm də elm-mədəniyyət xadimləri ilə müsahibələr, reportajlar, debatlar da videoformatda verilib. Saytın sağ kolonunda "Xəbərlər" aktiv-banneri var. Burada Azərbaycanda, dünyada Azərbaycanla bağlı baş verən ən son məlumatlar operativ şəkildə yenilənir.
Avropanın Türk və Qafqaz xalqları Assosiasiyasının informasiya portalı-www.az.ee-2004-cu ildən aktivdir, fəaliyyət göstərir. Portalın ilk səhifəsində 10-dan cox təşkilatın saytına kecid var. Sadə dizaynlı, informasiya ilə bol portaldır. Təkcə Azərbaycan diasporunu deyil, həm də Qafqaz xalqlarının diaspor təşkilatları haqqında mlumatları özündə cəmləşdirir.
"Azerbaycan-Benilüks News" qəzeti-Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbu orqanıdır. 2006-cı ildən Niderlandda nəşr edilir. Konqresin fəaliyyəti, kecirdiyi tədbirlər, təşkil etdiyi kampaniyalar haqqında məlumatı məhz bu qəzet Benilüks olkələrində yaşayan azərbaycanlılara catdırır. Qəzetdə Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, xalqımızın məruz qaldığı terror və soyqırımı haqqında məlumatların yerli ictimaiyyətə catdırılmasına da xüsusi diqqət yetirilir.
"Azərbaycan" radiosu (Almaniya)-Azərbaycan Akademik Birliyi tərəfindən Almaniya Federativ Respublikasında 2002-ci ildən yayımlanır. Radioda Azərbaycan haqqında proqramlara - mədəniyyət, tarix və xəbər verilişlərinə xüsüsi əhəmiyyət verilir. Radio Almaniyada yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların oz dilini, adət ənənələrini yaşatmasına yardım göstərmək məqsədinə xidmət edir.
Azərbaycan Radiosu (Danimarka)-www.azeri.dk-Həftənin hər çərşənbə günü, saat 22-00-dan 24-00-a kimi Arhus FM, Kanal2, Frekans 98,7MHz tezlikdə yayımlanır. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Danimarkada təbliğ etməkdir.
"Azərbaycanın səsi" radiosu (Fransa)-"Azərbaycan Evi" tərəfindən 2004-cu ildən Fransada yayımlanır. Burada azərbaycan haqqında ən son məlumat və xəbərləri dinləmək, milli musiqimizə qulaq asmaq mümkündür. Radioda muxtəlif mədəniyyət və əyləncəli proqramlar efirə verilir.
"Azərbaycanın səsi" radiosu (İsvecrə)-İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən 2004-cu ildən İsveçrə Konfederasiyasında yayımlanır. Radio Azərbaycanda baş verən ən son hadisələr, olkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatı ilə bağlı məlumatları İsveçrədə yaşayan azərbaycanlılara catdırır.
"Azərbaycanın səsi" radiosu (Norveç)-2006-cı ildən Norveçdən yayımlanır. Radioda Azərbaycan mədəniyyəti, tarixi haqqında proqramlar və xəbər verilişləri efirə verilir. Norvecdə yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların oz dilini, adət-ənənələrini yaşatmasına yardım gostərmək məqsədilə yaradılıb.
Azərbaycan Akademik Birliyinin internet səhifəsi-www.asav.org-2001-ci ildə Almaniyanın Boxum şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. "Aktual", "təşkilat haqda", "media", "nəşrlər", "Azərbaycan haqda" məlumatlar saytın səhifəsində ayrıca linklərdə gostərilib.
"Azəri" Latviya Azərbaycanlıları Cəmiyyətinin
internet səhifəsi-www.azeri.lv-Sadə dizaynlıdır. İki dildə: rus və latış dilərində yayımlanır. "Azərbaycan", "Tarix", "Bakı", "Simvollar", "Bayramlar", "Azərbaycan mədəniyyəti", "Hadisələr" və "Xəbərlər" linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt "Azəri" cəmiyyətinin orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir.
"Azərbaycanın Holland dostları" təşkilatının internet səhifəsi-www.dufoa.nl-Sadə dizaynlı, lakin informativ baxımndan cox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı Xocalı, Xarı Bulbul, Azəricə danışaq, Azərbaycan mətbəxi və digər bölmələrin aktiv olması xoş təəssurat yaradır. Saytda on səhifədə Bakı, Azərbaycanla bağlı bir necə video yerləşdirilib ki, bunlara baxmadan keçmək mümkun deyil.
Azərbaycan mətbəxi barədə sayt-www.azerifood.com-4 dildə yayımlanan, Azərbaycan mətbəxi barədə böyük təbliğati iş aparan saytdır. Saytın muəllifi Güllü Cahangirdir. Saytda, "Xəmir xorəkləri", "Duru xörəklər və şorbalar", "Quru xörəklər", "Plovlar və qovurmalar", "Kabablar", "Salatlar və qəlyanaltılar", "Şirniyyat", "Şərbətlər və içkilər", "Mürəbbələr", "Turşu və şorbalar" bolmələri nəfis tərtibatla, fotolarla oxucuların ixtiyarına verilir. Bundan başqa "Ümumi məsləhətlər" bolumundə məsləhət xarakterli tovsiyələr verilir. Saytın girişində Gullu Cahangirin oxuculara muraciəti yayılıb. O, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirir. Sonda isə "Azərbaycana xoş gəlmisiniz" ifadəsini işlədir. Mətbəx-mədəniyyət, mədəniyyət isə silahdır. Diaspor nümayəndəsi bununla təkcə Azərbaycan mətbəxini tanıtmır, həm də təbliğat aparır.
Azərbaycan-Avropa İnformasiya Mərkəzinin internet səhifəsi-www.azerinfo.eu-Azərbaycan haqda ətraflı məlumatlar veriliən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət gostərən bütün təşkilatların informasiya bazası verilib. Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan axtarış aparmaq olur.
"Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzinin səhifəsi-www.azerbaijanhouse.org-Londondakı "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri-siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət gostərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni, dostluq bağlarını mohkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. "Azərbaycan Evi", "Azərbaycan mədəniyyəti", "Azərbaycan Musiqisi", "Azərbaycan Kitabları" haqda xususi bolmələrlə yanaşı, "Xəbər" bolumu fəaliyyət gostərir. Saytda "Muğam Radio"ya birbaşa qoşulmaq imkanı yaradılıb. "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film numayişləri, konsert proqramları, təqdimatlar və s. saytda əks olunub.
Azərbaycan Federasiyasi İsveçin (AFİ) internet səhifəsi-www.azfi.org-Dörd dildə - Azərbaycan, türk, isveç və ingilis dillərində yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın manşetini 20-yə qədər "flash" formatlı xəbər tutur. Burada İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara, Azərbaycanla ən son xəbərlərə rast gəlmək mümkündür. Müasir saytlara xas "forum", "ən çox oxunan", "facebook" və "twitter" sosial şəbəkələrinə keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların operativ yerləşdirilməsi, məzmun və mövzu baxımından rəngarəngliyi diqqəti cəlb edir.
"Azəri-Çex" Cəmiyyətinin internet səhifəsi-www.diaspora.cz-İki dildə - çex və Azərbaycan dillərində yayımlanır. Saytın giriş hissəsi dizayn baxımından göz oxşayır. Azərbaycan və Bakının ən gozəgəlimli yerləri, əsrarəngiz təbiətini əks etdirən fotolar "flash" formatda yayımlanır. Təşkilat və Azərbaycanla bağlı ətraflı məlumat verilən linklər movcuddur, aktivdir, daima yenilənir. Qeyd edək ki, təşkilat Cexiya Respublikasının muxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər həmyerlilərimizin asudə vaxtının səmərəli kecməsilə yanaşı, həm də yerli vətəndaşlara və umumilikdə Cex cəmiyyətinə Vətənimizi layiqincə tanıdır. Butun bu aksiyalar əvvəlcə anons, tədbir başa catdıqdan sonra isə informasiya və fotosessiya formatında sayta daxil edilir.
Azərbaycanlı Tələbələr və Elmi İşciləri Birliyinin (Almaniya) internet səhifəsi-www.vasw.de-Sayt Azərbaycan və alman dillərində yayımlanır. "Ana səhifə", "Berlin", "Fotoalbom", "Almaniya" kecidləri var. Bundan başqa təşkilat haqda 6 yarımkateqoriyalarda məlumat verilib ("Məqsəd", "Əsasnamə, İdarə Heyəti, Yerli Bölmələr, Üzvlük, Tariximiz haqda).
"Babək" Kültür Dərnəyinin internet səhifəsi-www.babekderneyi.org-Əsası İsveçin Linşoping şəhərində 1990- cı ildə qoyulmuşdur. Məlumatların informasiya yükü və dolğunluğu ilə diqqət cəlb edir. Daha çox dərnəyin fəaliyyətini işıqlandırır. Bundan əlavə, dərnəyin təşkil etdiyi tədbirlər barədə məlumatlar, anonslar və kurslar haqda məlumatlar əks olunur. Qeyd edək ki, dərnəyin məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir