“Diasporanız çox gəncdir” - MÜSAHİBƏ

Ayhan Dəmirçi: “Gənc olmasına rəğmən getdikcə təşkilatlanmaya önəm verən güclənən, öz sözünü bütün arenada söyləyə bilən bir gücə sahibdir”

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin "OLAYLAR"-a müsahibəsi

-Ayhan bəy, hazırda Belçikada Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?

-Digər diaspora təşkilatlarına ilə müqayisə etsək, bizim diasporumuz digər diaspora təşkilatlarına görə çox gəncdir. Fəqət gənc olmasına rəğmən diasporumuz getdikcə təşkilatlanmaya önəm verən güclənən, öz sözünü bütün arenada söyləyə bilən bir gücə sahibdir. Amma hesab edirəm ki, istədiyini hələ tam edə bilmir. Ancaq onu da qeyd etmək lazımdır ki, hazırkı diasporamız 10-15 il əvvəlki  diaspora deyil. Əgər əvvəllər diaspor təşilatlarımız erməni işğalına qarşı yalnız mitinq və yürüşlər keçirməklə kifayətlənirdilərsə, artıq daha çox diqqət çəkmək üçün başqa metodlardan da istifadə edilir. Mühüm əhəmiyyət kəsb edən qurumlarda konfranslar, sərgilər təşkil etməklə problemlərimiz  dünya ictimaiyyətinə çatdırılır. Bu isə diaspora fəaliyyətlərinin şəhər meydanlarından intellektual məkanlara və beyin mərkəzlərinə daşınması deməkdir. Diasporamızın inkişafında Avropadakı diaspora təşkilatlarının dəstəyinə gəlincə, təbii ki, var. Avropadakı diaspora təşkilatlarımızın bəzi imkansızlıqları olsa da bu günə qədər önəmli işlər görüb və bu istiqamətdə fəaliyyətlərini davam etdirməkdədirlər. Diasporamızın bəzi çatışmazlıqlarının olduğunu da deyə bilərəm. Bəzən diasporamız və təşkilatlarımız arasında anlaşılmazlıqlar, fikir ayrılıqları da ola bilir.  Diasporamızda fikir ayrılıqları mövcuddur ki, bu səbəbdən də birlikdə hərəkət etməkdə çətinliklərlə üzləşirlər. Bu da onun  göstəricisidir ki, diaspora  təşkilatlarımız yaxşı halda koordinasiya edilməyiblər.  Ona görə də tamamiilə ittifaq halında çalişa bilmirik. Hələ də zəif nöqtələrimiz mövcuddur. Ümid edirəm ki, bu cür anlaşılmazlıqlar da yaxın zamanlarda aradan qalxacaq.

-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımların Belçika ictimaiyyətinə çatdırılması istiqamətində qarşınıza qoyduğunuz missiyanı yerinə yetirə bilmisinizmi?

-Azərbaycan həqiqətləri və Dağlıq Qarabag probleminin Avropa və Belçika ictimaiyyətinə çatdırılmasında bəzi çətinlik və problemlərimiz olsa da, bütün halda Azərbaycanın üzləşdiyi problemləri avropalılara, Belçika cəmiyyətinə anlatmağa calısırıq.  Ancaq bu istiqamətdə həyata keçirmək istədiklərimizi tam reallaşdırırıq desəm, yalan olar. Çünki bu kimi məsələlərdə həm təşkilatlarımızda, həm də bizim özümüzdə bəzi problemlər mövcuddur. Həmin problemlərin də əksəriyyəti bizlərdən deyil, təşkilatlarımız daxilində olan anlaşılmazlıqdan irəli gəlir.  Buna bir neçə misal da göstərmək mümkündür. İki-üç il əvvəl Azərbaycan üçün çox önəmli olan bir sıra məsələlər haqqında bəzi Azərbaycan təşkilatlarına müraciət halında 7 dənə  önəmli layihə  təqdim etdik. Ancaq      təəssüflər olsun ki,  heç bir cavab ala bilmədik. Bir neçə dəfə həmin layihələri təkrar-təkrar təqdim etsək də heç bir dəstək qazanmadıq. Baxmayaraq ki, həmin layihələr  Azərbaycanın xeyrinə, onun maraqlarına xidmət edən layihələr idi.

-Bəs Belçikada erməni diasporunun durumu hansı vəziyyətdədir və ermənilərin Azərbaycan diasporuna qarşı hansısa təzyiqləri olurmu?

-Belçikada diasporamız milli günlərdə birlikdə hərəkət etsə də, lakin  diasporumuzun çox yaxşı  bir vəziyyətdə oldugunu deyə bilmərəm. Çünki hər yerdə olduğu kimi Belçikada da bəzi problemlərin olduğu məlumdur. Cəmiyyətimiz tərəfindən Azərbaycanın milli günlərində və digər fəliyyətlərimizdə xalqımızla birlikdə hərəkət etdiyimizi və vətəndaşlarımızın dəstəklərini hər zaman gordüyümüzü diyə bilərəm. Amma buna rəğmən fəaliyyətimizin tam qaneedici olmadığını etiraf edə bilərəm. Yalnıs hərəkətlər və davranışlar bəzi insanları bizlərdən və mübarizədən  uzaqlasdırdı, yenə də hər şeyə rəğmən dəyərli  qardaşlarımızla birlikdə fəaliyyətlərimizi davam etdiririk. Erməni diasporasına gəlincə, deyə bilərəm ki, əvəllər bəzi problemlər olsa da hazırda hər kəs öz isi ilə məşğuldur. Bizlərə qarşı hər hansı bir problem yoxdur. Bundan sonra da ermənilərin bizə qarşı hansısa təsir göstərməsi mümkün deyil.

-İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində cəmiyyət olaraq hansı addımlar atmağı düşünürsünüz?

-Aprel ayı ərzində  25-30 nəfərlik bir heyətlə Azərbaycana səfər etməyi nəzərdə tutmuşuq. Nümayəndə heyətinin tərkibinə Belçika parlamentinin sabiq deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, bir neçə bələdiyyə sədri və Belçikanın ali təhsil ocaqlarından 10-a yaxın tələbə daxil olacaq. Mümkündür ki,   Belçika parlamentinin bir neçə üzvü də nümayəndə heyətinin tərkibində Azərbaycana gəlsin. Səfərimizin başlıca məqsədi belçikalılara Azərbaycanı yaxından tanıtmaqdır, Səfər çərçivəsində Azərbaycan parlamenti, qeyri-hökumət təşkilatları və ali təhsil ocaqlarında görüşlər keçiriləcək. Eyni zamanda Qubadakı soyqirim məzarlığını ziyarət etmək və bununla da ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri qətliamları  avropalılara yaxından çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Azərbaycanda olduğumuz müddət ərzində mədəniyət abidələri, tarixi ərazilər, muzeyləri də ziyarət edəcəyik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31