“Hədəfimiz Güney Azərbaycanın müstəqilliyidir"

Şirazdakı Qaşqay türklərindən Güneyə dəstək gəldi

Azərbaycanlı milli fəal Məsud Bayrami azadlığa buraxılıb. Bayrami Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhiməli Rzai, Şəhram Dadaşi, Əmir Babai, Vəli Bərqdar, Əsgər Ağai Əlvəndi və daha iki bəraət almış milli fəallarla birlikdə tutulmuşdu.

İranda yaşayan bütün türk boylarının getdikcə daha sıx birləşməsi diqqət çəkir. Məlumata görə, İranda yaşayan bütün türkdilli xalqlar ümidini inqilablar beşiyi olan Azərbaycana bağlayıb. Türk soylu xalqlar Azərbaycana daha çox yaxınlaşır və öz qardaşları ilə əl-ələ verməkdədirlər. İnternetdə yayılmış fotolardan biri Təbrizə "Traxtur" futbol takımının yarışından çəkilib. Fotoda Şirazdan gəlmiş Qaşqay türkləri yer alıb. Qaldırılan plakatda belə yazılıb: "Dayaq ol bizə dağlar - Dayan bax bizə dağlar, Şiraz Qaşqayından bir salam apar Təbrizə dağlar".

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) idarə heyətinin üzvü Sadiq İsabəyli "Amerikanın Səsi"nə müsahibəsində deyib ki, qurumun Amsterdam bəyannaməsində İranın mövcudluğu Azərbaycan türklərinin milli azadlığı yolunda başlıca maneə kimi qiymətləndirilib və "Güney Azərbaycanda milli-demokratik dövlət qurmaq" milli hərəkatın hədəfi olaraq müəyyən edilib. "Uzun müddətli hədəflərimiz isə irqçi İslam Respublikası rejiminə qarşı mübarizə və Güney Azərbaycanın öz müqəddəratını təyin etmə haqqını əldə etməkdir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31