Xaricdə təhsil alan tələbələrin diaspora hərəkatında rolu
1 Mart 2013 17:07 DiasporaAzərbaycan diasporunun inkişafına öz töhfələrini verən qüvvələrdən biri də xaricdə təhsil alan və ya yaşayan azərbaycanlı tələbələrdir. Dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələr öz şəbəkələrini, təşkilat və qurumlarını yaradaraq Azərbaycan diasporunun uğurlu inkişafına təkan verir, həmin ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Xarici ölkələrdə yaradılan azərbaycanlı gənclərdən ibarət tələbə təşkilatları ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı zəngin tarixi-mədəni irsimizin də bu ölkələrdə təbliğində mühüm rol oynayırlar. Belə təşkilatlardan biri də Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi Işçilər Birliyidir. Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi Almaniyada təhsil alan və elmi işlə məşğul olan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş demokratik və sərbəst fəaliyyət göstərən, elmi və mədəni tədbirlərlə məşğul olan bir təşkilatdır Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin başlıca fəaliyyət istiqamətləri azərbaycanlı tələbələr və elmi işçilər arasında mədəni əlaqələri genişləndirmək, bu istiqamətdə görüşlər keçirməkdir. Xüsusilə, bu görüşləri onlayn üsullar, internet vasitəsilə genişləndirmək Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin başlıca prioritetləridir. Eyni zamanda birlik azərbaycanlı tələbə və elmi işçilərin alman cəmiyyətinə inteqrasiyasına yardım göstərmək istiqamətində də çalışır. Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi müvafiq təşkilatlarla əməkdaşlıq qurmaq, ikitərəfli münasibətləri yaratmaq istiqamətində də çalışmalarda olur. Birlik Almaniyada, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bu tipli demokratik təşkilatlarla əməkdaşlığa maraq göstərir. Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi Azərbaycan mədəniyyətinin həm fəaliyyət göstərdiyi ölkədə, həm də Avropada geniş təbliğatçılarından sayılır. Birlik təkcə Almaniyada yaşayan azərbaycanlıları deyil, eləcə də bu ölkənin vətəndaşları və Almaniyaya gələn xarici turistləri Azərbaycan mədəniyyəti ilə tanış edir. Paralel olaraq birlik Almaniyada yaşayan soydaşlarımızı alman mədəniyyəti və cəmiyyəti və ilə yaxından tanış etmək istiqamətində davamlı fəaliyyət göstərir. Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi xalqlar arasında anlaşmanı əldə etmək üçün müntəzəm olaraq Azərbaycan mədəniyyətinin Almaniyada təbliği və təqdimatını həyata keçirir. Birlik alman və Azərbaycan universitetləri arasında təcrübə və bilik mübadiləsinə kömək etmək, hər iki ölkə universitetləri arasinda yeni əlaqələrin qurulmasi və onlar arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətində də müxtəlif layihələr, təqdimatlar reallaşdırır. 2007-ci ildən Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi mütəmadi olaraq azərbaycanlı tələbələri bir yerə toplayaraq onlarla müxtəlif mövzularda müzakirələr, diskussiyalar təşkil edir. Birlik eyni zamanda Azərbaycan tarixində olan əlamətdar günləri də Almaniayadakı tələbələrlə birlikdə qeyd edir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanlı Tələblər və Elmi İşçilər Birliyinin bu kimi görüşlər və müzakirələri yalnız paytaxt Berlinlə kifayətlənmir. Eyni zamanda Almaniyanın digər böyük şəhərlərinə də birlik tərəfindən səfərlər təşkil olunur və oradakı azərbaycanlı tələbələrlə görüşlər keçirilir. Belə görüşlərdən biri Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində baş tutub. Sözügedən şəhərdəki Azərbaycan Restoranında baş tutan görüşdə 20 tələbə və elmi işçi iştirak edib. Tədbirdə Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin rəhbərliyi bu qurumun yaranmasının zəruriliyindən danışıb. Görüşdə Kölndə təhsil alan azərbaycanlı tələbələr tərəfindən sözügedən təhsil ocağında mədəni-kütləvi tədbirlərin təşkili, milli bayramlarda bir araya toplaşmaq, Kölndə fəaliyyət göstərən digər Azərbaycan cəmiyyətləri ilə əlaqələrin qurulması, elmi jurnalın buraxılması, Azərbaycanla əlaqədar elektron təqdimatların hazırlanması, alman dilindəki elmi materialların Azərbaycan dilinə tərcüməsi və Azərbaycan Kitabxanalarına kitabların bağışlanılması, qarşılıqlı kitab hədiyyələrinin həyata keçirilməsi, alman elmi institutları ilə əlaqə və əsasən də Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı inkişaf etdirmək kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün rəsmi hissəsindən sonra isə iştirakçılara Azərbaycan mətbəxindən nümunələr təqdim olunub. 2008-ci ildə isə Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı tələbə və elmi işçilər Almaniyanın füsnkar şəhərlərindən biri olan Nörnberq şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyini qeyd ediblər. Bu tədbir eyni zamanda Almaniyada yaşayan və təhsil alan gəncləri birləşdirmək üçün birliyin həyata keçirdiyi növbəti görüşlərdən biri idi. Nörnberq şəhərində keçirilən həmin tədbirdə təxminən 40 nəfər azərbaycanlı və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirin açılış mərasimindən sonra qısa müzakirələr keçirilib və Azərbaycanlı Tələbələr və Elmi İşзilər Birliyinin yaranmasının zəruriliyi, eləcə də birliyin ötən dövrdəki fəaliyyəti haqqında iştirakçılara məlumat verilib. Təsadüfi deyil ki, Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birlyinin nizamnaməsi də məhz bu şəhərdə keçirilən görüşdə qəbul edilib. Tədbir zamanı həmçinin Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin ilk İdarə Heyəti formalaşıb. Bundan sonra Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin İdarə Heyətinin sədri Telman Əliyev "Azərbaycan Respublikasi: müstəqillikdən sonra" adlı təqdimatla iştirakçıları məlumatlandırıb. Təqdimat mərasimindən sonra isə Almaniyada təhsil alan azərbaycanlı tələbələr Nərminə Cəlalova və Tahir Xəlilov Azərbaycan rəqslərini ifa ediblər.
Axşam yeməyindən sonra isə azərbaycanlı tələbə və elmi işçilər Nörnberq şəhərində keçirilən ənənəvi "Mavi Gecə" bayramına qatılıblar və səhər saat 5 raddələrinə qədər şəhər camaatı ilə birgə əyləniblər. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, səhərə qədər davam edən bayram tədbiri çərçivəsində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin üzvləri yalnız istirahət etməklə işlərini bitmiş hesab etməyiblər. Bayrama təşrif buyuran xarici ölkələrin gəncləri, müxtəlif ali təhsil ocaqlarının tələbələri ilə bir araya gələn azərbaycanlı tələbələr onlara ölkəmiz, Azərbaycan dövlətinin iqtisadi qüdrəti, eləcə də Ermənistanın Azərbaycan ərazilərinə təcavüz edərək 20 faizə yaxın ərazilərimizi işğal altında saxlaması barədə məlumat veriblər. Xüsusilə, müxtəlif ölkələrdən olan gəncləri qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı gənclərin təhsil problemləri ciddi narahat edib. Onlar Erm\ənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində on minlərlə Azərbaycan gəncinin bir müddət təhsil alma hüququqndan məhrum olduğğundan ciddi təssüf hissi keçirdiklərini ifadə etmişlər.
Azərbaycanlı Tələbələr və Elmi İşşilər Birliyi Almaniyanın Konrad Adenauer Fondunda keçirilən "Azərbaycan və Almaniya arasındakı akademik mübadilə, hazırki vəziyyət və perspektivlər" mövzusunda konfrasa da qatılıblar. Azərbaycanın təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin üzvləri Rövşən Rzayev və Əkrəm Abdullyev, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya xarici işlər nazirinin Mədəniyyət və Kommunikasiya şöbəsinin rəhbəri M.Kolber, Alman Akademik Mübadilə Xidmətinin Mərkəzi və Şərqi Avropa, MDB və Türkiyə üzrə qrupunun rəhbəri doktor. G. Berqhorn, Bundestaqın deputatlarının da iştirak etdiyi konfransda Azərbaycanlı Tələbələr və Elmi Işçilər Birliyinin üzvlərindən Mannhaym Universitetinin doktoranti Azər Babayev "Cənubi Osetiya müharibəsinin Dağlıq Qarabağ münaqişəsinə təsirləri" və Nicat Heydərov "Avropa Birliyi qonşuluq siyasəti proqramı və Azərbaycan üçün bundan irəli gələn əməkdaşlıq imkanları" mövzularında çıxışlar ediblər. Hər iki çıxış Almaniya dövlətini təmsil edən rəsmi şəxslərin böyük marağına səbəb olub. Tədbirin rəsmi hissəsində və fasilələrində Azərbaycanlı Tələbələr və Elmiş İşçilər Birliyi üzvləri nazirlərə və tədbirin digər qonaqlarına öz fəaliyyətləri haqqında geniş məlumat veriblər.
Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin təşkilatçılığı ilə Almaniyanın müxtəlif şəhərlərində təhsil alan və yaşayan həmyerlilərimizin Ziqen şəhərində görüşü təşkil edilib. Burada gənclər şəhər gəzintisi ilə bərabər müxtəlif mövzular ətrafında diskussiyalar aparıblar. Belə söhbətlərin gənclərin dostluqlarının möhkəmləndirilməsində önəmli faktorlardan biri olduğu vurğulanıb. Bir gün sonra isə Ziqen şəhərində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib. Çıxışlardan sonra azərbaycanlı tələbələr və elmi işçilər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün Azərbaycan mətbəxi təqdim edilib. Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin növbəti görüşü Qerolştayn şəhərində reallaşıb. Həmin tədbirdə bütün azərbaycanlı tələbələr və elmi işçilərlə birgə ailəli və təhsilini başa vurmuş şəxslərin də iştirakı təmin olunub. Azərbaycanı Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyinin təşkilatçılığı ilə keçirilən həmin görüşdə Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin fəaliyyəti müsbət qiymətləndirilib, bu təşkilatın Almaniyada Azərbaycanı təbliğ etmək istiqamətində həyata keçirdiyi layihələr, tədbirlər müsbət qiymətləndirilib. Tədbirdə iştirak edən Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndəsi təmsil etdiyi diplomatik nümayəndəlik tərəfindən bundan sonra da təşkilata hər bir dəstəyin göstəriləcəyi bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir