Qadınların Azərbaycan diasporunda xidmətləri
28 Fevral 2013 15:46 DiasporaAzərbaycan diasporunun inkişafında xarici ölkələrdə yaşayan və ya işləyən azərbaycanlı qadlnların da müəyyən əməyi olub desək yanılmarıq. Tarixin müxtəlif dövrlərində dünyanın fərqli ölkələrinə gedərək burada yaşayan, həmin ölkələrdə müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar zaman keçdikcə bu ölkələrdə Azərbaycan icma və cəmiyyətləri yaradaraq diasporumuzun formalaşması prosesinə dəstək olmuşlar. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən onlarla qadın təşkilatı Azərbaycan diasporunun bir qolunu təşkil edərək ölkəmizi həmin dövlətlərdə təbliğ edir, haqq səsimizi dünya ictimaiyyətinə çatdırır. Belə təşkilatlardan biri də Hollandiyada fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyidir. Məlumat üçün qeyd edək ki, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi 2004-ci il, aprel ayının 11-də Hollandiyann Rijsvijk şəhərindəki mərkəzi kitabxananın akt zalında təsis olunub. Təşkilatın əsas məqsədi Avropa ölkələrində yaşayan fəal ictimaiyyətci azərbaycanlı qadınların bir araya gələrək milli maraqlarımızın, problemlərimizin sivil, mədəni, elmi yollarla dünya ictimayyətinin diqqətine çatdırılmasından ibarətdir. Belə bir ictimai hərəkatin yaranması təşəbbüsü Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasında təklif olunduqdan sonra məsələ müzakirə olunmuş, təşəbbüs bəyənilmiş və Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının fəal üzvü və Avropa-Azərbaycanlıları Konqresinin vitse-prezidenti Gülşən Kazımova tərəfindən bilavasitə realizə edilmişdir. Belə ki, 2004-cü ildə qurulan "Ana Vətən" Avropa-Qafqaz Elm və Mədəniyyət Mərkəzinin yeni formada, yeni "Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyi kimi fəaliyyətini davam etdirməsi qərara alınmışdır. Təşkilatın təsis toplantısı və ilk iclası istedadlı Azərbaycan rəssamları Vəfa Rustəmova və Rasim Huseynovun rəsm sərgilərinin təntənəli açılışına təsadüf etmişdir. "Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyinin ilk tədbiri kimi bu sərgi toplantı iştirakçıları və əcnəbilərin böyük marağına səbəb olmuşdu. Sərginin açılısına 100-dən artıq qonaq qatəlmışdır ki, onların da əksəriyyəti hollandiyalılar olub. Çıxışında Azərbaycan tarixindən və rəssamlar haqqında konkret bilgilər verən Gülşən Kazımova Hollandiyada Azərbaycanın çox az tanıdıldığını qeyd etmişdir. Sonra Hollandiyada fəaliyyət göstərən azəri folklor qrupu Azərbaycan rəqsləri ilə tamaşaçılarə valeh etmişdir. Öz tərəflərindən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Dərnəyinə xatirə olaraq "Tutağacı" rəsmini hədiyyə edən rəssam Rasim Hüseynov tut ağacının bizim köklərimizin simvolu kimi qorunmasını xahiş etmişdir. Təsis toplantısında birliyə sədr seçilən Gülşən Kazımova qadınların ailədə, cəmiyyyətdə və dövlətdəki rolundan danışıb. Bildirib ki, Azərbaycanın tarixində qadınlar heç bir vaxt cəmiyyətdə passiv olmayıblar və yaşadıqları hər bir zamanda öz sözləri və əməlləri ilə kişilərlə bərabər mübarizə aparıblar: "Hər bir sahədə, tarix, ədəbiyyat, idman, incəsənət və elmdə bizim qadınlar çox aktiv və bacarıqlıdırlar. Bu da çox təbiidir. Çünki qadınlarımızın önündə gözəl bir nümunə var. Bu da Heydər Əliyev Fondunun prerzidenti, UNESKO-nun xoş-məramlı səfiri xanım Mehriban Əliyevadır. Məhz ona gorə də, Avropada azərbaycanlı bacılarımızı birləşdirib, onlarla milli maraqlarımıza uyğun müxtəlif layihələr həyata keçirtməklə, Azərbaycanı layiqincə təbliğ edib, dünyaya bizim səsimizi çatdırmaq istəyirik. Bundan başqa da, bu gün Avropada formalaşan yeni nəsli assimilyasiyadan qorumaq anaya düşür. Uşaq ana dilini, öz adət-ənənəsini anadan oyrənir. Ona gorə biz "Ana Vətən"'Avropa Azərbaycanlı Qadınlar Birliyi adlanırıq. Hədəfimiz yalnız Azərbaycan qadınlarınə birləşdirmək deyil. Biz öz sıralarımızda avropalı qadınları da görmək istəyirik. Azərbaycan tarixi boyu tolerant bir xalq kimi tanınıb və bizə qatılıb yanımızda olub, bizi yaxın tanıyan avropalı qadını bizi sevməyə bilməz".Fəaliyyət göstərdiyi 10 ilə yaxın bir müddət ərzində "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi Hollandiyadakı jurnalistlər, alimlər, həkimler, rəssamlar, yazıçılar, musiqişünaslar, müəllimlər və digər ziyalılarla sıx əməkdaşlıq şəklində işləyib. Avropaya inteqrasiya etmiş Azərbaycan xanımları fəaliyyət göstərdikləri institutlarda ən yüksək səviyyədə tarixi Vətənlərini təmsil ediblər. Dərnəyin sədri Gülşən Kazımova deyir ki, bu gün Avropanın ciddi iqtisadi böhranla üzləşməsiə baxmayaraq, Azərbaycan qadınları hətta yeni iş yerləri açaraq işsizlik problemlərini bu yolla həll etməyə çalışırlar. "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi holland torpağında sivil dialoqun kiçik modelidir" deyən Gülşən Kazımova hesab edir ki, birlik üzvləri Avropa vətəndaşı olmaqla yanaşı Şərq mədəniyyətini, milli adət-ənənələrimizi qoruyaraq öz övladlarına, yeni nəslə ötürür, onlarda dilimizə, milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə sevgi və hörmət aşılayırlar.
10 ilə yaxın fəaliyyəti müddətində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını beynəlxalq alımə çatdırmağa çalışan "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Dərnəyi müntəzəm olaraq bu məqsədlə müxtəlif tədbirlər, konfrans və seminarlar, etiraz aksiyaları həyata keçirir. Belə ki, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Dərnəyi, "Xocalıya ədalət" kampaniyasının Niderlandda fəaliyyət göstərən nümayəndələri, "Azərbaycanın Holland Dostları" Cəmiyyətinin təmsilçiləri Azərbaycan diasporunun digər fəalları Niderland parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nebahat Albayrak, bu komissiyanın katibi T.Van Toor, Niderland Əmək və Xristian Demokrat partiyalarından parlamentin deputatları Yeroen de Lange və Coşkun Görüzlə görüşüblər. "Xocalıya ədalət" kampaniyasının yerli əlaqələndirici komitəsinin sədri, Niderlandın milli qəhrəmanı, Oranje-Nassau Kral ordeni cəngavəri Gert van Dam Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 20 il öncə ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş bu beynəlxalq cinayətə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib və bu faciənin Niderland parlamentində gündəmə gətiriləcəyinə ümidvar olduğunu bildirib.
Çıxışının sonunda Gert van Dam parlament nümayəndələrinə "Qarabağ" adlı kitabını təqdim edərək, dünyanın ən demokratik ölkələrindən biri sayılan Niderland Krallığının parlamenti və ictimaiyyəti tərəfindən Xocalı faciəsi ilə bağlı Avropa dəyərlərinə əsaslanan ədalətin bərpa edilməsi üçün dəstək xahiş edib. Daha sonra "Azərbaycanın Holland Dostları" Cəmiyyətinin icraçı direktoru Marion van der Vegt söz alaraq bildirmişdir ki, 100 il öncə ermənilərlə bağlı hətta tarixçilər tərəfindən sübuta yetirilməyən naməlum hadisələrə siyasi don geydirmək əvəzinə, cəmi 20 il bundan əvvəl Xocalıda törədilmiş və artıq tam təsdiqlənmiş vəhşiliklərə Niderland və beynəlxalq birlik tərəfindən hüquqi və siyasi qiymət verilməlidir.
Gert van Dam və Marion van der Vegt Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsini tələb edən "Milyon imza - bir istək" toplusunu təqdim etmiş, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının tezliklə azad ediləcəyinə, regionda sülhün və insan hüquqlarının bərqərar olunmasına Niderland parlamentinin də öz töhfəsinin verəcəyinə ümidvar olduqlarını bildiriblər. Niderland parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nebahat Albayrak bu yaxınlarda Vyanada ATƏT ilə Avropa Şurasının birgə təşkil edəcəyi toplantıya qatılacağını və bu məsələnin iclasın gündəliyinə salınması üçün çalışacağını qeyd edib. Görüşdə iştirak etmiş Niderland jurnalistləri Azərbaycan nümayəndə heyətinin müraciətinin Niderland parlamentinə təqdim olunmasını yerli mətbuatda geniş işıqlandırıblar.
"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi Niderland Krallığında Azərbaycan mədəniyyətini də geniş təbliğ edir. Belə ki, ötən müddət ərzində dərnək bir neçə dəfə Niderland Krallığının Apeldorn şəhərində Azərbaycan Günü keçirib. Tədbirdə yerli ictimai təşkilatların nümayəndələri ilə yanaşı mətbuat və bələdiyyə təmsilçiləri də iştirak edib. "Veenkamp"in lokal meneceri Henk Drayer qeyd edib ki, bu bayrama hazırlaşarkən o, ölkəmiz haqqında heç bir məlumatı olmadiğından Azərbaycanla bağlı haqqındakı internet səhifələrinə müraciət edib. O deyib ki, son həftələrdə Azərbaycan sözü nəinki "Veenkamp"in işçilərinin, hətta yerli ictimai təşkilatların da dilindən düşməyib. Henk Drayer onu da bildirib ki, təmsil etdiyi ahıllar evi Azərbaycanda fəaliyyət göstərən qocalar evinə dəstək göstərmək barədə "Ana Vətən" in təklifi ilə razılaşıb. Belə ki, "De Goede Zorg" Birləşdirilmiş mərkəzlərinin ("Veenkamp", "De Matenhof", "Avondzon") baş direktoru Bert Blaunun qərarı ilə onlar Azərbaycana tibbi ləvazimatlar, əlil arabaları göndərəcək, müxtəlif humanitar aksiyalarda iştirak edəcəklər. Tədbirə qatılan Apeldorn bələdiyyəsi sədrinin birinci müavini məlumat verib ki, şəhər rəhbərliyi Azərbaycanın hər hansı bir şəhəri ilə əməkdaşlıq haqqında layihəni nəzərdən kecirəcək. Tədbirin bədii hissəsində Natəvan Hüseynova "Odlar Yurdu" adlı sənədli məruzə, Məryam Əliyeva isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasından "Cəngi" rəqsi ilə çıxış edib. Həmçinin Gülşən Kazımovanın ssenarisi ve rejissorluğu ilə yaşlılar haqqında çəkilmiş "Domino"" qisametrajli filmi nümayiş etdirilib, Hollandiyada yaşayan həmyerlimiz, rəssam Elman Əliyevin əsərləri sərgilənib. Bəstəkar, müğənni Elxan Rzayevin rəhbərlik etdiyi "Nostalgiya" ansamblının çıxışı da rəğbətlə qarşılanıb. Holland müğənnisi Mariya fan Felze Azərbaycan dilində "Şəhərlər gözəli, Bakı", "Evləri var xana-xana", "Qəmgin mahni" kimi mahnılarımızı ifa edib. Tədbirdə opera ifaçımız Adil Abdullayev də çıxış edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir