Azərbaycan diasporunun KİV imkanları

Hazırda dünyanın əksəriyyət ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkələrdə kütləvi informasiya vasitələri, televiziya və radio yaradaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ölkəmizin zəngin tarixi-mədəni irsimizi bu yolla da beynəlxalq ictimiayyətə çatdırır. Ötən müddət ərzində diasporumuzun gərgin fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə onlarla qəzet və jurnal çap edilib, tleviziya və radio proqramları hazırlanıb.

Azərbaycan diasporunun mətbu orqanları olan Umumrusiya Azərbaycan Konqresinin  "Azerbaydjanskiy Konqress", Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının "Azerros", Ukrayna Azərbaycanlıları Konqresinin "Qolos Azerbaydjana", Belorus Azərbaycanlıları Konqresinin "Qobustan", Moldova Azərbaycanlıları Konqresinin "Araz", Gürcüstan Azərbaycanlılarının "Yeni Yol" Birləşmiş İttifaqının "Yeni yol", Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin "Ziya", Dnepropetrovsk Azərbaycanlıları Liqasının "Oqni Azerbaydjana", İsveçin Azərbaycan Dərnəyinin "Azərbaycan",  Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət Mərkəzinin  "Yeni Körpü", ÜmumRusiya Azərbaycanlıları Konqresinın Voronej regional təşkilatının "Birllik" və sair  jurnalları vasitəsilə ölkəmiz haqqında məlumatlar müntəzəm olaraq soydaşlarımıza çatdırılır. 2004-cü ildən etibarən 2Belçika Azərbaycan Evi"   Cəmiyyətinin ayda iki dəfə çıxan "EU Xəbər" qəzeti nəşr edilməyə başlanıb. "Avropaya addım-addım" devizi ilə çıxan bu qəzetin əsas məqsədi Avropada Azərbaycanla bağlı və ölkəmizdə baş verən mühüm hadisələrin həmvətənlərimizə və Avropa oxucularına  çatdırılmasında yardımçı olmaqdan ibarətdir. Niderland Krallığının Amsterdam şəhərində fəaliyyət göstərən "Azərbaycan-Niderland"  Cəmiyyəti 2004-cü ildə öz mətbu orqanı olan "Benilüks" qəzetinin nəşrinə başlayıb. Azərbaycan dilində nəşr olunan bu qəzet oxuculara Niderland və Azərbaycanda baş verən hadisələrdən xəbər verir.

2004-cü ildən Fransada nəşrə başlamış Gənclik Tələbə Asossiasiyasının "Körpü Le Pond" jurnalının da  məramı   soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin təbliği və ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət etməkdən ibarətdir. Qazaxıstan Respublikasının Astana şəhərində fəaliyyət göstərən "Xəzər" İctimai Birliyinin orqanı olan "Ekspress-Turan" qəzeti işıq üzü görüb. İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyinin 2004-cü ildən etibarən "Azərbaycan dünyası" adlı jurnal nəşr edilməyə başlanıb. Estoniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Avropa  Türkdilli və Qafqaz Xalqları Assosiasiyasının birgə nəşri olan "Türk və Qafqaz Dünyası" jurnalı  da Azərbaycan diasporunun təbliğat ruporu kimi uğurla fəaliyyət göstərməkdədir. Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi isə "Kanada Türk" qəzetinin 2Qafqazın səsi" səhifələrində vaxtaşırı çıxışlar edir.

Elektron kütləvi informasiya vasitələrində təbliğat işinin düzgün qurulması sahəsində də iş aparılır.  Belə ki, Paris şəhərinin "Kuhtuazi" radiosunun efirində Azərbaycan haqqında verlişlər üçün bir saat vaxt ayrılıb. Azərbaycana həsr edilmiş bu proqram bir saat ərzində cümə günü səhər və axşam saatlarında, təkrar olaraq isə şənbə günü gecə dinləmək mümkün olur. Fransada fəaliyyət göstərən "Azərbaycan Evi"nin uzun zaman çalışması nəticəsində əldə olunan bu imkandan istifadə etməklə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, tarixi və milli dəyərlərinin Fransa ictimayyətinə çatdırılması xeyli asanlaşacaq.

Dünya Azərbaycanlıları Konqresinin İsveçrə bölməsinin təşəbbüsü və dəstəyi sayəsində "Azərbaycanın səsi" radiosunun 2004-cü ildən fəaliyyətə başlaması bu sahədə qazanılmış nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan həqiqətlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən kütləvi informasiya vasitələrində təbliği də diqqətdən kənarda qalmır. 2004-cü il may ayının 9-da Şuşa şəhərinin işğalının ildönümü günü Fransanın Qrenbul şəhərinin "Koleydoskop" radiosunda Fransa və Azərbaycan Elm və Təhsilin İnkişafı Assosiasiyasının üzvləri Dağlıq Qarabağ problemi, bu münaqişənin nəticəsində milyonlarla insanın qaçqın düşməsi, müharibə zamanı Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktları barədə  çıxış ediblər.  Təbliğat işində  xüsusi əhəmiyyət kəsb edən  məsələlərdən biri də müxtəlif ölkələrdə  azərbaycanlıların çoxluq təşkil etdikləri regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin Azərbaycan haqqında dəqiq və zəngin məlumata malik olmasının təmin edilməsidir. Bu məqsədlə kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunur. Ümumrusiya Azərbaycan Konqresinin regional təşkilatlarının  xətti ilə Rusiya Federasiyasının İvanova, Yekaterenburq, Tümen və Çelyabinsk şəhərlərindən olan  bir qrup jurnalistin  ölkəmizə səfəri təşkil edilmişdi. Səfər zamanı rusiyalı media nümayəndəlıri Azərbaycandakı rus diasporunun fəaliyyəti, rusların sosial-məişət, təhsil və digər  məsələlərlə bağlı maraqlıanmış, rus məktəblərində, Slavyan Unversitetində çəklişlər aparmış, respublikamızda yaşayan rusların müxtəlif məsələlərə dair fikirlərini öyrənmişlər. Onlar Gəncə şəhəri, İsmayıllı rayonundan bəhs edən  televiziya filmləri hazırlamış və Rusiya tamaşıçılarına nümayiş etdirmişlər.

Ötən  müddət ərzində müxtəlif ölkələrdə, Azərbaycan nəşrlərinin sayı nəzərə çarpacaq dərəcədə artmış, məzmun və peşəkarlıq cəhətindən, yeni-yeni informasiya texnologiyalarının tətbiqi baxımından zənginləşmişdir. Bu nəşrlərdə xalqımızın mənəvi irsinin, ictimai-siyasi xadimlərimizin, bədii ədəbiyyatımızın təbliği prioritet mövzuya çevrilməkdədir. Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyatın dəstəyi ilə nəşr edilmiş tarixçi S.Çerevskinin "Novıy put Azerbaydjana2, şair A.Kiknadzenin "Bakinskaə şkola", Ç.Hüseynovun "Sokrovihe Mustafa-xana" kimi kitabları Rusiya oxucuları arasında  böyük uğur qazanmışdır. Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin təşəbbüsü ilə "Azerbaijan - The Land of Fire. Modern Political History of Azerbaijan" (Azərbaycan Odlar Yurdu. Azərbaycanın müasir siyasi  tarixi ) kitabı nəşr edilmişdir.

Təbliğat işinin əsas istiqamətlərindən biri də xalqımızın yaşadığı tarixi faciələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağrılı nəticələri haqqında həqiqətlərin dünya ictimayyətinə çatdırılması və Azərbaycan icmalarının  bu barədə daha ətraflı şəkildə məlumatlandırılması ilə bağlıdır. Ötən müddətdə bu sahədə də bir çox tədbirlər həyata keçirilmişdir. "20 Yanvar" faciəsilə bağlı Aərbaycan icmaları tərəfindən  əksər ölkələrdə anma mərasimləri keçirilmişdir. Ötən dövrdə keçirilmiş tədbirlər sırasında "Estoniya - Azərbaycan" İcmasının  Mədəniyyət Mərkəzində "20 Yanvar" faciəsinin ildönümünə həsr edilmiş anma mərasimi xüsusi vurğulanmalıdır.  Tədbirdə Estoniyanın  Məskunlaşma və  Millətlərarası münasibətlər naziri, Estoniya Prezidentinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri, Estoniya Xalqlar Birliyinin prezidenti, Mədəniyyət nazirinin xarici əlaqələr üzrə müşaviri, Tallin şəhər bələdiyyəsinin üzvləri, Estoniynın  yəhudi, tatar və gürcü icmalarının rəhbərləri və bu ölkədəki Azərbaycan  diasporunun  üzvləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Qanlı Yanvar hadisəsinin canlı iştirakçısı, hadisələrin fotoşəkillərini dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə yaymış  Estoniyanın tanınmış fotojurnalisti Yuri Vendelinin çıxışı tədbir iştirakçılarında dərin iz buraxmışdır. Jurnalist tədbir iştirakçılarına eston dilində hazırladığı "Baku-90" foto-bukletini paylamışdır. 2004-cü il noyabr ayının 15-də "Qarabağ" Beynəlxalq Xeyriyyə Cəmiyyəti və  Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının təşəbbüsü ilə Moskva şəhərində Kremlin yaxınlığındakı "Slavyan" meydanında izdihamlı mitinq keçirilmişdir. Aksiya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, bu prosesdə Rusiyanın rolu, beynəlxalq terrorizm və təcavüzkar separatizmin problemlərinə həsr olunmuşdur. Həmin aksiya barədə məlumatlar Rusiya Federasiyasının əksər kütləvi informasiya vasitələrində əksini tapmışdır. Hollandiyanın "Niderland-3" Dövlət Televiziya kanalında Azərbaycan xalqının ləyaqətinə  toxunan "Mənim zəfərim haradır" erməni filmi nümayiş etdirilməsinə etiraz əlaməti olaraq kanalın rəhbərliyinin ünvanına Avropada fəaliyyət göstərən diaspor təşkilatları və  soydaşlarımız adından  minlərlə etiraz məktubu göndərilməsi kompaniyası təşkil edilmişdir. Nəticədə "Niderland-3" televiziya kanalının rəhbərliyi Azərbaycan həqiqətlərini əks etdirəcək filmin göstərilməsinə razılıq vermişdir. 2004-cü il okyabr ayında  Avropa Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Belçika Atatürk Düşüncə Dərnəyi və Belçika Türk Platformu Brüssel şəhərinin "Gare du Nord" meydanında "Erməni soyqırımı iddialarını  rədd edirik!" şüarı ilə birgə icazəli yürüş təşkil etmişlər.  Mitinq həmin vaxt Avropa parlamentinin binasında keçirilən Dünya Ermənilərinin Konqresinə etiraz məqsədi daşıyırdı.  Aksiya  "Gare du Nord" meydanından başlayaraq "Gare du Mid" meydanına qədər 5 kilometrlik məsafədə davam etdirilmişdir. Mitinq təşkilatçıları Belçikadakı Avropa ictimayyətinin diqqətinə erməni terrorizmi və seperatizminin reallıqlarını çatdırmaq üçün "Lüksemburq sarayı"nda Xocalı faciəsi ilə bağlı stendlər də nümayiş etdirmişdilər. Ötən müddət ərzində Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının, "Azəri" Latviya Azərbaycanlıları Cəmiyyətinin,  "Aydan" Estoniya-Azərbaycan  Mədəniyyət Mərkəzinin, "Azər-Çex" cəmiyyətinin, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən  diaspor təşkilatlarımızın nternet saytları yaradılıb. Bu saytlarda  Azərbaycan barədə müxtəlif informasiyalar, cəmiyyətlər tərəfindən keçirilmiş  tədbirlər barədə məlumat yerləşdirilir. 2004-cü il ərzində Ukrayna Azərbaycanlıları Konqresinin, Xarkov şəhərində Ukrayna-Azərbaycan "Dostluq" və  "Estoniya-Azərbaycan Dostluq" cəmiyyətlərinin  internet saytları açılıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31