Azərbaycan və türk diasporu yeni əməkdaşlıq müstəvisində

Əvvəli ötən sayımızda

Artıq Azərbaycan və türk diasporu arasında qurulmuş əlaqələr yüksələn xətlə inkişaf edirdi. Hər iki ölkənin taleyüklü məsələlərinin həllində diaspor təşkilatlarının nümayiş etdirdiyi ortaq mövqe əməkdaşlıq üçün yeni-yeni imkanlar açır, qarşılıqlı münasibətlər sistemində yeni metod və texnologiyalardan istifadəni zəruru edirdi.

2008-ci il, mart ayının 27-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının illik iclası keçirildi. Toplantıda Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, o cümlədən Azərbaycan, türk, İraq türkmənləri, Axıska, Şimali Kipr türklərinin nümayəndələri iştirak edirdi. İclasda Azərbaycan və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyən edildi, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələr aparıldı. Toplantının sonunda Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Berlin Bəyannaməsi,  Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin prezidentlərinə müraciət, "1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90-cı ildönümü ilə əlaqədar" bəyanat qəbul edildi. 2009-cu ildə isə Azəbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının növbəti toplantısının keçirilməsi təşəbbüsü irəli sürüldü. Bu dəfə Koordinasiya Şurasının toplantısının Avropa Azərbaycanlıları Konqresi ilə birlikdə keçirilməsi daha məqsədəuyğun hesab edilirdi. Beləliklə Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan və türk diaspor təşkilatlarının müraciətlərini nəzərə alaraq 2009-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısının keçirilməsi təşəbbüsünü dəstəkləyirdi. Müvafiq texniki-təşkilati məsələlər həll edildikdən sonra 2009-cu il, noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirildi. Toplantıda son dövrlər regionda yaranmış vəziyyət,  Türkiyə ilə Ermənustan arasında imzalanmış protokolların Dağlıq Qarabağ probleminin nizamlanmasına mümkün təsirləri ətrafında müzakirələr aparılıb. Toplantıda çıxış edən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğu vurğulanıb. Müzakirələrin yekunu olaraq toplantı iştirakçıları adından Azərbaycan və Türkiyə prezidentlərinə müraciət qəbul edildi.

2010-cu ilin avqust ayında Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Azərbaycan Dərnəyinin təsis konfransı keçirildi. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Ankara ofisində baş tutan mərasimdə Azərbaycan və Türkiyənin siyasətçiləri, dövlət, hökumət nümayındələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Toplantıda Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki qardaş xalqın həmrəyliyinin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Türkiyə Azərbaycan Dərnəyinin təsis toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  əsl səbəbləri, Xocalı soyqırımı, ermənilərin Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiaları, erməni terroru kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılması və ermənilərin yalan üzərində qurulmuş siyasətinin ifşası ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

2011-ci il, dekabrın 13-də isə İstanbul şəhərində Türkiyə Azərbaycan Dərnəyinin I qurultayı keçirilib. Qurultayda Türkiyənin və Azərbaycanın tanınmış ictimai xadimləri, hər iki ölkənin parlamentariləri iştirak edib. Tədbirdə İstanbul Türkiyə Azərbaycan Dərnəyinin rəhbər strukturlarına seçkilər keçirilib, təşkilatın nizamnamə və məramnaməsi qəbul olunub.

2010-cu il, fevral ayında Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universiteti arasında "Təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq" barədə razılıq əldə edildi. Anlaşmaya uyğun olaraq, yeni tədris ilindən etibarən hər il 20 azərbaycanlı gəncin Yaxın Doğu Universitetində ödənişsiz əsaslarla təhsil almasına şərait yaradıldı. Təlimin ingilis dilində olduğu universitetdə azərbaycanlı tələbələr  "Turizm və otel idarəçişliyi", "Avopa Birliyi ilə münasibətlər", "Maliyyə və bank işi", "İqtisadiyyat, idərəetmə, marketinq", "Siyasət elmləri", "Beynəlxalq münasibətlər", "Beynəlxalq menecment", "Qəzetçilik, radio, televiziya və kino" ixtisasları üzrə təhsil almaq imkanlarını əldə edəcəklər. Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, həmçinin yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərmək məqsədilə protokolda nəzərdə tutulmuş 20 yerə namizədlərin Gürcüstanda yaşayan və qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən azərbaycanlı gənclər arasından seçilməsini məqsədəuyğun hesab edirdi. Yaxın Doğu Universitetinin rəhbərliyi , yerli dövlət və ictimaiyyət nümayəndələri, abituriyentlərin valideynlərinin iştitrakı ilə keçirilmiş açıq müsahibənin nəticəsi olaraq, 18 nəfər soydaşımız müxtəlif ixtisaslar üzrə universitetə təhsil almaq üçün göndərildi. Diasporla İş üzrə Dğövlət Komiəsi Yaxın Doğu Universitetinə qəbul edilmiş tələbələrin əksəriyyətinin aztəminatlı ailələrdən olduğunu nəzərə alaraq onların hər birinə 300 dollar məbləğində təqaüd verilməsini öhdəsinə götürdü.

2013-cü il, yanvarın 23-də Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü keçirilib.  Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşün başlıca məqsədi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığı gücləndirmək, Türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsi, eləcə də gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsi olub. Toplantını giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirin əhəmiyyətindən danışıb və tədbir iştirakçılarına uğurlu fəaliyyət arzulayıb. Nazim İbrahimov bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hər zaman türk xalqları arasında milli birliyin möhkəmləndirilməsinə xüsusi önəm verib. Türk xalqlarını minilləri əhatə edən tarixi qardaşlıq bağları, etnik mənşə, ortaq dil və mədəniyyət birləşdirdiyini bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu toplantısının məhz türkdilli xalqların diasporlarının mövcud vəziyyəti və potensialını müzakirə etmək, prioritet məqsəd və vəzifələrini müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Toplantıda Türkdilli xalqların diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi məqsədilə Türkdilli xalqların diaspor təşkilatları rəhbərlərinin forumunun keçirilməsi də müzakirə edilib və bu barədə ümumi razılıq əldə olunub. Bununla yanaşı, toplantıda foruma hazırlıq məqsədilə diasporla iş üzrə dövlət qurumları nümayəndələrindən ibarət İşçi qrupun yaradılması, Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasının hazırlanması, məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Toplantı iştirakçıları yekun sənəd layihəsi ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr sənəd layihəsinə dair rəy və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra yekun sənəd layihəsi qəbul olunub. Layihə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasınının baş katibi tərəfindən təsdiq edilib. Yekun sənəd layihəsində türkdilli ölkələrin əməkdaşlıq şurasına üzv dövlətlərin diaspora məsələlərinə cavabdeh dövlət qurumlarının gələcək əməkdaşlığının əsas istiqamətləri öz əksini tapıb. Sənəd layihəsində Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq strategiyasının müəyyən edilməsi üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diaspora məsələrinə cavabdeh dövlət qurumlarının mütəxəssislərindən ibarət Təmas Qrupunun yaradılmasına dair müddəa da yer alıb. Bundan başqa sənəddə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin Forumunun təşkil edilməsi də nəzərdə tutulub. Forumun Azərbaycanda keçirilməsinə dair təklif də sənəddə öz əksini tapıb. Təmas Qrupunun fəaliyyəti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi tərəfindən koordinasiya olunacaq. Toplantıda Təmas Qrupunun ilk görüşünün 2013-cü ilin aprel ayında İstanbul şəhərində keçirilməsi qərara alınıb. Həmçinin toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Sammiti ilə əlaqədar Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin I Forumunun 2013-cü ildə Azərbaycanda keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatları rəhbərlərinin görüşünün, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin 3-cü Sammitindən öncə müəyyən edilmiş yerdə - 2013-cü ilin may ayında keçirilməsi tövsiyə edilib, Təmas Qrupu tərəfindən hazırlanan hesabat və birgə fəaliyyət planının təsdiqlənməsi üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına təqdim olunması haqqında razılıq əldə olunub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31