Dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi olan mayor xanım kimdir? - DOSYE

Azərbaycanda mühüm postları tutan vəzifəli xanımlar az deyil.

Mühüm postlardan olan Gömrük Komitəsinin Dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi Rüfanə Əsədovadır.

Rüfanə Əsədova 22 avqust 1993-cı ildə anadan olub.

1999-2010-cu illərdə məktəbi fərqlənmə ilə bitirib.

2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı fakültəsinin Politologiya ixtisasına daxil olub, 2014-cü ildə həmin universiteti başa vurub.

Gömrük orqanlarında xidmətə 24 iyun 2015-ci il tarixdən başlayıb.

24 fevral 2016- cı il tarixdən Dövlət Gömrük Komitəsi Məxfi şöbənin böyük inspektoru, 17 may 2018-ci il tarixdən isə Məxfi şöbənin rəisi vəzifəsinə təyin edilib.

1 sentyabr 2021-ci il tarixdən Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsinin rəisi sonradan dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi vəzifəsində çalışır.

Gömrük xidməti mayoru rütbəsini daşıyır.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülüb, Fəxri Fərmanlarla təltif edilib.

Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2022-ci il tarixil əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var./Oxu24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31