Elman Nəsirov vətəndaşlara “təminat” verdi: “2026-cı ildə daha yaxşı yaşayacaqsınız”

"Hər birimiz gündəlik insanlarla ünsiyyətdəyik, vətəndaşlarımızın, orta statistik azərbaycanlının bu büdcədən gözləntilərindən xəbərdarıq. Akademik, rəsmi dili kənara qoyub sadə şəkildə ifadə etmək istəyirəm ki, ən çox verilən suallar bunlardır: "Bu büdcə bizim sosial rifahımızı nə qədər təmin edəcək?", "Sabahımız necə olacaq?", "Təhlükəsizliyimiz necə qorunacaq?" və sair kimi olub". "Olaylar" xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib: "2026-cı ildə bizim 41 milyard 700 milyon manat vəsaitimiz var xərclənmək üçün. Əgər onun 41 faizi - yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıbdırsa, deməli 2026-cı ildə daha yaxşı yaşayacaqsınız. Rəqəmlər və məntiq bunu göstərir. Sadə dillə desək, büdcənin 41%-i sosial istiqamətə, 21%-i müdafiə və təhlükəsizliyə, 8%-dən çoxu Qarabağın bərpasına ayrılır. Yəni ümumilikdə 70%-dən çox vəsait əsas insan amilinə, rifaha, təhlükəsizliyə və yenidənqurmaya yönəlir. Qalan 30% isə digər sahələrə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31